AzTehsil.com


Xəbərlər
10 dekabr 2020
932


ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi



ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

 

Azərbaycan və Türkiyə arasında hər bir sahədə geniş əməkdaşlıq təhsil və səhiyyə sahələrini də əhatə edir. İki qardaş ölkənin universitetləri arasında sıx tərəfdaşlıq və faydalı iş birliyi mövcuddur.

Azərbaycan Tibb Universiteti (ATU) və Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə onlayn müzakirəsi zamanı hər iki  universitetin rəhbərləri və diplomatları tərəfindən də bu fikirlər xüsusi vurğulanıb.

Görüşdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoral, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ATU və Ankara Universitetinin rəhbərliyi və digər nümayəndələr iştirak ediblər.

Türkiyənin Ankara Universitetinin rektoru, professor Dr. Necdet Ünüvar yola saldığımız 2020-ci ildə bəzi Azərbaycan universitetləri ilə sıx əlaqələrin qurulduğunu, bu əməkdaşlıqlar arasında ATU-nun xüsusi yerə malik olduğunu bildirib: «Biz "Bir millət, iki dövlət” kəlmələrini hər anlamda, hərtərəfli yerinə yetiririk. Azərbaycan və Türkiyə daim bir-birinin arxasındadır. Biz də Ankara Universiteti olaraq istərdik ki, işbirliyimiz təhsil sahəsində də özünü göstərsin. Ötən ay Azərbaycan Tibb Universiteti, Texniki və İqtisad universitetləri ilə əməkdaşlığı gücləndirmişik”.

N.Ünüvar qeyd edib ki, artıq Azərbaycan universitetlərinin tələbələrinə Ankara Universitetinin dərslərini onlayn şəkildə izləmək imkanı yaradılıb. Hər iki tərəf prosesin gedişindən və əldə olunan nəticələrdən çox razıdır:”Toplamda Aəzrbaycan Tibb Universitetindən 139 tələbə bizim online dərslərə qoşulur”.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli də Ankara Universiteti ilə əməkdaşlığı yüksək  qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlığın müddəti 1 aydan bir qədər artıq müddəti əhatə etsə də, böyük nəticələr əldə olunub: "Tələbələrimiz böyük həvəslə Ankara Universitetinin onlayn dərslərində iştirak edir, dərslərin təşkilindən və gedişindən çox razılıq edirlər. Hələlik  bu il yalnız I kursları ortaq onlayn dərslərə cəlb etmişik. Lakin əldə olunan müsbət təcrübə onu göstərir ki, bu yeniliyi digər kurslarda da tətbiq edə bilərik”.

Rektor əməkdaşlığın başlandığı qısa müddət ərzində görülən işlər və gələcək planlar haqqında da məlumat verib. Bildirib ki, rektorlar arasında ilk görüşdən sonra əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə işçi qrup formalaşdırılıb. Ankara Universitetinin 4 ixtisas – tibb, stomatologiya, tibb bacılığı və sağlıq bilimləri ixtisasları üzrə onlayn dərslərinə qoşulmasına dair razılıq əldə olunub. Qarşıda isə yeni hədəflər var: "Azərbaycan  Prezidentinin imzaladığı Dövlət Proqramında ölkəmizdə  tibb təhsilinin beynəlxalq səviyyəyə qaldırılması ilə əlaqədar tapşırıqlar verilir. Bu baxımdan Ankara Universiteti ilə ikili diplom proqramlarının başlanmasına dair fikirlərimiz də var”.

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Erkan Özoral Ankara Universitetinin Türkiyənin aparıcı ali məktəblərindən biri olduğunu qeyd edib. Türkiyə və Azərbaycan universitetləri arasında işbirliyinin əhəmiyyətli olduğunu bildirən E.Özoral gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə etməsinin vacibliyinə diqqət çəkib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim hər bir sahədə olduğu kimi, təhsil və səhiyyə sahəsində də iki ölkənin bütün qurumları arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu söyləyib. O, diplomat kimi Türkiyədə xidmət göstərdiyi illər ərzində təhsil sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün işlər görüldüyünü, ilbəil belə tədbirlərin sayının daha da çoxalacağını qeyd edib.



Загрузка...
Həmçinin oxuyun:
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

Ankara Universitetinin dosenti ADU-da mühazirə oxudu

Ankara Universitetinin dosenti ADU-da mühazirə oxudu

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin universitetləri ilə ikitərəfli əlaqələrini genişləndirir

Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin universitetləri ilə ikitərəfli əlaqələrini genişləndirir

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Almaniyanın ali məktəbləri arasında əlaqələr genişlənir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Almaniyanın ali məktəbləri arasında əlaqələr genişlənir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir

Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Tibb Universitetinin müəllimlərinin fəaliyyəti bal-reytinq sistemi ilə qiymətləndiriləcək

Tibb Universitetinin müəllimlərinin fəaliyyəti bal-reytinq sistemi ilə qiymətləndiriləcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb