Xəbərlər / Bakalavr
30 yanvar 2019
2 601


BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

 

 
 
Bakı Dövlət Universitetində Fransanın Lyon 2 Universitetinin Hüquq fakültəsinin dekanı, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Təhsil nazirinin müavini, BDU-nun rektoru vəzifəsini icra edən Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Firudin Qurbanov Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyətini vurğulayıb.

Ötən ilin mayında Fransanın Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini xatırladan Firudin Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi və ölkələrarası qarşılıqlı əlaqələrin inkişafı baxımından səmərəli olduğunu diqqətə çatdırıb. 100 illik yubiley ərəfəsində olan BDU-nun beynəlxalq əlaqələrindən danışan Firudin Qurbanov Fransa universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Professor Giyoni Protyer Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, BDU ilə ilkin tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib.

Görüşdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Lion 2 Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində "Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda birgə müəllim və tələbə mübadilələri, proqram, seminar, simpozium, konfransların, "Əqli mülkiyyət hüququ” sahəsində mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Qeyd edək ki, 210 yaşlı Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən bu universitetdə Hüquq fakültəsi yaradılıb. 1960-cı illərdə həmin universitet 2 müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon 2 və Lion 3 adlı üç müstəqil ali təhsil müəssisəsindən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır. Lyon 1 Universiteti tibb və təbiət elmlərini, Lyon 2 Universiteti hüquq, iqtisadiyyat və humanitar fakültələri, Lyon 3 Universiteti isə elmi-tədqiqat institutlarını birləşdirir. Universitetdə yeddi böyük kitabxana fəaliyyət göstərir, bir nəfər Nobel mükafatçısı var.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

İkili diplomların verilməsi ilə bağlı müqavilə imzalandı

İkili diplomların verilməsi ilə bağlı müqavilə imzalandı

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

Ən çox Nobel alan universitetlər - SİYAHI

Ən çox Nobel alan universitetlər - SİYAHI