AzTehsil.com


Xəbərlər
26 avqust 2023
732


Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür




Bu gün Azərbaycan dövlətinin, xalqımızın rifahı və inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm və bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür...


Bu əlamətdar gündə Mehriban xanımı xalqımızın sevimlisinə çevirən məqamlarla bağlı hər bir azərbaycanlının səmimi düşüncələrinin səsi olmağı özümüzə borc bildik...


Çünki təkcə bir xalqın mənəvi dəyərlərini, onun varlığının əsaslarını, təmsil etdiyi yüksək keyfiyyətləri özündə birləşdirə bilən şəxslər həmin xalqın ən dəyərli nümayəndələrinə çevrilə bilər. Xalqın arasından çıxıb onun mədəniyyət və tarixinə sahib çıxan, bu dəyərləri layiqincə təmsil edən və onları öz fəaliyyətində rəhbər tutanlar məhz bir gün xalqı təmsil etmək hüququ qazanır. Xalq bu hüququ yalnız ona xidmət yolunda yorulmadan çalışan, atdığı hər addımı, hər şəxsi uğuru xalqın sevgisinə, uğuruna çevrilən insanlara verir.


Belə olan halda Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycan xalqının layiqli təmsilçisi, onun milli-mənəvi dəyərlərinin, tarixinin təbliğatçısı, gələcək nəsillərə qüdrətli Azərbaycan ideallarının ötürülməsində müstəsna xidmətləri olan tamhüquqlu bir fərdi adlandırmaq olar.


Bir xalqın qəlbində özünə yer tapmaq, onun həm qürur duyduğu bir fərdi, həm gələcəyini təmin edəcək siyasi fikirlərin tətbiqində yer alan siyasətçisi, həm də keçmişinə və gələcəyinə işıq tutan ziyalısı olmaq artıq tarixin şanlı səhifələrində o xalqla birgə yer almaq deməkdir.


Bəli, tarixdə yer ala bilmək, bəlkə də bəzi hallarda çox asandır, ancaq həmin tarixdə öz xalqını layiqincə təmsil etmək, varlığını xalqın tarixinə çevirmək, xalqla birgə tarix yazanlardan olmaq çox çətindir.


Ancaq bu gün Mehriban Əliyevanın şəxsində biz xalqla birgə tarix yazmağın nə qədər çətin olsa da, mümkün olduğunu görə bilirik. Məhz bu səbəbdəndir ki, Mehriban Əliyevanın heç vaxt xüsusi təqdimata ehtiyacı olmayıb. Uzun illərdir davam edən çoxşaxəli fəaliyyətinə nəzər salsaq, Mehriban Əliyevanı bir çox titullarla, bir çox fəxri və elmi adlarla, rəhbərlik etdiyi layihələrlə, təmsil etdiyi təşkilatlarla, Azərbaycan, onun gələcəyi, varlığı və beynəlxalq arenada təqdimatı üçün çiyinlərinə götürdüyü öhdəliklərlə tanımaq olar. Ancaq Azərbaycan xalqının bütün nəcib xüsusiyyətlərini daşıyan, sadəliyini xalqın sevgisindən alan biri kimi o, məhz başqa bir təqdimatı özü üçün məqbul sayıb, böyük təvazökarlıqla “sizin Mehriban” olaraq təqdim edilməyi seçib.


Təkcə bu təqdimat belə Azərbaycanın əxlaqi dəyərlərində böyük önəmə sahib təvazökarlığın əyani mənzərəsi kimi önə çıxır, qazanılmış, əldə olunmuş istənilən titulun xalqdan biri olmaqdan, onun fərdi kimi qürur duymaqdan üstün olmadığını göstərir. Azərbaycan ziyalısı, siyasətçisi, onun görkəmli nümayəndəsi üçün ən ideal tanıtım məhz onun xalqın – sizin, bizim, hər birimizin ailəsinin – müqəddəs birliyinin bir üzvü olması, bizlərin arasından çıxaraq bizləri təmsil etdiyi üçün yaşadığı böyük fəxarət hissinin vurğulanması ola bilərdi.


Bir fərdin şəxsiyyət kimi formalaşması və cəmiyyətin, dövlətin, xalqın həyatında, təfəkküründə özünə layiq yer tutması üçün ilk növbədə böyüyüb, formalaşdığı mühit, ailə və ona aşılanan keyfiyyətlər ön plana çıxır. Bu baxımdan çox şanslı olan Mehriban xanım Azərbaycan ziyalısının formalaşması üçün ideal mühitdə dünyaya göz açıb.


O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva həmçinin Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.


Göründüyü kimi Mehriban xanımın böyüdüyü mühitdə ziyalı kimi formalaşması, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, Azərbaycan xalqının daşıdığı bütün nəcib xüsusiyyətləri mənimsəməsi qaçılmaz hal idi. Təkcə babaları - məşhur yazıçımız Mir Cəlal Paşayev və görkəmli jurnalistimiz Nəsir İmanquliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyat və publisistikasının inkişafı üçün gördüyü işləri yada salsaq, Mehriban xanımın hansı mühitdə tərbiyə alması barədə aydın təsəvvürlər formalaşar. Üstəlik valideynlərin də övladın həyatında, onun gələcək uğurlarının bünövrəsi üçün sağlam zəmin hazırlanmasında, ona həyatın məqsəd və məramlarının dərk etdirilməsindəki yeri və önəmi danılmazdır.


Azərbaycanın gələcəyinə işıq saçan, xalqın maariflənməsində, ölkədə mədəni mühitin, dəyərlərin formalaşmasında rol oynayan, hətta öndərlik edən bu cür ziyalıların ocağında yetişmək hər insana qismət olmayacaq bir xoşbəxtlik idi. Bu xoşbəxtlik isə sözün əsl mənasında gələcək şəxsiyyətin formalaşmasında əvəzsiz bir məktəbə çevrilmişdi.


Həmin məktəbin təlqin etdiyi böyük dəyərlər, müqəddəs ideallar və fikirlər sonradan həyatın bütün mərhələlərində rəhbər tutularaq, Mehriban Əliyevanın şəxsiyyət kimi tarix səhnəsində özünəməxsus yer almasını təmin edib.


Heç şübhəsiz gələcək həyatın uğurlu təməli həm də təhsildən asılıdır. Bu təməlin sarsılmaz dayaqlar üzərində inşası üçün var gücü ilə çalışan Mehriban Əliyeva ali təhsil üçün N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini seçib. 1988-ci ildə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.


Mehriban Əliyeva və İlham Əliyev 1983-cü ildə ailə həyatı qurublar. Bu evlilikdən üç övladları olub, beş də nəvəyə sahibdirlər. Mehriban Əliyevanın müsahibələrində dediyi kimi onun ixtisas seçimində həm anasının xəyalları, həm də İlham Əliyevin anası Zərifə Əliyevanın məsləhəti önəmli rol oynamışdı. Çünki büründüyü və layiqincə təmsil etdiyi Azərbaycan xanımı obrazı, şübhəsiz ki, böyüklərin təcrübə və dəyərli məsləhətlərinə dərin hörmət və ehtiram tələb edirdi.


Azərbaycan naminə bir çox sahələrdə uğurla çalışan Mehriban xanımın fəaliyyətində böyük önəm kəsb edən qurumlardan biri 1995-ci ildə öz təşəbbüsü ilə təsis etdiyi, hazırda da rəhbəri olduğu Azərbaycan Mədəniyyət Fondudur. Bir il sonra Azərbaycan mədəniyyətinin geniş auditoriyaya təbliğ olunması, bu misilsiz mədəniyyətin layiqincə təqdimatının həyata keçirilməsi məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalı təsis edilir. Xarici aləmin Azərbaycan mədəniyyətindən demək olar ki, bixəbər olduğu bir vaxtda, fond və jurnal, onların hər ikisinə rəhbərlik edən Mehriban Əliyeva öz çiyinlərinə kifayət qədər mürəkkəb bir missiyanı götürmüşdü. Bu missiyanı layiqincə yerinə yetirə bilməyin yeganə şərti – Azərbaycan sevgisi, uğura aparan yolun açarı xalqın tarix və mədəniyyətinə vurğunluq idi.


Mehriban Əliyevanın fəaliyyətində mühüm yerlərdən birini Heydər Əliyev Fondu təşkil edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Fond ümummilli liderin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin dövlətçiliyimizin formalaşmasında zəmin rolunu oynayan ideyalarının təbliği, gələcək nəsillərə öyrədilməsi və yaşadılması kimi önəmli vəzifələrin icrasını öhdəsinə götürüb.


Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyində həm də uzun illərdir Azərbaycanın qəhrəman övladlarının himayədarı kimi çıxış edir. İstər 90-cı illərin Qarabağ döyüşlərində, istərsə də Vətən müharibəsində iştirak edən və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qayğısına qalmaq deyəndə ilk olaraq onun adı ağıllara gəlir. Şəhid ailələri ilə mütəmadi görüşlər, onların sosial-məişət problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması, qazilərimizin səhhəti ilə bağlı problemlərin həlli, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və s. görülən işlərin sadəcə kiçik bir qismidir.


Fond həm də Azərbaycan ədəbiyyatı və musiqisi üçün misilsiz işlər görür. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. O, həm də 2006-cı ilin 24 noyabrından etibarən ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi təmsil edir.

Qeyd edək ki, 2022-ci ilin 15 noyabrında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odre Azuleyə məktub ünvanlayıb.


Məktubda, 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə, Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.


2005-ci ilin noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak edən Mehriban Əliyeva seçicilərin böyük etimadı fonunda (92,12 faiz) parlamentdə Azərbaycan xalqını təmsil etmək hüququ qazanıb. Fəaliyyəti boyu xalqa xidməti qarşısına daim prioritet məsələ kimi qoyan Mehriban Əliyeva 2010 (94,49 faiz) və 2015-ci (96,7 faiz) illərdəki parlament seçkilərində də xalqın ona olan sevgisinin günü-gündən artdığını hər kəsə sübut edib.


2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub. Bütün hallarda olduğu kimi bu çətin və məsuliyyəti tapşırığın da öhdəsindən layiqincə gəlinib, Azərbaycan Mehriban Əliyevanın səyləri nəticəsində bu nüfuzlu və bir o qədər də əhəmiyyətli işi uğurla yerinə yetirib.


Elə məhz bu xalq sevgisi, dövlətçiliyin inkişafında oynadığı əvəzsiz rol və aparılan gərgin mübarizənin məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.


2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu tarixi hadisə onun dövlətçilik tariximizdə daşıdığı vəzifələrin önəmini ön plana çıxarmaqla bərabər, xalqın iradəsinin təcəssümü kimi yadda qalıb.



Mehriban Əliyeva hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsinin getdiyi şərəfli və eyni zamanda çətin dövrdə xalqın qayğısına qalmaqla milli qələbəmizə böyük töhfə verdi. İşğaldan azad edilən torpaqlarımıza ilk səfərlərdə heç bir təhlükədən çəkinməyərək, hər zaman dövlət başçısı, Müzəffər ordunun Ali Baş komandanı İlham Əliyevin yanında yer alan Mehriban Əliyeva bir daha Azərbaycan xalqının Vətən sevgisinin, Vətən həsrətinin böyüklüyünü göstərdi, uzun illər öz doğma yurd-yuvalarından didərgin düşən, öz doğma torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidin, Qarabağı görmədən onun xəyalı ilə böyümüş hər bir gəncin simasında orada öz xalqını təmsil etdi.


Hər zaman öz sadəliyi ilə seçilən ölkənin Birinci vitse-prezidenti şəxsən çəkdiyi kadrlarla azərbaycanlıların Vətən həsrəti ilə alovlanan qəlblərinə su səpdi. Səfərin çətinliyi, bölgənin işğaldan yenicə azad olunmasından heç zaman çəkinməyən Mehriban Əliyeva öz xalqı naminə üzərinə götürdüyü bu missiyanı da layiqincə yerinə yetirdi.


2023-cü ildə də Mehriban Əliyevanın fəaliyyəti gərgin qrafikdə davam edib.


Birinci vitse-prezident dövlətimizin başçısı İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin gedişi ilə tanış olub, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Belə ki, may ayında Şuşada Saatlı və Yuxarı Gövhər Ağa məscidləri, Yaradıcılıq Mərkəzi, Şuşa Otel-Konqres Mərkəzi Kompleksi, Milli Xalça Muzeyinin Şuşa filialı, eləcə də Qarabağın incisi hesab edilən şəhərin bir sıra küçələrinin adları yazılmış lövhələrin açılışları olub.


Həmçinin prezident və Birinci vitse-prezident Füzulidə tikintisi qardaş Özbəkistanın dəstəyi ilə həyata keçirilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin və Pirəhmədli kəndinin təməlini qoyublar, Ağdamda isə yaşayış məhəllələrinin və Muğam Mərkəzinin tikintisinə başlanılması mərasimi keçirilmişdir.


Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyevanın demək olar ki, 30 ildən sonra sivil həyatın geri döndüyü Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinin sakinləri ilə xoş görüşünü və səmimi söhbətini də yaddan çıxarmaq olmaz.


Ölkənin digər bölgələri də Mehriban Əliyevanın diqqət və qayğısından kənarda qalmayıb. Mehriban Əliyeva dövlət başçısı ilə birlikdə Salyan rayonuna səfər edib, burada doğum evində və uşaq poliklinikasında yaradılan şəraitlə tanış olub, Neftçala rayonunda Olimpiya İdman Kompleksinin və Bankə qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş məktəbin açılışında iştirak edib.


Fevralın 6 və 9-da Türkiyənin Kahramanmaraş vilayətində 50 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbəri bütün dünyanı sarsıtdı. Təbii fəlakət xəbərinə və qardaş Türkiyənin yardım çağırışına ilk cavab verənlərdən biri də Azərbaycan dövləti olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.


Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə dövlətinin başçısı seçilməsindən sonra səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak üçün Türkiyəyə səfər ediblər.


Bu gün Azərbaycan qadınının bütün milli xüsusiyyətlərini özündə daşımaqla bərabər, çağdaş mədəniyyətin də çağırışlarını da cavabsız qoymayan Mehriban Əliyeva göstərdiyi əzm, iradə, qərarlılıq və həssaslıqla gənc nəsillər üçün örnək təşkil edir. Həyatı boyu sahib olduğu dəyərləri özünə rəhbər tutaraq, bu gün özünü xalq qarşısında böyük təvazökarlıqla “sizin Mehriban” adlandıran birinci vitse-prezident, heç şübhəsiz ki, bundan sonra həmin dəyərlərin təcəssümü kimi Azərbaycan qadınına, onun cəmiyyətdə, dövlət idarəetməsində, mədəniyyət, idman və bütün digər sahələrdə layiqli yer tutmasına da nümunə olacaq, öz təcrübələri ilə bu yola işıq tutacaq.


Sonda Aztehsil.com saytının bütün kollektivi adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!






Загрузка...
Həmçinin oxuyun:
Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Tərbiyənin növləri

Tərbiyənin növləri

Məktəblilərdən prezidentə məktub

Məktəblilərdən prezidentə məktub

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi