AzTehsil.com


Xəbərlər
29 may 2017
3 127


Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var



Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

 

Aztehsil.com mdoern.az saytının xaricdə təhsil alan tələbələrlə silsilə müsahibəsindən daha birini oxucularına təqdim edir. "Xaricdəki tələbəmiz” rubrikasının budəfəki müsahibi Almaniyanın "Dortmund Texniki Universitetinin” Fəlsəfə Siyasi Elmlər üzrə magistr təhsili alan Xanım Qədirovadır.

-Hansı səbələrdən Almaniyada təhsil almaq qərarına gəldiniz?

-Almaniyada təhsil almağıma səbəb həmin ölkədə keçdiyim dil kursu idi. Mən Bakı Dövlət Universitetinin "Alman dili və Ədəbiyyatı” fakültəsini bitirmişdim. Təhsilimi bitirdikdın sonra ailəmin və alman tanışlarımın vasitəsilə alman dili biliklərimi artırmağa qərar verdim. Və beləliklə Almaniyada 6 aylıq alman dili kursu keçib DSH-nı (alman dili sertifikatı) yaxşı nəticə ilə əldə elədim. Bu isə Almaniyada təhsil almağıma şərait yaratdı. Burada kurs keçdiyim dövrdə tələbə həyatı və onlara yaradılan şərait diqqətimi çox çəkmişdi.

-Almaniyada magistr təhsili almaq üçün əsas göstəricilər necə olmalıdır?

-Əsas göstəricilər fakültəyə görə dəyişir. Qısaca olaraq: -Universitetdə ortalama bal minimum75-85; -Yaxşı nəticəsi olan dil sertifikatı. İstər ingiliscə olsun istərsə də almanca. Məndə DSH-nin iki sertifikatını almışdım, B2 və C1.

-Almaniyada təhsil üçün müsahibə necə olur? Tələbələr daha çox nələrə fikir verməli və hazırlaşmalıdırlar?

-Məndə müsahibə olmayıb. Bütün sənədlərimi oxumaq istədiyim universitetlərə göndərmişəm. Ondan başqa bəzi universitetin özünün saytından qeydiyyatdan keçmək zəruridir.

-Bəs alman təhsilində olan güclü tərəflər hansılardı..?

-Təhsil burada çox keyfiyyətli və üstündür. Həmçinin, professorların tələbələrə qarşı münasibəti olduqca yaxşıdır və onlara qarşı çox yardımsevərdirlər. Başqa da bu ölkədə təhsil haqqı olduqca münasib məbləğdədir və tələbələrə xüsusi imkanlar yaradırlar.

-Almaniya və Azərbaycandakı təhsil sistemi arasındakı ən əsas fərqlər nələrdir?

-Bu iki ölkənin təhsilində bir çox fərqlər var. Almaniyada əsasən kompüter sistemidir. Həftəlik dərs materiallarımızı professor və dossentlərimiz vasitəsilə hesabımıza yüklənilir və bizlər də rahatlıqla həftə ərzində bu materiallardan istifadə edə bilirik. Davamiyyət əslində çox vacib deyil. Ancaq bəzi professorlar dərslərində tam davamiyyət tələb edirlər. Buna baxmayaraq üç dəfə dərsdən qala bilərsən.
 

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

 

-Orada tələbə həyatı necədir?

-Təqaüd alan tələbələr üçün o qədər də çətinlik olmur. Öz təcrübəmə əsaslanaraq onu deyim ki, həm çalışıb, həm də oxuyan tələbələr üçün çətindir.

-Bizə bu ölkədəki xərclərdən danışın. Aylıq nə qədər xərciniz çıxır?

-Təhsil haqqım semestr üçün 282 avrodur. Bu məbləğin 180 avrosu nəqliyyatdan istifadə üçündür. Bu səbəbdən bir çox yerləri gəzib-görmək imkanım var. Amma ümumilikdə nəqliyyat çox bahadır. Tələbələrə isə böyük güzəştlər var. Aylıq xərcim islə 600-700 avro arası dəyişir. Məsələn ev pulum 280 avro, tibbi siğortam isə 80 avrodur. Qalanlarına isə gündəlik xərclərim daxildir.

-Tələbələrin işləmək imkanı varmı? Varsa harada və necə?

-Almaniyada tələbələrin həftədə 20 saat işləmək imkanı var. İş yerləri müxtəlif ola bilər. Məsələn, restoranlar, şirniyyat dükanları, digər mağazalar və s.

-Almaniya sizdə nələri dəyişdi? Bu ölkənin fərqliyi və qəribəlikləri haqqında nə deyə bilərsiniz?

-Almaniya mədəniyyəti və insanları çox fərqlidir. Almaniya həyatımı tam olaraq dəyişdi. Bu ölkə ən əsası mənə özgüvənli olmağı, bütün çətinliklərlə savaşmağı öyrətdi.



Загрузка...
Həmçinin oxuyun:
AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

"Göygöldə alman izləri" adlı maarifləndirici tədbir keçirilib

"Göygöldə alman izləri" adlı maarifləndirici tədbir keçirilib

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

ADU-da qazanılan şans

ADU-da qazanılan şans

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

ADAU-da magistrlara böyük qayğı və inam var

ADAU-da magistrlara böyük qayğı və inam var

Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında təcrübə keçəcəklər

Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında təcrübə keçəcəklər

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb