AzTehsil.com


Xəbərlər
09 fevral 2017
3 229


AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb



AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

 

 AzMIU-nun Nəzəri və inşaat mexanikası kafedrasının müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor Ramiz İsgəndərovun "Möhkəmləndirilmiş və zədəli konstruksiyaların mühitdə dayannıqlığı” adlı monoqrafiyası işıq üzü görüb. Kitab Almaniyada, LAP LAMBERT Academic Publishinq nəşriyyatında çap olunub. Mononqrafiya AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəyi əsasında təsdiqlənib.
 
Sözügedən əsərdə müəllif özlü-elastiki mühitdə olan möhkəmləndirilmiş konstruksiya elementlərinin zədələnməsi nəzərə alınmaqla dayanıqlığının dinamik hesablanması üçün yeni fiziki və riyazi model işləyib hazırlayıb. Bu model xarici mühit xarakteristikalarının xüsusiyyətlərini - reologiyanı, tezlikdən asılılığı və s. nəzərə alır. 
 

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

 

Monoqrafiya dayanıqlıq və rəqslər məsələsi ilə məşğul olan mühəndis-mexaniklər, doktorantlar,  universitetlərin mexanika-riyaziyyat fakültələrinin müəllim və tələbələri, həmçinin ali texniki məktəblərin əməkdaşları üçün əhəmiyyətli bir mənbə ola bilər. 
 
aztehsil.com
Nəcibə Mirzəyeva(AzMİU mətbuat xidmətinin rəhbəri)



Загрузка...