AzTehsil.com


Xəbərlər
27 aprel 2017
3 401


AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb



AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

 

Azərbaycan Texniki Universitetində (AzTU) magistraturaya hazırlaşan tələbələrlə və onların hazırlığı ilə məşğul olan professor-müəllim heyətilə görüş keçirilib.
 
Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov universitetdə magistrlar üçün yaradılan hazırlıq kurslarından danışıb. Rektor əvəzi bildirib ki, universitetin təşkil etdiyi kurslarda təmənnasız olaraq hazırlaşan həmin tələbələrin 87%-i magistratura imtahanının birinci mərhələsini keçməyə müvəffəq olub.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) universitetə təqdim olunan nəticələrdə göstərilir ki, AzTU-dakı kuslarda hazırlaşan və imtahan verən 567 tələbədən 496-ı müsabiqənin I mərhələsini keçib. 
 
Universitetdə bu il ilk dəfə olaraq müsabiqənin II mərhələsi üçün də hazırlıqlar həyata keçiriləcək. Bunun üçün artıq, müvafiq kafedralara tapşırıq verilib ki, magistratura imtahanlarının növbəti mərhələsinə kimi I mərhələdə keçid balını toplayan tələbələrlə iş aparılsın.
 
İclasda o da qeyd olunub ki, I mərhələyə hazırlıqda olduğu kimi II mərhələyə hazırlıq prosesində də tələbələrin bilik səviyyəsinin müəyyən edilməsi üçün bir neçə dəfə diaqnostik qiymətləndirmə aparılacaq.
 
Qeyd edək ki, AzTU-da təşkil olunan hazırlıq kurslarında rəsmi müraciətlə və Təhsil Nazirliyinin xətti ilə kənar ali təhsil müəssisələrinin tələbələri də hazırlıq keçə bilər. Builki kurslara Azərbaycan Dövlət Dəniz Akademiyasının 2 tələbəsi qatılıb və magistratura imtahanının I mərhələsində müvəffəqiyyət qazanıb.
 
modern.az



Загрузка...