Xəbərlər
23 mart 2017

Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında təcrübə keçəcəklər

Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında təcrübə keçəcəklər

 

Gürcüstanda etnik azlıq nümayəndələri olan tələbələr üçün yeni təhsil layihəsinə start verilib.
 
Aztehsil.com xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Tiflisdə layihənin təqdimatı keçirilib.
 

 

Dövlətin dəstəyi ilə həyata keçiriləcək pilot təcrübə proqramı barədə danışan Gürcüstanın barışıq və vətəndaş bərabərliyi naziri Ketevan Tsixelaşvili bildirib ki, layihədən azərbaycanlı tələbələr də yararlanacaq. Onun sözlərinə görə, proqramın məqsədi dövlət dilini mükəmməl öyrənmiş etnik azlıq nümayəndələri olan tələbələrin işlə təmin olunması perspektivlərini yaxşılaşdırmağa və vətəndaş inteqrasiyası prosesini asanlaşdırmağa təkan verməkdir. 
 

 

Nazir bildirib ki, dövlət dilini mükəmməl bilən tələbələr müsabiqə yolu ilə dövlət strukturlarında üç aylıq təcrübə keçmək imkanı qazanacaqlar. Bəzi tələbələrin həmin strukturlarda işlə təmin olunacağı gözlənilir.
 

 

Qeyd edək ki, proqram çərçivəsində 50-dək azərbaycanlı tələbə 3 aylıq təcrübə keçəcək.





Загрузка...
loading...