AzTehsil.com
RU


Xəbərlər
08 fevral 2017
3 249


Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər



Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

 

"Bu gün ali məktəblərdə mövcud olan vəsaitin 80-82 faizi əmək haqlarının ödənilməsinə sərf olunur. Qalan vəsaitlərlə isə digər ehtiyaclar ödənilir. Bu da kifayət qədər mürəkkəb məsələdir”. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov  "Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
 
 Nazir bildirib ki, bunu nəzərə alaraq ali məktəblər "Maarifçi” Tələbə Kredit Fondu vasitəsilə tələbələrə kreditin verilməsi üçün öhdəlik götürüb. Burada əsas məqsəd hansısa şəkildə gəlir götürmək deyil, tələbələrə təhsili davam etdirib başa çatdırmaq imkanı verməkdir.
 
M.Cabbarov vurğulayıb ki, artıq bu günə kimi 100-dən artıq tələbə kreditdən yararlana bilib: "Layihənin orta və uzunmüddətli uğurlu olması gələcəkdə bu məsələyə zəruri maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlıdır. Burada yalnız ali təhsil müəssisələri ilə məhdudlaşa bilmərik. Məsələ dövlət siyasətinin bir hissəsi olduğuna görə inanırıq ki, təhsil kreditlərində dövlətin də bir payı olacaq”.
 
M.Cabbarov əlavə edib ki, ali təhsil sistemi artıq bir neçə ildir təsərrüfat əsaslı fəaliyyət göstərir: "Bu kifayət qədər mütərəqqi bir modeldir. Dövlət yalnız mərkəzləşdirilmiş imtahanda yüksək bal yığan və dövlət sifarişli ixtisaslara qəbul olan tələbələrin pulunu ödəyir. Son 5 ildə ali məktəblərin yeni məqsədləri var. Onlar təhsildə keyfiyyət və daxili idarəçiliyi o səviyyəyə gətirilməlidir ki, öz büdcələri ilə davamlı inkişafı təmin etsinlər”.



Загрузка...