AzTehsil.com


Xəbərlər
15 iyul 2023
595


8000 tələbə niyə xaric olundu?-İlham Əhmədov




 Bizim 8000 tələbəmiz  son illər  təhsil haqqını ödəyə bilmədiyi üçün  universitetlərdən xaric edilib. Əvvəlki illərdə də 30.000-dən çox  tələbə xarıc edilmişdir.  Bunun əsas səbəbi bilirsinizmi nədir?

Valideynlər  ailədə hər övladına fənnlər üzrə  repetitor tutur.   2-3 il ərzində,  4-5 fənn  üzrə. Bu da məktəblərin və ailə büdcəsinin  boşalmasına səbəb olur. Ailə büdcəsi üçün hər övlada görə  indiki çətin zamanda hazırlıq müddətində 10-15 min manat itki nə  deməkdir.  Çox vaxt bu borc və ya  kredit hesabına mümkün olur.  Əlavə olaraq 2-3 il məktədbən "icazə almaq"da öz yerində.  Məktəblərin mövcud olduğu, amma tədrisin pozulması səbəbi ilə  ailələr  bu  riskli addımı atmağa məcburdurlar.  Daha  sonra bu uşaqlar ATM qəbul olunurlar,  amma  onların müəyyən  hissəsi ödənişli təhsil almalı olurlar. Amma borc  yükü altında qalan ailə, taqətdən düşmüş halda, təhsil haqqını vaxtı-vaxtında ödəyə bilmir. Sonda övladı ATM-dən xarıc edilir. Hazırlığa sərf edilən pullar da batır. 


Bu vəziyyətin səbəbkarı kimdir?   Repetitorluğun qarşısını almalı, məktəbdə normal tədrisi təmin etməli olanlar isə bütün bunlara bəraət qazandırırlar: "Repetitorluq hər yerdə var, bizdə də var" deyərək.  Bunlar niyə kölgə təhsilini, repetitor bazarını  bu qədər müdafiə edirlər?  Maraqları  nədir?  

"Repetitorluq hər yerdə var, bizdə də var" deyənlər amma  demirlər ki, heç yerdə belə kütləvi repetitorluq yoxdur.  Repetitorluq heç yerdə  1-11-ci sinifləri əhatə etmir, məktəbi iflic etmir, valideyinlərə ağır iqtisadi problemlər yaratmır. 


Niyə demirlər ki, hər yerdə başqa imkanlar da var, hansı ki, bizdə yoxdur bu imkanlar ?   

Bizdə yeni yaranan "Tələbə kredit fondu"nun  büdcəsi azdır, şərtləri də bəzən uyğun olmur tələbələrə.  

Məlumat üçün deyək ki,  ABŞ hökuməti  bu il 800  min tələbənin 40 milyard $ təhsil  krediti  borcunu sildi. Gələcəkdə daha 400 milyard $ silinəcəkdir. Ölkə üzrə tələbələrin təhsil haqqı kimi kredit  borcu 1,75 trilyon $. 

Başqa ölkələrdən nümunə gətirənlər  niyə tələbələrin xeyrinə olan belə nümunələrə baxmırlar, harda xoşagəlməz, ziyanlı  nümunə var, tez  onu mənimsəyirlər?  Təbii, biz  iqtisadi  potensiala görə ABŞ deyilik, amma bu gün çox ölkələrdə (o cümlədən Türkiyədə) ali təhsil pulsuzdur. Bunların heç birini edə bilmiriksə, onda  zəhmət çəkək, məktəblərdə normal tədris prosesini təmin edək.  Dövlət 4000 yeni məktəb tikib ki, siniflər boş qalsın?




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?