AzTehsil.com


Xəbərlər / Abituriyent
22 mart 2019
9 459


İmtahana necə hazırlaşmalı ?



İmtahana necə hazırlaşmalı ?

 

Faydalı hazırlaşmaq!

Hazırlıq vaxtı-bir dəfə hazırlaşmaq üçün ayrılan vaxt ən az 45 dəqiqə ən çox isə 90 dəqiqə olmalıdır. Qısa aralar verərək edilən 1-2 saatlıq hazırlıq heç ara vermədən edilən 5 saatlıq hazırlıqdan daha faydalıdır. Əsas istifadə edilən vaxt deyil, o vaxtı necə dəyərləndirdiyindir. Hər gecə yatmamışdan əvvəl və hər səhər qalxdıqdan sonra 15-20 dəqiqə təkrar etməlisiniz. Bu, öyrəndiklərinizin möhkəmlənməsi üçün vacibdir.

Diqqət! Sizin üçün ən faydalı olan saatlarınızı çətin qavradığınız dərslərə ayırmalısınız. Qalan saatlarınızı isə çətinlik çəkdiyiniz digər mövzulara ayırmağınız çox gərəklidir. Əvvəlcə çətin olana nail olun və özünüzü mükafatlandırın.

Oxumağa iş kimi baxmayın! Oxumağın sizi hədəfinizə aparacağını, oxuduqca öyrənənəcəyinizi, öyrəndikcə isə sevincli anlarınızı düşünün.

Məqsədinizi müəyyənləşdirin!

Hansı sənəti seçəcəyinə qərar verməmiş bir şagirdin, necə hazırlaşmalı olduğu mövzusunda heç bir cəhdi baş tutmaz.Müvəffəqiyyət əldə etmək üçün məqsədinizi açıq və dəqiq olaraq müəyyənləşdirməlisiniz. "Müəllim olmaq istəyirəm!” ya da "Mühəndis olmaq istəyirəm!” əvəzinə "Ədəbiyyat müəllimi olmaq istəyirəm!” ya da "Kompyuter mühəndisi olmaq istəyirəm!” deməlisiniz. Məqsədlər davranışların başlanğıcıdır. Siz də işə məqsədinizi müəyyənləşdirməklə başlayın.

Hansı universitetdə oxumaq istəyirsiniz?

Sənətiniz nə olacaq?

Məqsədinizə çatmaq üçün keçməli olduğunuz maneələrin olduğunu bilirsinizmi?

Öz vəziyyətinizi bir daha, bu sualların işığında dəyərləndirin, "Bu hazırlıq məni hədəfimə çatdıracaqmı?” deyə soruşun. Gücünüzü aşacaq hədəflər, sizi uğursuzluğa apara bilər. İnancınızı itirməyinizə, dərslərdən uzaqlaşmağınıza səbəb ola bilər. Real hədəf isə sizi uğura aparar. Özünü zəif görmə, amma çox da güclü hesab etmə!

Vaxtınızı dərsləri hazırlamaq üçün deyil, daha effektli hazırlayaraq, həqiqətən başa düşmək üçün istifadə edin!

Hazırlıq proqramı necə olmalıdır?

Həftəlik dərs oxuma proqramını hazırlayarkən, gündəlik fəaliyyətinizi həftənin hər günü üçün ayrı-ayrı nəzərdən keçirməlisiniz. İstifadə edilə bilən proqram hazırlamaq üçün fəaliyyətinizi real olaraq proqramınızda əks etdirməlisiniz. Keçmişdə uğur əldə etmək üçün təklif olunan düşüncə "Oxumaq, oxumaq və yenə də oxumaq” şəklində idi. Halbuki günümüzdə çox oxumaq əvəzinə, "Təsirli və planlı şəkildə hazırlaşmaq” şüarı daha məqsədə uyğundur. Təsirli və planlı hazırlıq proqramının içərisində əyləncə, istirahət, ailəyə və sevdiklərinizə də vaxt ayırmaq mümkündür.

Bu proqramı 3 mərhələdə hazırlaya bilərsiniz:
1. Hər dərsdən oxumalı olduğunuz mövzuları ilk planda tutun, bölmə başlıqları ilə qeyd edin.
2. Məktəbdən (kursdan) çıxışınızla yuxu saatlarınız arasında və vacib işləriniz xaricində qalan hazırlıq vaxtınızı hesablayın.
3. Bölmə başlıqları ilə müəyyənləşdirdiyiniz mövzuları oxuma saatlarınıza uyğun olaraq bölüşdürün.
Bu bölüşdürməni edərkən, üst-üstə gələn dərslərin eyni mövzularda olmamasına diqqət yetirin. Uzun vaxt ard – arda hazırlaşmayın. Dərslərin arasındakı 10-15 dəqiqəlik istirahət vaxtı, sizin öyrənmə qabiliyyətinizi yüksəldəcəkdir.
Riyaziyyat və texniki fənlər üçün daha fərqli bir istirahət metodu tətbiq edilməlidir. Bu kimi dərslərdə misal həll edərkən, cavab tapana qədər hazırlığa davam etmək lazımdır. Yenə də diqqətinizi cəmləyə bilmirsinizsə, deməli istirahət etməyə ehtiyacınız var.

Planlı şəkildə hazırlaşmaq bizə nə qazandırır?

v Başqa məşğuliyyət üçün də vaxt ayıra bilərsiniz.
v "Çatdıra bilmirəm” narahatlığını yaşamazsınız.
v Zehniniz az yorulacağına görə, oxumaq həvəsinizi itirməzsiniz.
Şəraitinizi qaydaya salın!
v Çalışma otağı çox isti və ya çox soyuq olmamalıdır, yaxşı havalandırılmalı və səssiz olmalıdır.
v Oxu masasının yüksəkliyini öz boyunuza görə düzəldin. Oxu masasında oturduğunuz stul düz oturmaq üçün uyğun olmalıdır.
v Dərs oxuduğunuz otaqdakı divar kağızları, afişa və rəsmlər diqqətinizin dağılmağına səbəb ola bilər.
v Hazırlıq mühiti və masası sadəcə oxumaq üçün istifadə olunmalıdır
v Hazırlığa başlamamışdan əvvəl oxuma zamanı lazım ola biləcək bütün ləvazimatlarınızın əlinizin altında olması, diqqətinizin dağılmasının qarşısını ala bilər.
Ən yüksək nəticələri əldə etməyi bacaran insan ən böyük istedada sahib olan deyil, özündə olan gücü, böyük bir çalışqanlıqla və səliqəylə istifadə edən insandır.
Samuel Smiles Diqqətiniz dağıla bilər!

Diqqətin dağılmasının başlıca iki səbəbi var.

1.Dərsə hazırlıq vərdişinin formalaşmaması.
2.Beyni məşğul edən xarici təsirlər və problemlər.
Oxumaq istəyi olmadan müvəfəqqiyyət əldə etmək olduqca çətindir.Oxumağa istəkli deyilsinizsə, deməli başqa bir şey istəyirsiniz.
Dərs oxuyarkən "Dostlarınızdan daha aşağı bal toplamaq,imtahanlarda uğurlu olmamaq” kimi lazımsız həyəcanlar diqqətinizi dağıdırsa, bu narahatlıqların səbəblərini müəyyənləşdirin.
Bəzi şagirdlər oxumalı olduğu səhifələrə dəqiqələrcə baxaraq, sanki ayıqkən yuxu görürlər. Bu diqqətin dərsdə olmamasının səbəbidir və hazırlığa mənfi təsir göstərən bir amildir. Bunun qarşısı alınmalıdır.
Diqqəti toplamaq!
Yersiz problemlərlə beyninizi yormayın! Hər şeyin bir vaxtı var. Sizi narahat edən problemi o an üçün həll etməyiniz mümkündürsə, dərsə başlamamışdan həll edin. Mümkün deyilsə bu problemlə nə vaxt maraqlanacağınıza dair qeyd aparmağınız sizi rahatlata bilər. Şəxsi problemlərinizi keçici olaraq rəfə qoyun, gözəl günlər qabaqdadır… v Oxuyarkən yersiz xırdalıqlara fikir verməyin, əvvəlcə mövzunun özünü qavramağa çalışın.
v Hazırlıq mühitindəki yersiz təsir edicilərin vaxtınızı almasına icazə verməyin.
v Sistemsiz və qarışıq hazırlaşma! Lazım olsa qrafiklər qur, məlumatlar qeyd et.
v Məqsədsiz və nizamsız oxuma. Nəyi öyrənəcəksənsə ona yönəl.
Bədbin düşüncələrdən uzaqlaşın, nikbin düşünün!…
İmtahan üçün nikbin şeylər düşünün, "imtahanı ölüm–qalım savaşına çevirməyin.” İmtahanda uğur əldə etməyəcəyiniz düşüncəsi sizə şəxsiyyət olaraq dəyərsiz, heç bir işə yaramayacaq bir insan olacağınız təəssüratını bağışlamasın. Uğur əldə etmənin başlıca məqsədiniz olduğunu, bu halda başqa seçimlərinizin də ola biləcəyini özünüzə tətbiq edin.
Keçmişdəki uğursuzluqlarınızı deyil, uğurlarınızı düşünün. Özünüzə aid bədbin düşüncələr əlinizi, qolunuzu bağlayar və sizi ruhdan salar. Uğursuzluqlarınızın səbəbini araşdırın, tapın və qarşısını alın. İmtahanlardakı uğurlarınızla mənəvi dəyərlərinizi bir tutmayın. İmtahanlarda tətbiq olunan testlər mənəviyyat testləri deyil, informasiya və məlumat testləridir.

Hədəfinə diqqətlə və soyuqqanlılıqla bax!

İstirahət etmədən oxuma!

Yuxu ehtiyacı 14-17 yaşındakılar üçün 7-8 saatdır. Bir gecədə 3,5 saatlıq qısa bir yuxunun ziyanı yoxdur. Ancaq yuxusuz gecələr üst-üstə gələrsə qavrama qabiliyyətiniz zəifləyəcək.Yuxunuzu azaltmaq istəyirsinizsə, bunu birdən-birə etməyin. 3-4 gündən bir 25-30 dəqiqə daha az, yata bilər, həftədə orta hesabla 1 saat daha tez qalxa bilərsiniz. Oxumaq bir vərdişdir. Səhər və günortadan sonra oxumaq daha düzgündür. Bu saatları lazımsız şeylərə sərf etməyin. Günortadan sonrakı saatları boş vaxt olaraq istifadə etmək düzgün olmaz. Bu saatlarda oxumağı vərdiş halına gətirməli və bu gözəl vərdişi ömrünüz boyunca davam etdirməlisiniz.

Musiqi dinləyərək dərs oxuma!

Tədqiqatlara görə insan zehni ortaya çıxan 2 təsirediciyə eyni dərəcədə qarşılıq verə bilməz. Deməli həm musiqi dinləyib, həm də dərs oxumaq mümkün deyil. Dərs hazırlayarkən musiqiyə qulaq asmaq beyni yorar və uğursuzluğa səbəb olar. Musiqini dərs aralarında dinləyin.

Dərs oxumağın üç böyük düşməni
1.Televizor
2.Telefon
3. İnternet
Aparılan tədqiqatlar gənclərin vaxt itirməyinə ən çox səbəb olan şeyin "televizor” olduğunu təsbit ediblər. Açma düyməsinə basana qədər idarə etmə sizin əlinizdədir. Düyməni basdıqdan sonra isə televizorun əlinə keçir.
BUNA MANE OLMAQ ÜÇÜN:
Hazırlıq proqramınızda istirahət etmə aralarında sevdiyiniz proqramlara baxa bilərsiniz. Əgər baxdığınız şey qısadırsa ayaqda izləyin, yoxsa ilişib qalacaqsınız .
Telefon danışıqlarınızı dərs oxuduqdan sonra edin. Telefon diqqəti dağıdan ən ciddi amillərdən biridir.
İmtahandan sonra telefonla danışmağa və televizora baxmağa bolca vaxtınız olacaq. İnternetdən istifadə məqsədli olmalıdır.
Yox deməyi bacarın!
Girəcəyiniz hər imtahan çox ciddi hazırlıq tələb edir. Planlı, proqramlı və məqsədyönlü hazırlaşmaq, sizi imtahanda mütləq uğura aparacaq. Bu ərəfədə sizi oxumaqdan yayındıran bir çox amillər olacaq. Bunların təməlində sizin öz arzu və istəkləriniz durur. Özünüzə yox deməyi bacarın. Dostlarınız sizi oxumaqdan yayındıra bilər. Hazırlıq proqramınızda onlar üçün ayırdığınız vaxtın xaricində onlara uyğun bir dillə "yox” deyə bilməlisiniz. Ailənizin istəkləri sizi hazırlaşmağınızdan geri sala bilər. İş yerində durmaq, ev işlərini görmək və s. işlər vaxtınızı ala bilər. Ailənizə (incitmədən və səbəbini açıqlayaraq) yox deyin. "Yox” deyərək müvəffəqiyyət əldə edə bilərsiniz.

Özündə oxuma mədəniyyətini formalaşdır.
Sürətli və effektli oxumaq Öyrənməyə təsir edən ən vacib amillərdən biri də "sürətli və effektli oxumaq”dır. Sürətli oxumağın yavaş oxumağa nisbətən daha yaxşı qavranıldığı qəbul edilir. Çünki yavaş oxuyarkən diqqət daha tez yayınır.
v Yavaş oxuma sürəti dəqiqədə 100-200 söz
v Normal oxuma sürəti dəqiqədə 200-250 söz
v Sürətli oxuma sürəti dəqiqədə 400-500 söz arasındadır.
Sürətlə və effektlə oxumaq üçün: Bir kitabın və ya bir yazının hansı mövzuları əhatə etdiyini bilmək üçün: v Mündəricat səhifəsini gözdən keçirin.
v Yazının ön söz və nəticə qismləri mütləq oxunmalıdır.
v Seçilən qism və ya mövzu,diqqətlə və bilinən bir sürətlə bölmə bölmə oxunmalıdır.
v Bölmənin və ya yazının ilk və son bölmələrinə diqqət yetirilməlidir, çox zaman əsas ideyanı bu bölmədən çıxarma ehtimalı vardır.
v Vacib hesab edilən qismlərin altını xətləyin, ya da yanına işarə qoyun.
v Mətnin içindəki qrafik, şəkil, qayda və başqa materiallar diqqətlə incələnməlidir.
v Oxumaq insanı müdrikləşdirir. v Danışmaq ustalaşdırır.
v Yazmaq daha konkret məlumatla təmin edir.
v Şeir mənəvi zənginlikdir.
v Riyaziyyat dəqiqlik,incəlikdir.
v Təbiət elmləri dərinlikdir.
v Məntiq söz söyləmə sənəti və mübahisə bacarığı qazandırır.

SSODT üsulu (seyr et, soruş, oxu, danış, test et)
Seyr et bölmə içində nələrin olduğuna dair fikirlərin olması üçün giriş və nəticə qismləri ilə əsas başlıq, şəkil, rəsm və qrafiklərə (3-4 dəq) göz gəzdirilməlidir.
Soruş göz gəzdirmə mərhələsində mövzu ilə əlaqəli suallar qurun. "Nələri öyrənməyi gözləyirsiniz?”, "Nə, necə və harada?” suallarını qurun və bir kağıza yazıb göz qabağına qoyun. Oxu beyninizdə əmələ gələn ümumi fikrə və qurduğunuz suallara görə mətni oxumağa başlayın. Sualların cavabı olan hissəni işarələyin. Tərif, bənzərlik və fərqlilik bildirən hissələrin altından qara xətt çəkin.Vacib olan bölmələrə də fərqli işarələr qoyun, əsas ideyanı müəyyənləşdirib, qeydlər aparın. Danış Kitaba baxmadan qeydlərinizdən istifadə edərək yüksək səslə danışın.
- Qurduğunuz suallara cavab verin.
- Vacib hissələri açıqlayın.
- Mövzunu danışaraq təkrarlayın.
Test et kitaba ya da qeydlərinizə baxmadan özünüzü test edəcək suallar soruşun. Bu edilənlərdən sonra ana fikrin, açar sözlərlə yaranan sual və cavabların tam bir şəkildə yerləşmiş olması lazımdır. Bu da mövzunun öyrənildiyini göstərir.

Müvəffəqiyyət üçün Uğur əldə etmək üçün sistemli və planlı olmaq lazımdır. Sistemli və planlı hazırlaşmağın ən yaxşı yolu, bir hazırlıq proqramına sahib olmaqdır. Tərtib etdiyiniz çalışma proqramının sizi qələbəyə aparması üçün əvvəlcə uğursuzluğa səbəb olan amilləri aradan qaldırmalısınız.
Bu mənfi amillər bunlardır.
• İlkin hazırlıq etməmək.
• Mövzunu tam qavramamaq.
• Dərsə qulaq asmamaq.
• Qeyd aparmamaq.
• Bilik bazasının azlığı.
• Mövzuları təkrar etməmək.
Böyük adamlar heç bir işi yarımçıq qoymurlar.
İlkin hazırlıq Dərsdə müəlliminizin danışacağı dərslə bağlı əvvəlcədən qısa məlumat toplayın.Beləliklə dərs başa salınarkən mövzuya yad qalmaz, ümumi məlumatlardan xəbərdar olarsınız. Məsələn, fikirlər, adlar, ya da qaydalar qabağınıza çıxdığı zaman onları daha asan başa düşərsiniz. Bu davranış dərsi dərsdən sonra da xatırlamağınıza kömək edəcək. Dərsdə danışılacaq mövzu ilə əlaqəli ilkin oxuma edərək, izah edilməsini istədiyiniz sualların nələr ola biləcəyini düşünün və bu suallarınızı mütləq cavablayın. Beləliklə məlumatları asanlıqla öyrənər, biliklərinizin qalıcı olmasına zəmin yaradarsınız. Nəticədə məktəbdə və ya kursda keçiləcək mövzunu əvvəlcədən gözdən keçirmək, qavramanızı asanlaşdıracaq, öyrəndiklərinizin daimi olmasını təmin edəcək.

Dərsi dinləmək Öyrənməyə təsir edən ən vacib amillərdən biri də dərsi diqqətlə dinləməkdir. Məsələn, dərs başa salınarkən başqa işlərlə məşğul olaraq, dərsə qulaq asmamaq öyrənməli olduğunuz məlumatların daha sonra bundan da artıq vaxt sərf edərək öyrənməyinizə səbəb ola bilər. Bu səbəblə də eşitmək və dinləmək arasındakı fərqi yaxşı qavrayıb, sizə danışılanları sadəcə eşitməklə kifayətlənməməlisiniz. Dərsə qulaq asarkən mövzular arasındakı oxşar və fərqli tərəfləri düşünüb, fikir bildirərək öyrəndiklərinizi daha qalıcı hala sala bilərsiniz. Müəlliminizin dərsdə keçdiyi mövzunu, dərsin sonunda xatırlamırsınızsa, deməli müəllimin dediklərini eşitmiş, ancaq qulaq asmamışsınız. Bildiyini kiməsə danışmaq və ya bu haqda nəsə soruşmaq biliyi möhkəmləndirir.

Qeyd aparmaq Nizamlı olaraq qeyd aparmaq dərsdə öyrəndiklərinizi öz başa düşəcəyiniz şəkildə yadda saxlamağınıza kömək edər. Dərsdə edilən qeydlər məlumatların qalıcı hala gəlməsində böyük rol oynayır. Qeyd etmək, dərsə qulaq asmaq dərsin keyfiyyətini artırır. Eyni zamanda oxuyarkən qeydlər aparmaq da bilikləri qalıcı hala gətirir. Dərsdə edilən qeydlər, dərsin vacib qismlərinin müəyyənləşdirilməsində şagirdə kömək edir. Müəllimlər adətən dərsdə üstünlük verdikləri mövzuları daha sıx təkrar edirlər və imtahanda da məhz bu suallardan daha çox çıxır.

Təkrar Öyrənmədə təkrar vacibdir. Öyrəndiklərinizi həmişə təkrar edin.Həmçinin həftəlik və aylıq təkrarlar edin. Beləliklə nələri nə qədər tez unutduğunuzu daha rahat görə bilərsiniz.Bu səbəblə sistemli bir təkrar proqramı hazırlayın.

Nəticə olaraq, öyrəndiyiniz məlumatların unudulmaması üçün təkrar etməlisiniz. Unudulan məlumatı yenidən öyrənmək əvəzinə, təkrar edərək unutmamaq daha asandır və daha az vaxtınızı alar.
Məlumat bazasının azlığı Məlumatınızın yetərsiz olmağı, bilik səviyyəsindən bəlli olur. Bilik səviyyəniz aşağıdırsa, deməli, məlumat əksikliyi var və bu mütləq aradan qaldırılmalıdır. İlk olaraq, məlumatınızın kifayət qədər olmadığı dərsləri və dərsin mövzularını müəyyənləşdirməlisiniz. Bu mövzuları həftənin müəyyən günlərinə bölüşdürərək oxumalısınız. Nəticədə isə sınaq imtahanlarınızın balı düzələcəkdir. Əsas olan təkcə oxumaq deyil, nizamlı və faydalı oxumaqdır. Nəyi, necə hazırlaşmalı olduğunuzu bilirsinizsə, yükünüz bir az azalmış olar.
Test üsulu Sınaq imtahanında hələ istədiyiniz balı toplamamısınızsa, bunun bir çox səbəbləri olmalıdır:
• Mövzulara hakim deyilsiniz.
• Məlumat sahibi olduğunuz mövzular arasında əlaqə qura bilmirsiniz.
• Oxuduqlarınızı xatırlamırsınız.
• Keçilən mövzularla əlaqəli kifayət qədər test eləmirsiniz.
• İmtahanda vaxtdan səmərəli istifadə etmirsiniz.
İmtahanda ən böyük rəqibiniz vaxtdır. Vaxtınızı səmərəli istifadə etməyin ən effektli yolu bildiyin testdən başlamaqdır. Ümumi bir prinsip olaraq, bildiyin testdən başlamaq hər şagirdin imtahanın başında olan həyəcanını aradan qaldırır.
Sual həll etmə bacarığınızı artırmaq öz əlinizdədir Hazırlaşmağınıza baxmayaraq umduğunuz qədər sual yaza bilmirsinizsə, çox səhv edirsinizsə, səhv etmə səbəblərinizi araşdırmalısınız. İmtahanda sualların həll edilməməsinin başlıca səbəbi:
• Həll etmək üçün lazımi məlumata sahib olmamaq.
• Lazımi məlumatlara sahib olmağınıza baxmayaraq, bunları xatırlamamaq.
• Məlumatın necə istifadə ediləcəyini bilməmək.
Əgər əsas probleminiz kifayət qədər bazaya sahib olmamağınızdırsa, vəzifəniz imtahana qədər lazımi məlumatları toplamaqdır. Bu isə ancaq proqramlı hazırlaşmaqla mümkündür. Əgər əsas probleminiz bildiklərinizi imtahanda xatırlamamaqdırsa, təkrar vərdişinizi gözdən keçirməlisiniz. Rejimli təkrarlar etmədiyiniz üçün bildiklərinizi unutmuş ola bilərsiniz. Əgər əsas probleminiz məlumatları xatırlamağınıza baxmayaraq bunları suallarda tətbiq edə bilməməkdirsə, oxumaq vərdişinizi gözdən keçirməlisiniz. Məlumatları başa düşmədən əzbərləmiş ola bilərsiniz. Əksiklərinizi yalnız çoxlu sual həll edib, öyrəndiklərinizi istifadə edə bilmə gücünüzu inkişaf etdirərək aradan qaldıra bilərsiniz. Bu da evdə təkrar etməyin nə qədər vacib olduğunu göstərir.
Öyrəndiklərinizi rejimli şəkildə təkrar edirsinizmi? Hafizəmizə çatan bir məlumatı özümüz üçün lazımlı etməyib, nizamlı aralıqlarla təkrar etməsək, qısa müddətdə unudarıq. Bütünlüklə öyrənilmiş məlumatları belə 24 saat ərzində təkrarlamasaq, 70% – ə qədərini unudarıq.

Təkrar necə tətbiq edilir?

• Oxuma prosesinin sonunda ediləcək 5 dəqiqəlik təkrar məlumatın 1 gün qorunmasını təmin edir.
• Öyrəndikdən 24 saat sonra ediləcək 10 dəqiqəlik təkrar oxuduqlarınızın 1 həftə yaddaşda qalmağına kömək edir.
• 1 həftə sonra edilən 20 dəqiqəlik təkrar öyrənilənlərin 1 ay yaddaşda qalmağına kömək edir.
• Məlumatı öyrəndikdən sonra edilən 30 dəqiqəlik son təkrar, məlumatın uzun müddət yaddaşınızda qalmağına çox təsir edəcəkdir.
Oxumamaq Şagirdin oxumamasına təsir edən amillər:
• Şagirdin qəbul ola bilməyəcəyini düşünməsi.
• Şagirdin imtahana psixoloji olaraq hazır olmaması.
• Şagirdin ətraf mühitdəki hadisələrə çox fikir verməsi və diqqətinin yayınmış olması; yəni eyni zamanda birdən çox fəaliyyətlə məşğul olması.
• Şagirdin bəlli bir hədəfi və o hədəflə bağlı layihələrinin olmaması. • Şagirdin imtahan qorxusunu davamlı olaraq yaşaması.
Düzgün hazırlaşmamaq Düzgün hazırlaşmamaq, əslində lazımi zamanda lazımi dərsə hazırlaşmamaq mənasına gəlir. Əvvəlcə, istədiyiniz fakültəyə daxil olmaq üçün hansı dərsi nə qədər oxumalı olduğunuzu müəyyənləşdirməlisiniz.
• Məqsədiniz əzbərləmək deyil, öyrənmək olmalıdır.
• Davamlı təkrarların əzbərə yol açacağını unutmayın.
• Test həll etdikdən sonra, əksikliklərinizin nə olduğunu təyin edin və nə cür səhvlər etdiyinizi tapmağa çalışın.
• Hazırlaşarkən və test həll edərkən musiqi dinləməyin, əks təqdirdə imtahan vaxtı da yenə musiqi sədaları altında test həll etmək istəyəcək, ancaq bu mümkün olmadığı üçün çətinlik çəkəcək və diqqətinizin yayınma halı ilə qarşı – qarşıya qalacaqsınız.
• Heç istirahət etmədən oxumaq da səhv oxuma üsuludur. Özünüzü ələ almalısınız və proqramınızı daha yaxşı tətbiq etmək üçün enerjili hala gəlməlisiniz.
Az hazırlaşmaq
• Vaxt baxımından lazımi qədər hazırlaşmamaq ən vacib əksikliklərdən biridir.Unutmamalısınız ki, hər kəs üçün yetərincə oxumaq vaxtı fərqlidir. Əgər bir dərs sizin üçün çətindirsə və o dərsi qavramaq sizə sıxıntı yaradırsa, siz bu dərsi ətrafınızdakılardan daha çox çalışmalısınız. "Başqalarının çalışmaq vaxtı və proqramı sizin çalışmaq vaxtınız və proqramınızla eyni ola bilməz.
• Hər dərs üçün yetərli oxumaq vaxtı da fərqlidir. Bir dərsə hazırlıq vaxtı olaraq ayıracağınız vaxt, o dərslə bağlı nə qədər problemlərinizin olmasından asılıdır.

İmtahan təcrübəsi qazanmaq İmtahana hazırlaşarkən şagirdin mövzuları öyrənməsi, mövzu ilə bağlı problemləri həll edə bilməsi, onun imtahana hazır olduğunu göstərmir. İmtahanda necə davranılacağı, hansı bölmələrdən başlayıb, hansı bölməyə nə qədər vaxt ayrılacağı müəyyənləşdirilməli, təcrübə qazanılmış şəkildə imtahana girilməlidir.
• Sınaq imtahanları həqiqi imtahan kimi qəbul edilməlidir.
• İmtahan həyəcanı və səhv etmə faizi sınaq imtahanları ilə ən aza endirilməlidir.
• İmtahana 2-3 ay qalmış, rejimli hazırlaşmaqla mövzu əksiklikləri tamamlanmış olmalıdır.
• Müəyyən zaman çərçivəsində testlər həll edərək, sual həll etmə sürəti artırılmalıdır. ƏSAS OLAN YERƏ YIXILIB -YIXILMAMAQ DEYİL, TƏKRAR AYAĞA QALXIB –QALXMAMAQDIR • İmtahana 1 ay qalmış əvvəlki illərdə düşmüş suallar nəzərdən keçirilməlidir.
• Sınaq imtahanlarında həllə hansı testdən başlanacağı və nə qədər vaxt ayrılacağı müəyyənləşdirilməlidir.
İmtahana qədər hər şagird vaxtını ən yaxşı şəkildə dəyərləndirərək, imtahan günü bilik və təcrübəsini ən üst səviyyəyə çatdırmalıdır. İTİRİLMİŞ ŞEYLƏRİN HEÇ BİRİ BİR DAHA GERİ GƏLMƏYƏCƏK VƏ SABAH KEÇMİŞ ZAMANIN VERDİYİNİ GƏTİRMƏYƏCƏK. ZVEİC

Beyin yorularmı?

Öyrənmək mücərrəd bir hadisə, ya da hal deyil. Öyrənmək beyindəki sinir hüceyrələri arasında qurulan zülal zəncirləriylə həyata keçir. Öyrənmək sinir hüceyrələri arasındakı bağla əlaqəli olduğuna görə, "Oxumağın sağlamlığınıza zərərli olduğu, gənc beyinlər üzərində yıxıcı təsir bağışladığı, beyinin dolduğu və ya yorulduğu” kimi düşüncələrin elmi əsası yoxdur.
Sinir hüceyrəsi sahib olduğu xassələrlə əzələ hüceyrələrindən tamamilə fərqlidir.
"XƏSTƏLİK BƏDƏN ÜÇÜN BİR MANEƏDİR. ANCAQ İRADƏ ZƏİF OLMAZSA, İRADƏ ÜÇÜN MANEƏ DEYİL. "MƏN ŞİKƏSTƏM”. BU, BƏDƏN ÜÇÜN BİR ZƏİFLİKDİR. ANCAQ İRADƏ ÜÇÜN HEÇ VAXT BİR RUH DÜŞKÜNLÜYÜ DEYİL. BAŞINA GƏLƏCƏK HƏR QƏZA ÜÇÜN EYNİ ŞEYİ DÜŞÜN. O ZAMAN BUNLARIN BAŞQA ŞEYƏ MANE OLDUĞUNU, ANCAQ SƏNƏ HEÇ VAXT MANE OLA BİLMƏYƏCƏYİNİ ANLAYACAQSAN.” Epiktetos Heç vaxt təslim olmayın!
Uğursuzluq yoxdur, sadəcə nəticələr vardır. İşlər planlaşdırdığınız kimi getməyəndə, adətən, bacarıqsız olduğunuzu düşünürsünüz. Halbuki hadisələrə baxışınız yaxşı, ya da pis deyil, hər şeyin bir vəziyyətdə olduğunu düşünməlisiniz. İşə uğursuzluq fikrini düşüncənizdən silməklə başlayın, görəcəksiniz ki, yeni fürsət qapıları üzünüzə açılacaq. Thomas Edison, lampanı kəşf etmək üçün etdiyi 9999 sınaqdan sonra köməkçilərinin "Bacara bilmədik” deməklərinə qarşılıq belə demişdir: "Uğursuzluğa tuş gəlmədik, indi bütün insanların içində uğura ən yaxın olanı bizik. Çünki etməməli olduğumuz 9999 şeyi biz artıq bilirik.”

Digər insanların təslim olduğu anda siz davam etməlisiniz!
Dəyişiklik üçün 5 addım
• Oxumaqla bağlı fikir və hisslərinizi gözdən keçirin.
• Hazırlaşmaq vərdişinizi gözdən keçirin.
• Fəal hazırlaşma üsullarını öyrənin.
• Tətbiq edərkən davamlı və dəqiq olun.
• Nəticəni dəyərləndirin.
İmtahan qabağı həyəcanın aradan qaldırılması İmtahan hazırlığının ən qızğın ərəfəsinə girdiyiniz günlərdə, imtahanla əlaqəli narahatlıq səviyyəsinin yüksək olması normaldır. Qabağınızda olan qısa zamanı ən faydalı şəkildə dəyərləndirərək, imtahanla bağlı pis fikirlərinizdən azad olub, fikrinizi dərslərinizə yönəltməlisiniz. Bunu təmin etmək üçün ilk əvvəl həyəcanın nə olduğunu öyrənməlisiniz. Sonra qorxu ilə arasındakı fərqi başa düşərək, imtahan həyəcanını artıran səbəbləri bilməli və imtahan narahatlığınızı azaldacaq təkliflərdən faydalanmalısınız. Narahatlıq mənfi bir haldır. İnsanın özünü pis hiss etməyinə, ən pisin isə şəxsiyyətini mənfi dəyərləndirməsinə səbəb olur.
Narahatlığı qorxudan ayırd etmək lazımdır. Qorxu hissi həqiqidir. Misal üçün; itdən qorxmaq, çünki həyatımızın təhlükə altında olduğuna hiss edirik. Bununla bağlı olaraq qaçırıq. İmtahan mühitində bu cür ciddi mənada bir təhlükə olmadığı üçün bunu qorxu olaraq adlandıra bilmərik. Yəni imtahan mühiti ciddi bir təhlükə təşkil etməməkdədir. Bu halda narahatlıq həqiqətlə heç bir əlaqəsi olmayan, bizi yanıldan bir haldır.
İmtahan həyəcanını artıran başlıca səbəblər
• Ətrafdakıların şagirdlə bağlı düşüncələrinin şagirddə yaratdığı narahatlıq "Qəbul olmasam ağılsız olduğumu düşünəcəklər.”
• Şagirdin özü ilə bağlı narahatlığı, qəbul ola bilməməsi düşüncəsi.
• Özünü imtahana kifayət qədər hazır hiss etməməsi, ifrat gərginlik səbəbiylə imtahana lazımi qədər hazırlaşmaması. "Heç nə bilmirəm, bacara bilməyəcəm” hissi.
Fikir verilərsə, imtahan qorxusu imtahanın özündən deyil, şagirdin imtahana baxışından qaynaqlanır.
İmtahan qorxusunu azaltmaq üçün təkliflər
• Hər şeydən əvvəl imtahanı şəxsiyyətinizin dəyərləndirməsi olaraq görməyin. İmtahan sizin biliklərinizin dəyərləndirilməsidir. "Mən istedadsızam, beyinsizəm!” kimi ifadələri özünüzə yaraşdırmayın. Siz dəyərlisiniz.
• İmtahanı bir məqsəd deyil, həyatda uğurlu və xoşbəxt yaşamaq üçün bir vasitə olaraq görün. İmtahanı xoşbəxt olmaq üçün bir vasitə olaraq görsəniz, xoşbəxt olmaq üçün başqa vasitələrin də olduğunu görəcəksiniz.
• Daha əvvəlki uğursuzluqların səbəbini araşdırın və onları bərpa edin. Beləliklə eyni səbəbdən uğursuz olmazsınız.
• Hamının qabiliyyətinin fərqli olduğunu düşünün və özünüzü başqalarıyla müqayisə etməyin.
• Ata – ananızın və ətrafdakıların sizdən çox bildiklərini düşünün.
İmtahanla bağlı xəbərdarlıqlar
• İmtahana ən yaxşı bildiyiniz sualdan və özününzü güclü hiss etdiyiniz testdən başlayın.
• Tələsməyin. Əvvəlcə sualı düzgün oxuyun.
• Sualı dəqiq olaraq başa düşmədinizsə əvvəlcə sualın özünü təkrar oxuyun, sonra variantlara baxın.
• Mərhələ üsulundan istifadə edin. İlk öncə ən yaxşı bildiyiniz sualları cavablandırın. Çətinlik çəkdiyiniz sualları ikinci mərhələyə saxlayın.
• Uzun suallar ilk baxışda çətin görünə bilər. Halbuki uzun suallar sizə ətraflı olaraq yazılmış, yaxşı açıqlanılmış suallardır. Buna görə də gözünüzü qorxutmayın.
• Bütün variantları oxumadan cavabı işarələməyin. Bütün variantları diqqətlə oxuyun.
• Həll edərkən cavablaya bilmədiyiniz sualı çox düşünüb, vaxt itirməyin.
• Zehninizdə həll edib əmin olduğunuz əməliyyatı bir də kağıza yazıb vaxt itirməyin.
• Sualda verilən şəkli yenidən çəkərək vaxt itirməyin.
• Rəqəmsal cavablı bəzi suallarda əməliyyatı axıra qədər aparmadan cavabları yoxlayın.
• Haqqında heç bir məlumat sahibi olmadığınız sualları cavablamaqdan yayının. Təsadüfi variant seçməyiniz balınızı aşağı sala bilər.
• Diqqətinizin imtahan boyunca kəsilməməyi mümkün deyil. Zaman – zaman fikrinizin yayındığını hiss etsəniz, sualı təkrar oxumaq istəyəcəksiniz. Belə halda qələmi kənara qoyun, gözlərinizi yumun və dərin bir nəfəs alın; 10-15 saniyəlik bir istirahət diqqətinizi yenidən toplamağınıza səbəb olacaq.
• Cavabları cavab kağızına diqqətlə, düzgün və sürüştürmədən yazın. Əməliyyat vaxtı dairənin içini yaxşı qaralayın, çölə çıxarmamağa diqqət yetirin.
• Hər şeydən əvvəl, özünüzə güvənin və bacaracağınıza əmin olun!



Загрузка...