AzTehsil.com


test / Manşet
08 iyul 2018
8 166


Şagird dərsə nə qədər vaxt ayırsın?



Şagird dərsə nə qədər vaxt ayırsın?

 

 
 
4-5-ci siniflərdə ev tapşırığına 2 saatdan, 6-8-ci siniflərdə 2.5 saatdan, yuxarı siniflərdə isə 3.5 saatdan artıq ayırmaq lazım deyil.

İstirahət etmək mütləqdir. İdeal odur ki, məktəbdən sonra uşaq bir qədər gəzsin, sonra evə qayıdıb nahar etsin, ardınca istirahət etsin və ancaq ondan sonra dərslərə başlasın.

Uşaq üçün ən aktiv dönəm 
 
Saat 11-dən 13-ə qədər, eləcə də saat 16.00-dan 19.00-a qədər olan dönəmdir. Nəzərə alanda ki, 5-ci dərs saat 13.00-13.30-da bitir, o zaman gəzinti, yemək və istirahətdən sonra saat 16.00-ya yaxın dərs oxumağa başlamaq ən ideal variantdır.

Uşağa dərs oxumaq üçün yer hazırlayın

Məktəblinin öz dərs masası olmalıdır. "Divanda oturub, dərslərimizi oxuyarıq” söhbətini yığışdırın. Anası kələm doğrayan vaxt uşağın mətbəx masasının yanında riyaziyyat tapşırığı etməsinin heç bir mənası yoxdur. Onun daimi dərs oxuyacağı yer olmalıdır – dərs masası, stulu, şkafı. Və ətrafda onu dərsdən yayındıracaq nə varsa, hamısını uzaqlaşdırmaq vacibdir. Oyuncaqlar, disklər, konstruktorlar… Bunların hamısı mane olanlar siyahısına daxildir.

Bəs ardıcıllığı necə qurmalı?

– Dərslərin yerinə yetirilməsi prosesinə uşağın ən çox sevdiyi dərsdən başlayın. Uşağınız hansı dərsi daha tez və zövqlə edirsə, siyahıda birinciliyi ona verin. "Məndə hər şey alınır” deyə, həvəslə dərs oxumağa başlayan uşaq daha qısa zamanda və uğurla işlərinin öhdəsindən gələ bilir.

– Əgər uşaq tapşırığın üzərində uzun müddət dayanır və onun öhdəsindən gələ bilmirsə, ona daha rahat yerinə yetirəcəyi tapşırıq verin. Bu, beyin gimnastikası üçün çox önəmlidir.

– Yox, əgər uşaq dərsə çox tez köklənib, tez də yorulursa, o halda ən çətin bildiyiniz dərslərdən başlayın. Çünki maksimum enerji və diqqət tələb edən tapşırıqları enerjili vaxtda etmək məsləhətdir.

– Şifahi və ya yazılı tapşırıqların hansından başlamağın heç bir önəmi yoxdur. Yəni uşaq öncə qaydaları öyrənməli, ardınca qaydalara uyğun olan yazılı tapşırıqları yerinə yetirməlidir. Yəni bu işin doğru olan qaydası belədir.

– Mütəxəssislər həm də məsləhət görür ki, əgər siz uşağınızın yorulduğunu görürsüzsə, israrla yuxusunu qaçırıb, dərslərini davam etməsində dirəniş göstərməyin. Ən yaxşısı budur ki, ona dərsi özünüz oxuyun. Uşaq özünü pis hiss edirsə, ona dərslərində kömək edin. Yuxu vaxtına az, dərslərinin bitməsinə isə çox qalıbsa, bəzi yükləri paylaşmağa çalışın. Məsələn, o, riyaziyyat tapşırıqlarını edirsə, siz də ona rəsmdən verilən kağızların kəsilməsi tapşırıqlarını edin.

 

Şagird dərsə nə qədər vaxt ayırsın?

 





Загрузка...
Həmçinin oxuyun:
Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib -  Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib - Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Uğurlu Şagird Olmaq Üçün...

Uğurlu Şagird Olmaq Üçün...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT