AzTehsil.com
RU


Xəbərlər / Valideyn / Müəllim
05 dekabr 2017
3 899


Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?



Oğlum məktəbdən gəlir, 70 yaşlı qoca kimi deyinir: "Məktəbdə otururuq, otururuq, nə qədər oturmaq olar?” Sonra müəlliminin ağzını əyir: "Evdə eləmisiz dərsi? Evdə eləmisiz?”... Sonra üzünü tutur mənə: sən də dərsimi öyrədə bilirsən də, mən onda niyə məktəbə getməliyəm? Analar da dərs öyrədə bilir!

 

Məncə, ən azı birinci sinif şagirdlərini, ümumiyyətlə, ibtidai sinif şagirdlərini ev tapşırıqları ilə yükləmək lazım deyil. Onlar bütün dərslərini məktəbdə eləyib evə qayıtsalar, oynamaq üçün bol vaxtları qalsa, məktəbin əhəmiyyətini daha yaxşı və tez başa düşərlər. Ev tapşırığı o qədər çox olur ki, yeməyimizi kitablar qarşımızdaykən yeyirik. Avtobusda da, parkda da oxuyuruq, əzbərləyirik, təkrarlayırıq. Uşaq görür ki, bunların hamısını məktəbdən kənarda da edə bilir, ananın köməkliyi ilə öyrənir. Deyir onda məktəb niyə lazımdı? Könülsüz gedir.  Bütün bunlar məktəbi uşağın gözündə böyütmür.

 

Bilirsiniz ki, Finlandiya məktəblərində uşaqlara ev tapşırığı verilmir. Hətta yuxarı siniflərdə də. Bu, Fin təhsil sistemini fərqli, Fin uşaqlarını xoşbəxt və bilikli edən cəhətlərdən biridir. Fin uşaqları ancaq məktəbdə oxuyur, yazır, öyrənir. Ev tapşırığı deyilən şey yoxdur. Və bütün dünya bilir ki, bu gün Finlandiya təhsil sistemi ən qabaqcıl sistemlərdən biridir.

 

Amma bizdə necədi? Müəllimlərimiz elə bilir ki, uşağı nə qədər çox yükləsən, nə qədər çox əlavə kitablar, testlər aldırsan, evə nə qədər çox tapşırıq versən, uşaq bir o qədər savadlı olacaq.

 

Uşaqların çantalarının da ağır olmağına səbəb əlavə tapşırıq, test kitablarıdır. Hər fənnin dərsliyinin yanında bir də əlavə dərs vəsaiti olanda, çantanın ağırlığı 5-6 kiloqrama çatır. Bu ağırlıqda çanta isə məktəblinin onurğasında problemlərə yol açır. Bunu həkimlər də təsdiqləyir.

 

Bu yaxınlarda Mingəçevir şəhərində məktəblilər arasında tibbi yoxlama keçirilmişdi. Yüzlərlə uşaqda onurğa probleminin olduğu ortaya çıxmışdı.

 

Uşaqlarıma deyirəm hansı müəllim ki, sizə dərsdə tez-tez "Düz oturun!” göstərişi verir, o müəllimi sevin. O sizi öz balaları kimi sevir. Köhnə müəllimlər oturuşumuza fikir verir, şagirdlərinin sağlamlıqlarını da düşünürdülər.

 

Uşaqlar yarış atı deyil, onları qaçırasan, pul qoyasan və birinciliyi qazanmaları üçün qışqırasan. Onlara öyrənməyi sevdirmək daha vacibdir. Nəinki onları bir-biri ilə müqayisə eləmək və yarışa qoşmaq. 

 

Məktəb nəsə fərqli bir şey olmalıdır uşaq üçün. Evdən fərqli, evdən maraqlı. Uşaq məktəbə can atmalıdır.

 

Yadımdadır ki, biz balaca olanda valideynlərimiz əsasən oğlan uşaqlarına bu sualı verərdilər: "Sinifdə kimi gözaltı eləmisən?” Qızlara əsla bu sualı verməzdilər. Uzağı ən yaxın rəfiqən kimdi deyə soruşardılar.

 

Oğlanlar da hətta bağça yaşından qruplarından qız seçərdilər. Guya sevərdilər, "Böyüyəndə o qızla evlənəcəm” deyərdilər. Və o qızın eşqinə bağçaya can atardılar. Bağçadan qalmağı belə istəməzdilər. Məktəbdə də eləcə. Valideynlər şüuraltı, özləri də fərqinə varmadan uşaqlarını bu yolla məktəbə bağlamaq istəyirdilər kim bilir. Qızlara "Məktəbdə kimi sevirsən?” sualı verilməsə də, qızlar da gizli-gizli kimisə sevirdilər. Əlbəttə, çocuq sevgisiylə. Məktəb, dərs, kitab, müəllim eşqiylə məktəbə getməsələr də, "sevdikləri ” o oğlan, o qız üçün məktəbə gedirdilər. Etiraf edək ki, hamımızın belə uşaqlıq sevgisi olub. Xəstələnəndə evdə qalacağımıza, dərsdən geri qalacağımıza görə deyil, onu görə bilməyəcəyimizə görə üzülmüşük. Müəllim qorxusuna belə qalib gəlib çocuqluq sevgimiz, dərsimizə hazır olmasaq da, onunla bir sinif otağında oturmaq üçün dərsə girmişik. Hamımızın başına gəlib, hamımızın. Kimimiz gizlədib, kimimizin sirri başqalarına bəlli olub.

 

Amma mənə elə gəlir, bu uşaqlıq sevgiləri həm də ona görə qrip kimi yayılırdı ki, məktəbdən daha maraqlı idi. Məktəbin çəkici, misqal-misqal kəşf olunan özəlliyi, gözəlliyi olmalıdır. Bəlkə də uşaqlıq sevgiləri də məktəbin ən yaxşı özəlliklərindəndir. Hətta "bəlkə” kəlməsinin bundan əvvəlki cümlədə heç yeri yoxdur. Bu, elə belədir.

 

Amma hər bir uşaq məktəbi həm də elə bir eşqlə sevməlidir ki, Son zəng günü ağlayanda vurulduğu, illərlə gizli sevgi bəslədiyi sevgilisindən, uşaqlığından ayrıldığı üçün deyil, müəllimlərindən, partasından, yazı lövhəsindən, hətta məktəbinin direktorundan ayrıldığı üçün göz yaşı töksün.

Məktəb sevgiləri üçün məktəbə getmək faciədir, zarafatsız.  Günün birində Allah eləməmiş kimi oğlan məktəbi ayrı, qız məktəbi ayrı olsa, onda məktəblər zindana dönər vallah.  

 

Deməli, bu günlərdə oğlum yenə evdə qalmağın davasını edirdi. Qonaq elədiyimiz dayısı qəfil nə desə yaxşıdı: "Sənin xoşuna gələn qız da yoxdu? Onu görmək istəmirsən?”

 

Bədbəxtlikdən oğlum da qayıtdı ki: "Mən hələ uşağam. Qız sevmirəm. Özü də mən heç vaxt evlənməyəcəm!”

 

Yeni nəsil fərqli düşüncədədir.

 

Və beləliklə, "A bala, oxumaq lazımdı. Oxumasan gələcəkdə arvad-uşağını necə saxlayacaqsan?” söhbətləri də getdi işinin dalınca.

 

Əlac ona qalır ki, uşaq məktəbi sevə. Məktəb də gərək özünü sevdirə. Amma bu gedişatla çətin.  

 

Sevinc Elsevər




Загрузка...
Həmçinin oxuyun:
Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Uşaq intiharına laqeyd yanaşan Whatsapp qadınları

Uşaq intiharına laqeyd yanaşan Whatsapp qadınları

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Ölümü uşaqlara necə izah edək?

Ölümü uşaqlara necə izah edək?

Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI