AzTehsil.com


Xəbərlər
06 noyabr 2017
3 620


Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?



Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki 


iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır.


Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər,


peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin


keyfiyyəti ilə bağlıçox önəmli addımlar atılır, islahatlar aparılır...


İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti


Diqqətli oxucularımız xatırlayırsa, biz dərsliklərimizlə bağlı ötən saylarımızda bir yazı dərc etmişdik. Bu yazıda isə fikirlərimizi 4-cü sinif riyaziyyat dərsliyindən bir çalışma ətrafında ifadə edəcəyik.


Dərslik mövzusu elə aktual mövzudur ki, bunu aramaq lazım gəlmir. Hər kəs istər mətbuat səhifələrində, istər radio və televizyada, istərsə də insanlarla canlı söhbətlərində mövcud dərsliklərin dili, məzmunu, ümumiyyətlə, keyfiyyəti barədə saysız-hesabsız iradlar eşidib və bu gün də eşitməkdədir.


Problemin bu qədər aktuallığının bir ciddi səbəbi də budur ki, hər bir ailənin məktəbə gedən övladı və ya nəvəsi var. Hər bir ailənin gələcəyə olan ümidləri məktəbdən, elmdən, təhsilin səviyyəsindən keçir. Bu gün məktəbin yetişdirdiyi yüksək bilikli, milli və bəşəri dəyərlərə sədaqətli uşaqlar həm də sabahın qurucularıdır. Odur ki,  məktəb təkcə elmi biliklərə yiyələnmiş şəxsiyyət deyi,   həm də   mədəni cəhətdən    intellektual, emosional, iradi motivasiya  səviyyəsi yüksək olan şəxsiyyətlər  yetişdirməlidir.   Müasir təhsilin nəticələrini  qiymətləndirərkən şagirdlərin  bilik, bacarıq və vərdişləri ilə yanaşı,  tərbiyə məsələləri, şəxsiyyətin inkişaf   və  sosiallaşma  səviyyəsi   də   dəyərləndirmənin vacib  kriteriyaları kimi tələb olunur.


Təhsil kurikulumunun   xarakterinə görə iki yerə- fənnyönümlü, şəxsiyyətyönümlü kurikuluma bölünməsi də bununla əlaqədardır.


Bu vəzifələrin uğurlu həlli isə savadlı və yenilikçi müəllimdən nə qədər asılıdırsa,  təlim vasitəsi olan dərsliklərlə də  bir o qədər bağlıdır.


Bəs, əslində necədir, bizim dərsliklərimiz mükəmməldirmi, dili, məzmunu, mahiyyəti təhsilalanları qane edirmi?


Təbii ki, dərsliklərin hazırlanması, müzakirəsi, nəşri, keyfiyyəti və s. bu kimi məsələlər aidiyyəti üzrə qurumlar, ekspert və digər mütəxəssislər tərəfindən pis-yaxşı araşdırılır, müəyyən tədbirlər görülür. İctimaiyyət də bu prosesin fəal iştirakçısıdır və bu, belə də olmalıdır.


Çünki övladlarımızın, nəvələrimizin dərslik və bilik səviyyələri, eləcə də  dərsliklərlə  tanışlıq   nəticəsində mövcud problemlər hər birimizə aydındır. Bu, tanışlıq daha çox iki formada olur:ya uşaqlar çox vaxt ev tapşırıqlarını müstəqil olaraq həll etməkdə çətinlik çəkir, özlərindən böyük bacı və qardaşlarının, valideynlərinin köməyinə ehtiyac duyaraq onlara müraciət edir, ya da məsuliyyətli valideynlər özləri çox vaxt övladlarının dərslik və çalışmalarına nəzər yetirirlər.


Keçən əsrin 80-ci illərinə qədər təhsil almış hər kəs mənimlə razılaşar ki, o vaxtın dərslikləri çox mükəmməl və daha şagirdyönümlü idi. İbtidai sinif dərsliklərindəki istənilən çalışmanı icra etməkdə az-çox savadı olan valideyn öz övladına kömək edə bilirdi. Amma indi valideyn özü mövcud çalışmaları icra etməkdə çətinlik çəkir və yaxud heç icra edə bilmir.


Elə riyaziyyat fənni üzrə  təqdim edəcəyimiz 4-cü sinif məsələsi də bu qəbildəndir. Onu feysbuk səhifəsində hörmətli ziyalımız  Bilal Alarlının səhifəsindən götürmüşük. Məsələnin mətni aşağıdakı kimidir:


"Fermerin konserv zavoduna 3 gün ərzində təhvil verdiyi pomidor məhsuluna görə gündəlik aldığı pul 500 manatdan çox olmamışdır. Fermer 3 gün ərzində cəmi 1200 manat pul almışsa, 1 gün üçün aldığı pul ən az neçə (kağız pul) manat ola bilər? "

Məsələnin mürəkkəblik dərəcəsi dialektik inkişaf qanunlarına görə nə dərəcədə ölçülüb-biçilib, 4-cü sinif şagirdlərinin yaş psixologiyasına  və fizioloji xüsusiyyətlərinə  nə dərəcədə uyğundur, bunu ixtisaslı mütəxəssislər, metodist müəllimlər daha doğru şərh edə bilər.


Mən bu çalışma haqqında onun daha çox dili ilə bağlı söz demək istəyirəm. Çünki mətni oxuyan kimi, tərcümə variantı olduğu, cümlə üzvlərinin necə gəldi səpələnməsi, məntiqsizlik dərhal hiss olunur. Aydın məsələdir ki, tam dərk olunmayan, izah olunmayan çalışmaya doğru çavab tapmaq da çətin olur.


Ondan başlayım ki, bu tipli məsələlər kitabda "Cəmə görə mühakimə yolu ilə məsələ həlli" başlığı altında qruplaşdırılıb. Zənnimcə , hər hansı riyazi əmələ görə bir ayrı mühakimə olmaz ki. Mühakimə bir bacarıqdır, onu istənilən situasiyada, sadəcə, fəallaşdırmaq lazımdır. Yəni, sərlövhə doğru sayıla bilinsə də, dəqiq deyildir.


Geniş müzakirə olmasa da, Bilal müəllimin təqdim etdiyi çalışmaya bir oxucu "Fermerin 1 gün üçün aldığı pulun ən az miqdarı 200 manatdır" kimi cavab yazmışdı: (500+500+200). Bu da oldu cəmə görə mühakimə yolu: qəbul etmək olarmı?


Əgər fermer 3 gün ərzində verilən məhsula görə gündəlik 500 manatdan çox olmamaqla pul almışsa, bu, heç də 1500 manat anlamına gəlmir və şərtdə də bu, yoxdur. Fəqət, digər 3 günə görə konkret olaraq alınan pulun miqdarı 1200 manat kimi göstərilir: çünki 1500 manatdan azdır, şərtin komponentləri bu məbləğın daxilində yerləşə bilir.


Çalışmanıln 1-ci bəndində diqqətə çatdırılan əsas fikir budur ki, fermerin bir gün üçün aldığın pulun məbləği 500 manatdan çox olmamışdır. Əgər məsələnin birinci cümləsində alınan pulun cəm olaraq 1500 manat (500+500+500)olduğu deyilsəydi, onda əsas şərtin cavabını (1200 manatı) 3 günə görə tapmaq elə böyük çətinlik də doğurmazdı: 500+500+200=1200.


Ola bilər ki, 1-ci üçgünlükdə fermer 1460 manat alıb və üç gün üçün ayrı-ayrılıqda aldığı pul 500 manatdan çox olmayıb. Deməli, 500 manat şərti olaraq əsas şərtdə mühakiməyə cəlb olunan rəqəmləri müəyyən etməyə bir açardır, onu axtarılan cəmin ən az miqdarı olan 3 toplanılanın nəinki ikisinin, heç 1 toplanılanın yerində də işlətmək doğru deyil. Şagird, sadəcə, soruşulan ən az məbləği bu açara görə müəyyən etməlidir. Bu, olardı mühakimə yürütməyə təşviqetmə, yönəltmə.


Mən də bu qənaətə elə mətni dəfələrlə oxuyaraq məntiqlə, müxtəlif mühakimələrlə gəldim. Amma məsələ ilə bağlı fikirlər indi də beynimdə dolanmaqdadır.


O vaxtdan hər gün nəvəmi həyətə gəzməyə çıxaranda qarşıma çıxan, tanıdığım-bildiyim bir neçə 4-cü sinif şagirdindən, valideyndən bu məsələnin həllini soruşdum və müxtəlif cavablar aldım. Maraq və təəccübdən məsələni daha dərindən aydınlaşdırmağı, müəllim və metodistlərin fikrini öyrənməyi qət etdim.


Xətai rayonundakı Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbinə üz tutdum. Qapının qarşısında dayanmış gənc bir qıza yaxınlışdım, kimlik kartından "Sağlam təhsil" layihəsi əməkdaşlarından olduğu görünürdü. Müraciət edən kimi, bir az aralıdakı qadın müəllimənin direktor müavini olduğunu bildirdi və ona yanaşmağı təklif etdi. Xanıma özümü təqdim etdim və niyyətimi bildirdim. Buyurdu ki, direktordan icazə alın, birlikdə aydınlaşdıraq. Direktor Fuad Babayev birmənalı olaraq inkar etdi. Jurnalistlərlə hər hansı söhbət Nazirliyin  və ya Baş Təhsil İdarəsi ilə razılaşdırıldıqdan sonra mümkün ola biləcıyini bildirdi. Bu məsələyə  ayrı bir yazıda   münasibət bildirəcəyik.


Bununla belə,  birtərəfli qaydada, yəni  məktəb rəhbərliyinə yanaşmadan   daha bir neçə məktəbin şagirdi, mümkün olacaqsa, müəllimi ilə bu çalışma ilə bağlı fikir mübadiləsi aparmağa ehtiyac duydum.


Məktəbdən ayrılarkən qarşımda valideyni ilə gedən şagirddən neçənci sinifdə oxuduğunu soruşdum. 4 -cü sinifdə oxuduğunu biləndə valideynindən icazə alaraq problemli məsələni göstərdim. Dilli-dilavər uşaq olsa da, əvvəlcə duruxdu, çantasından riyaziyyat dəftərini çıxarıb baxdı və ayrıca vərəqədə yazıb mənə verdi və hələ üstəlik gündəliyini də göstərdi ki, mən bu çalışmadan "ulduz" almışam.


Qayıdarkən ətrafda olan daha bir məktəbə baş çəkdim, amma, əvvəldə qeyd etdiyim kimi, daha rəhbərliyə  müraciət etmədim: elə birbaşa sinif müəllimlərindən birini aradım. 263 saylı məktəbdəki bu həmsöhbətim gəlişimin səbəbini biləndə riyaziyyatçı olduğunu dedi və çalışmanı istədi ki, birlikdə baxaq. Baxdıq və riyaziyyat müəllimi ən az pul məbləğinin 200 manat olduğunu dedi.


Həmin gün daha  bir neçə  müəllim və şagirdlə də bu barədə danışdıq.


Maraqlı olan bu idi ki, bütün cavablar fərqli idi.


"Ana və Uşaq" jurnalının riyaziyyat müəllimi olan xanım oxucularından birinə müraciət etdim. Müəllimə , qiyabi yolla təhsil alıb və heç vaxt da müəllim işləməyib.


Cavab yazdı ki, bu tip məsələlərin həlli metodu belədir: ən azı tapmaq tələb olunursa, ən çoxu götürməliyik. 500 manatdan çox olmursa, onda 500-ə yaxın ən böyüyü ğötürürük:


499+498= 997

1200-997=203

Cavab: Ən az məbləğ 203 manat olar.

 

Müəllimə bunu yerli-yataqlı elə izah etdi ki, riyaziyyatçı olmasam da qəbul etməmək olmurdu. Dəfələrlə soruşdum, dedim filənkəs belə dedi, filan yerdə belə yazılıb. Dedi harda nə yazılır-yazılsın, kim necə deyir-desin, bu məsələnin cavabı qeyd etdiyim kimidir, vəssalam.


Üst-üstə düşən cavablar olana kimi davam etməyi qərara aldım. "Zəka" litseyindən və 24 saylı tam orta məktəbdən birlikdə daha iki müəlimə Sevinc müəllimənin cavabını təkrar etdi. Amma şagirdlərdən "203 manat" cavabını verən olmadı. Doğrudur, mən 200 manat cavabını verən müəllimə sonrakı gün 2-ci dəfə yaxınlaşdım və cavabın başqa rəqəm olduğunu dedim. Müəllim yenə əvvəlki fikrini təsdiqlədi ki, cavab 200-dür. Əslində, mən həmin müəllimlə 2-ci dəfə ona görə görüşdüm ki, doğru cavab (əgər "2003 manat" cavabı yeganə cavabdırsa) haqqında öyrəndiklərimi bildirim, bu uyğunsuzluqmu, qeyri-müəyyənlikmi nədir, daha təkrar olunmasın. Bununla mən həm də məramımın saf olduğunu ortaya qoyurdum: əks halda ikinci dəfə nə bu məktəbə qayıdar, nə də bu müəllimlə görüşərdim.


Məktəb binasının girəcəyində söhbətləşdiyimizdən riyaziyyat müəllimi   qapıda şagirdlərini yola salan  bir  xanlm müəlliməyə  yaxınlaşdı ki, siz  4-cü sinifdə dərs deyirsiniz, bu məsələ barəsində siz də fikir deyin. Birlikdə boş sinif otaqlarından birinə daxil olduq. 3-4 şagird hansısa tədbirə hazırlaşırdı və deyəsən,   bizimlə olan  sinif müəlliminin şagirdləri idi.


Müəllimə məsələni uşaqlara təqdim etdi və şagirdlərin biri məsələni  tez də həll edib,  cavabın "203 manat" olduğunu bildirdi. Daha sonra riyaziyyat müəllimi öz mülahizələrini söylədi. Müəllimlər belə qərara gəldilər ki, məsələnin tərtibində uyğunsuzluq var və faktik çalışmaya görə hər 3 variant seçilə bilər. Şagirdlər bu variantlara görə də məsələni həll etdilər.

Riyaziyyat müəlliminin iradı bu idi ki, fermer bir gün üçün 500-dən çox olmamaq şərti ilə pul alıbsa, 2 toplanılanın hər biri 500 ola bilər, yəni 500  də toplanılan kimi götürülə bilər. O,ibtidai sinif müəllimləri üçün yazılmış metodik vəsaitə baxaraq 2013-ci il nəşri ilə 2017-ci il nəşri arasındakı fərqlərə istinad etdi. Riyaziyyat müəllimi, hardasa,  haqlı idi. Amma Sevinc müəllimə kimi , bu çalışmanın, eləcə də bu tip çalışmaların tələb olunan doğru həll variantını təqdim etmək ümumi prinsipləri qorumaq demək olardı.  İbtidai sinif müəllimləri üçün  olan bu metodik  vəsaitin  həmin məsələ ilə bağlı olan hissəsini sizə də təqdim edirik:

Yazını yazmağa başlamazdan öncə sonuncu olaraq dərsliklər sahəsində tanıdığım və bu sahədə çalışmış bir təhsil əməkdaşı ilə də görüşdüm. O, kitab müəllifi ilə yanımdaca telefon vasitəsiilə əlaqə saxladı və müəllif təşəkkür etməklə bərabər çalışmada uyğunsuzluq olduğuğunu etiraf etdi .

 

Bəs, bu uyğunsuzluq nədir?


2013-cü ilin dərslik kitabında həmin məsələ bu redaktədə verilib:


"Fermerin konserv zavoduna 3 gün ərzində 1200 kq pomidor təhvil verdi. Fermerin təhvil verdiyi gündəlik məhsul müxtəlif miqdarda olmaqla 500 kq-dan çox olmamışdır. Fermer 1 gün ən azı nə qədər məhsul təhvil vermiş ola bilər? "


Baxdığım 2015-2017- ci il nəşrlərindəki çalışmanı təkrar təqdim etsək də, onlar arasındakı fərqi yanaşı müqayisə edə bilmək üçün bir daha təqdim edirik:


"Fermerin konserv zavoduna 3 gün ərzində təhvil verdiyi pomidor məhsuluna görə gündəlik aldığı pul 500 manatdan çox olmamışdır. Fermer 3 gün ərzində cəmi 1200 manat pul almışsa, 1 gün üçün aldığı pul ən az neçə (kağız pul) manat ola bilər? "


Birinci fərq odur ki, 2013-cü ildə rəqəmlər eyni olmaqla söhbət pomidordan gedirsə, ən azı nə qədər pomidor verildiyi soruşulursa, sonrakı nəşrlərdə bu rəqəmlər pula aid edilib.

Mətnlər çox yaxın olsalar da, ikinci ciddi bir fərq də var: ilk nəşrdə olan "müxtəlif" sözünün sonrakı nəşrlərdə mətndən çıxarılması çalışmanın həlli üsullarında ciddi dəyişikliyə səbəb olmuş, şagirdləri, eləcə də müəllimləri doğru olmayan səmtə çevirmişdir.


2-ci bir ziddiyyət isə "Müəllimlər üçün metodik vəsaitdə" məsələnin həlli üçün müəlliflərin izahı və ya tövsiyəsidir. Müəlliflərə görə, məsələnin ən doğru cavabı 201-dir, yəni, 1200 -(500-499)=201(Daha ətraflı bax: file:///C:/Users/HP/Downloads/umumtahsil-maktablarinin-4-cu-sinfi-ucun-riyaziyyat-fanni-uzra-metodik-vasait.pd

Təbii ki, mən məsələnin elmi cəhətdən hansı variantın daha doğru olduğunu deyə bilmərəm, əvvəla, riyaziyyat mənim ixtisasım deyil, ikincisi isə, bu tip mübahisələri hörmətli alimlərimiz və metodist müəllimlərimiz aydınlamalıdırlar. Mən, sadəcə, yazılanlara və deyilənlərə öz mülahizə və fərziyələrimi bildirirəm. Əgər bu tipli məsələlərdə dərslikdə izah olunan kimi, əgər azı tapmaq tələb olunursa, ən çoxu götürməliyik; ən çoxu tələb olunursa, azı götürməliyik. Əgər 500-ü götürmək olursa, elə iki gün üçün 500 götürüb, şərtin tələb etdiyi cavab üçün 200 manatın ən az məbləq olduğunu tapardıq ki.

 

Axı 500 konkret olaraq verilməyib: 500-dən çox olmamışdır. Məəslən, kimsə desə ki, uşağı yaşı 12-dən çox olmazdı, o demək deyil ki, uşağın 12 yaşı vardı, bəlkə 11-dir. İndi şagird də çalışmada bu "bəlkə"ni gerçəkləşdirməlidir. Ona görə də 500-ə yaxıniki ən böyük üçrəəqmli ədədi toplayıb ümumi cəmdən çıxmaq lazımdır. Yəni, belə qayda bu tipli məsələlərin həlli üçün açardır. Bu qaydanın izah etdikləri ilə götürsək, heç üşrəqəmli ədələrin nə ən azı deyil, nə də ən çoxu. Amma 500-dən çox olmamış deyilirsə, 500-ə qədər iki ən çox ədədin götürülməsi məntiqidir.


Mən bir müddət DİM / əvvəlki TQDK/-də işləmişəm. Məlumdur ki, test çalışmaları tərtib edilrkən bir çox prinsiplər əsas götürülür. Bu prinsiplər dərslik tərtibi zamanı da gözlənilməlidir. Dərslik müəllifləri unutmamalıdırlar ki, tərtib etdikləri çalışmalar elmi-metodiki cəhətdən ziddiyyətli olmamalıdır. Tapşırığın mətni proqram və dərs proqramına, dərslik və dərslik vəsaitlərinə tam uyğun olmalıdır, etibarlı olmalıdır, valid olmalıdır, sistemli olmalıdır : yəni, şagirdlərin nəzəri biliklərinin mənimsənilmə səviyyəsini, onları həll zamanı necə tətbiq etdiklərini, eləcə də digər bacarıq və vərdişlərini üzə çıxarmağa tam imkan verməlidir.


Hər bir çalışmanın mətni aydın, başa düşüləcək məzmunda olmalıdır və s.


İstər bu çalışma, istərsə də dərslikdəki daha digər mətnlərin dilində üslub səhvləri var. Ola bilər ki, müəlliflər dil xətalarını riyaziyyat üçün çox da vacib hesab etməsinlər. Əgər cümlənin mübtədası, xəbəri yerində deyilsə, şagird hələ nə soruşulduğunu bilmək üçün çox vurnuxacaq.

Məsələn , bu çalışmanın mətnini aşağıdakı kimi tərtib etmək şagird üçün daha anlaşıqlı ola bilər və şagirdin öz sözləri ilə izahını, təsviretmə fəaliyyətini asanlaşdırar, daha keyfiyyətli və məhsuldar işləməsini təmin edər:


Tərəvəzçi konserv zavoduna üç gün ərzində pomidor məhsulu təhvil vermiş və hər gün üçün aldığı pul 500 manatdan çox olmamışdır. Əgər tərəvəzçi 2-ci üçgünlükdə verdiyi pomidora görə 1200 manat pul almışsa, onun 1 gün üçün aldığı pulun ən aşağı həddi neçə manat(kağız pul) ola bilər?


Onu da deyim ki, şagirdləri kiçik yaşlarından istehsal-satış , gəlir, pul təfəkkürü ilə böyütmək də , fikrimizcə, düşündürücü məqamdır. Sovet dönəmində kitablarda əmək adamlarına bir ehtiram vardı, onlar təqdir olunurdu: kolxozçu, pambıqçı, sağıcı, suçu, çoban, tərəvəzçi, çayçı, traktorçu, kombaynçı, üzümçü və s. peşə sahibləri vardı, televizorda, radioda heç bir təntənəli içlas , bayram onlarsız ötüşməzdi. İndi bu peşə sahələri sanki unudulub və ya bu peşə sahəlrinində çalışan adamların fəaliyyəti cəmiyyətə fermer, sahibkar əməyi kimi təqdim olunur. Tarlada can qoyan, tər tökən taxılçı, suçu unudulur, inomarkalı sahibkar televizorda müsahibə verir, bayram şənliklərinə dəvət edilir.


Bu qısa vaxtda dərslik əlimə keçmişkən ötəri də olsa, sona kimi nəzər yetirdim. Doğrudan da IV sinif şagirdi tək, müstəqil olaraq o sualları həll edə bilməz. Elə məntiqi mövzular salınıb ki, IV sinif "Riyaziyyat"dərsliyi şagirdlərdə çətinlik yaradır. Məntiqi tapşırıqlar onların bilik və bacarığına uyğun deyil. Elə məntiqi mövzular salınıb ki, bəlkə də , bu mövzuları yuxarı sinifdə keçilməsi daha məqsədəuyğun olardı. Haqqında danışdığımız çalışma da bu qəbildəndir. Təəssüflə deməliyəm ki, çalışmanı nəinki soruşduğum uşaqlar, hətta böyüklər də edə bilmirdilər. Doğrudur, məsələnin şərti aydın deyil, şərt əvvəlki nəşrlərdəki şərtdən fərqli verilib. Amma bunlar izah olunduğunda da əvvəlki cavablardan fərqli cavab verə bilmirdilər.

Bir neçə yerdə "barqraf", "telqraf", "piktoqram" kimi çətin anlaşılan sözlərə rast gəldim. Şəxsən mən "barqraf" termininə ilk dəfə rast gəlirdim. Səhifə 38-də məsələnin 1-ci cümləsi " 3 gün ərzində klassik musiqi konsertinə 580 dinləyici gəldi" kimi verilmişdir. 4-cü sinif uşağı nə bilir ki, kllasik musiqi nədir?


39-cu səhifədə yazılıb: "Raketdaşıyıcı birinci kosmik sürətlə, yəni saniyədə 8 km sürətlə peyki orbitə qaldırır...." Əvvəla, cümlədə söz sıralanması pozulmuşdur, digər tərəfdən, "raketdaşıyıcı"," kosmik sürət" kimi sözlər uşaqlara aydın olmayan məfhumlardır.

 

Dərsliyin sonunda "Dünyanın saat qurşağı" haqqında məyyən izahat verildikdən sonra məsələ verilmişdir:


"Yer öz oxu ətrafında fırlanmaqla 24 saat ərzində tam bir dövr edir.Yer öz oxu ətrafında 1 saat ərzində 15 dərəcə dönür. Yer həm də günəş ətrafında fırlanır.Yer kürə formasındadır və onun hissələrini Günəş müxtəlif vaxtlarda işıqlandırır. Buna görə də Yer kürəsi 24 zaman qurşağına bölünmüşdür. Zamanın 0 qurşağı (1-ci meridian) London yaxınlığındakı Qrinviç şəhərciyinin ərazisindən keçir. Bu nöqtədən Şərqə doğru8 hərəkət etdikcə hər 15 dərəcədən bir saatın göstəricisi 1 saat artır. Bu nöqtədən Qərbə doöru getdikcə isə saatın göstəricisi hər 15 dərəcədən bir saat azalır.


İnsanlar adaətən vaxtı Qrinviç vaxtına görə mnüəyyən edirlər. Məsələn internetdə verilən vaxtlar da Qrinviç vaxtına görə nizamlanmışdır. Bu vaxt qısa olaraq GMT(ing. Greenwich Mean Time) kimi yazılır.


Məsələ:


"Bakı vaxtı ilə səhər saat 12-də Qrinviçlə saat 12-4=8-dir. Nyu-Yorkda isə saat Qrinviçə görə 5 saat geri qalır. Nyu-Yorkda 8-5=3, yəni gecə saat 3-dür. Bakıda gündüz olduqda, Nyu-Yorkda gecədir.

Bakıda saat 12:00-dır. Braziliyada saat neçədir?"


Düşünürəm ki, 4-cü sinifdə oxuyan şagird üçün bu mövzu doğru seçilməyib. Bu izahı heç 6-8-ci sinif şagirdləri də tam aydınlığı ilə dərk edə bilməzlər, nəinki məsələni həll edələr.


140-cı səhifədəki məsələyə diqqət yetirək:


"Əli dayı 3000 manat pulunu bankda saxlamaq istəyir. Onun qarçısında iki növ əmanət seçimi var: Birincisi, ildə hər 1000 manata 120 manat gəlir verilir. İkincisi, ildə hər 1000 manata 110 manat gəlir və 2000 manatdan çox olan əmanətin hər 1000 manatına əlavə olaraq 25 manat verilir. Əli dayı hansı əmanət növünü seçsə, onun üçün daha sərfəli olar?"

Uşaqlar əmanətin növləri və şərtləri haqqında anlayışa malik deyillər. Bu anlayışlar ancaq əmanət banklarından istidadə edənlər üçün aydın ola bilər, gərəkli ola bilər. Fikrimizcə, bu, 4-cü sinif uşaqlarının yaşına uyğun olmayan məsələdir və s.


Bir neçə kəlmə də  kütləvi informasiya vasitələrində dərsliklərlə bağlı söylənilmiş fikirlər haqqında  münasibət bildirəcəyəm. Təhsildən, o cümlədən, dərsliklərdən bəhs edən yazılar  çoxdur, amma bu yazıların özündə də  bir müxtəliflik var.  Məsələn, pedaqoji ictimaiyyətin   yaxşı tanıdığı Etibar Əliyevin təhsillə bağlı bütün yazıları  böyük diqqət mərkəzindədir. Amma Etibar müəllimin daha çox Təhsil Nazirliyinin  dərsliklərini hədəfə alması, keçmiş TQDK-nın vəsaitlərinin, test toplularının üstündən keçməsi, ya da təqdir etməsi doğru deyil. Əgər biz sovet dövründəki dərsliklərin şöhrətini qaytarmaq istəyiriksə, dərsliklərin müəllifi ancaq Təhsil Nazirliyi olmalıdır. Dərsliklərin hazırlanması prosesi, çapaqədərki qiymətləndirilməsi, tender və s bu kimi məsələlər son dərəcə  şəffaf və obyektiv aparılmalıdır, nəinki  tanışlıqla, titulla, vəzifə ilə.


Amma təəssüflər olsun ki, dərslik  siyasətimizdə belə problemlər mövcuddur. Bu problemlər təkcə 4-cü sinif dərsliklərinə aid deyil, bütün dərsliklərə və dərs vəsaitlərinə aiddir. 


Bizdə tənqidi fikir söyləyəni, irad bildirəni yaxşı qəbul etmirlər. Elə problemlərin yaranmasına səbəb də bu irad sevməyənlərdir, bu cürə kitab buraxanlardır. Kimin əlində bir balaca  təsir, təzyiq mexanizmi varsa, müəllif olacaq, ya da  müəlliflərdən birincisi. Redaksiya-nəşriyyat şuraları da belə seçilir, elmi redaktorlar da, rəyçilər də. Sanki, keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur. Hansı  müəssisənin, təşkilatın fəaliyyəti  nəşrlə bağlıdır, hansı təşkilat və ya  idarəsə öz sahəsi üzrə kitab buraxacaq, hökmən həmin müəssisə başçısının adını qeyd edəcək ki, bu kitab hörmətli sədrimizin, nazirimizin, başçımızın ümumi rəhbərliyi ilə ərsəyə gəlib.


TQDK -da işləyərkən bu vəsaitlərin necə hazırlandığını, hansı yaradıcı kollektivlə hazırlandığını görmüşdüm. O vaxt işdən çıxandan sonra belə vəsaitlərdən birini (tarix fənni üzrə) nəzərdən keçirdim. Vəsaitdə 700-dən artıq səhv qeyd etmişdim. Kitabın elmi redaktoru AMEA-nın muxbir üzvü, Əməkdar elm xadimi hörmətli Yaqub Mahmudovdur. Yaqub müəllimin ictimai-siyasi fəaliyyəti o qədər  genişdir ki, elmi redaktor  kimi  hansısa bir kitabı oxuya biləcəyi real görünmür. Vacibdirmi kitabın elmi redaktoru məhz Yaqub müəllim olsun?


Vəsaitin elmi nüfuzu üçündürsə, onda  Yaqub müəllimin adı olan kitabda bu qədər səhv necə ola bilər?


Test topluları yenilənmir, üstündə müəyyən kosmetik dəyişikliklər edib yenidən təkrar-təkrar çap edirlər, qiyməti isə eyni ilə qalır.


Bütün hazırlıq kursları test tapşırıqları və vəsai buraxır. Kitab mağazaları 1-ci sinifdən 11-ci sinfə kimi bütün fənlər üzrə dərs vəsaitləri ilə ağzınacan doludur. Müəyyən istisnalarla,  kim istəsə müəllif ola bilir, test toplusu, vəsait buraxa bilir.


Maraqlıdır ki, belə vəsaitlər kitab mağazalarında satılır, valideynlər özləri alır, müəllimlər də bütün bunları bilir. Amma heç kim  bu nəzarətsizliyi deyimmi, hərc-mərcliyi deyimmi, dayandırmır.


Məktəblə heç bir əlaqəsi olmayan və ya çox passiv əlaqəsi olan kimsə  necə  dərslik buraxa bilər, tender qalibi ola bilər? Qalibdirsə, ortaya  bu statusa uyğun da keyfiyyətli dərslik  qoysun.


Axı Təhsil Nazirliyi tövsiyə etməyən vəsaitdən necə istifadə etmək olar? Müəllimlər və məktəblər özləri  bununla bağlı valideynlər arasında  maarifləndirmə işləri apara bilər. Amma  təəssüf ki, onlar bunu etmirlər. Çünki bu vəsaitlər dolayısı ilə müəllimlərin sinifdə görməli olduqları işi görür, onların  təkrar-təkrar öyrətmək, izah etmək qayğısını yüngülləşdirir.


Dərslik siyasəti ümumi təhsil sisteminin  bir hissəsidir və  dövlətimizin prioritet istiqamətlərindən biridir. Bu işi təsadüfi adamlara deyil,  peşəkarlara tapşırmaq lazımdır. Və daha çox ali pedaqoji təhsili, ümumtəhsil məktəblərində iş təcrübəsi olan qabacıl müəllimlərə, pedaqoq alımlərə  həvalə etmək lazımdır.




Загрузка...
Həmçinin oxuyun:
“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Mehdizadə və Mərdanov

Mehdizadə və Mərdanov

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ