AzTehsil.com


Xəbərlər
04 may 2017
3 291


“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”



“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

 

Nadir İsrafilov: "Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, biz imtahan prossesini çox qəlizləşdiririk”
 
"Məleykə xanım əvvəllər qeyd etmişdi ki, bir imtahanın aparılması 25 manata dəyərindədir, lakin daha sonra bu qiymətin qalxması istər-istəməz ictimaiyyətdə fikir yaratdı ki, burda qazanc məqsədi var”.
 
Bu fikirləri təhsil üzrə ekspert Nadir İsrafilov 30 aprelde keçirilən imtahan zamanı sualların dəyişdirilməməsi və digər çatışmamazlıqlarla bağlı yaranan məsələlərə münasibət bildirərkən qeyd edib. 
 
Bildiyimiz kimi 30 apreldə Dövlət İmatahan Mərkəzinin keçirdiyi II və III qrupların imtahanına münasibət birmənalı deyil.Belə ki, İmtahanda istifadə olunan test tapşırıqlarının hamısının əvvvəlki illərdə istifadə olunmuş və dövlət büdcəsinin vəsaiti ilə xərci ödənmiş suallarıdır. Hesablasaq ki, imtahanda 35433 abituriyent iştirak edib və hərəsi 40 manat ödəyib, bu DİM-nin 1417320 azn gəlir əldə etdiyindən xəbər verir. Bu qədər vəsait topladıqları halda sualları dəyişdirməmələri və bir neçə fənndən sualların imtahan testlərinə düşməməsinin səbəbi nə ola bilər?
 
Aztehsil.com xəbər verir ki, bu suallarla pia.az-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilova müraciət edib.
 
Nadir İsrafilov: "Dövlət İmtahan Mərkəzi pullu,hüquqi şəxs statusunu alıb”
 

 

Ekspert DİM-nin müstəqil fəaliyyət göstərən qurum olduuğunu və dövlətdən maliyyə ilə təmin olunmadığına görə abutryentlərdən alınan pulların hesablanmasını düzgün hesab etmir. Çünki bu işin aparılması üçün çox saylı mütəxəssis əməyinə ehtiyac olur. Bu qüsurların qurum püxtələşdikcə azalacağını bildirən ekspert  bəzi problemləri DİM-inə çatdırmaq üçün İctimai Nəzarət Şurasınının yaradıldığını bildirdi:
 
"Əvvəla bunu qeyd edim ki, DİM əvvəlki TQDK-dan fərqlidir. İndiki Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxs statusunu alıb və bu qurum öz fəaliyyətini özü maliyyələşdirir. Yəni artıq Dövlət İmtahan Mərkəzi müxtəlif mənbələrdən və imtahanların keçirilməsindən maliyyələşir. Bir daha qeyd edim ki, Məleykə Abbaszadə bildirmişdi ki, biz hər ixtisasa 5 minə qədər marker cəlb edirik. Onlara bundan da əlavə pul lazım olduğunu da bildirmişdi. Və mən bu pulların hesablanmasını düzgün hesab etmirəm.Test banklarının hazırlanmasına ayrı-ayrı müəllimlər seçilir. Respublikanın tanınmış, qabaqcıl müəllimləri sualların tərtibində, yoxlanılmasında iştirak edir. Burda şübhəsiz ki, hansısa müəllimin səhvinə, cavablardakı uyğunsuzluğa cavab verilə bilər. Məsələn, sualların cavabları 2 marker tərəfindən yoxlanılır. Əgər toplanan balda uyğunsuzluq varsa, ortaq məxrəci tapmaq üçün 3-cü marker cəlb olunur. Burda məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, biz imtahan məsələsini çox qəlizləşdiririk. Bunun da təkmilləşməsi üçün müəyyən dövr keçməlidir. 
 
Mən iki çıxış yolu görürəm. Birinci yol kimi onu qeyd edim ki, Dövlət İmtahan Mərkəzi adının qarşısında "dövlət” sözü var. Yəni hüquqi publik şəxs olsa da, özünü maliyyələşdirsə də, burda mütləq dövlətin dəstəyi olmaldır. Digər yol isə imtahan prossesinin sadələşdirilməsidir. Yəni  mexanizmlərin tətbiqi, buna qədər imtahanın keçirilməsi, hazırlanması , markerlərin cəlb olunması kimi məsələlər nizamlanmalıdır və prosedurlar sadələşdirilməlidir. Bu prossesə markerlər ele-belə cəlb olunmurlar. Onlara da DİM tərəfindən ödənişlər olunur. Ona görə də ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır ki, əsas güc valideynlərin üzərinə düşməsin. 
 
Nadir İsrafilov: "Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”.
 
Mən hesab edirəm ki, bu məsələlər tədricən həll ediləcək. Burada müsbət bir cəhət də var ki, DİM tərəfindən İctimai Nəzarət Şurası yaradılıb. Əvvəllər belə hesab edirdilər ki, bu məsələlər qapalı şəkildə keçirilməlidir. İndi isə jurnalistlərdən, ekspertlərdən ibarət yaradılan Şura bütün proseslərə, yoxlamalara, mexanizmə nəzarət edəcək. Şübhəsiz ki, bu heyət prossesə qoşulduqdan sonra DİM-nin fəaliyyəti bir az da şəffaflaşacaq. Yəqin ki, bundan sonra yaradılan İctimai Nəzarət Şurası bəzi problemləri və qüsurları DİM-nin nəzərinə çatdıracaq.
 
Elə indiki problemlər, şikayətlər TQDK-nın dövründə də var idi. Məsələ ondadır ki, indi bu problemlər, maliyyə məsələləri valideynlərin üzərinə düşür. Əvvəllər bir imtahanın təşkili 2 manat 50 qəpik idi. İndi isə imtahanların qiyməti 20 manatdan 100 manata qədər qalxıb. Məleykə xanım əvvəllər qeyd etmişdi ki, bir imtahanın aparılması 25 manata dəyərindədir, lakin daha sonra bu qiymətin qalxması istər-istəməz ictimaiyyətdə fikir yaratdı ki, burda qazanc məqsədi var. Mən DİM-i müdafiə etmək məqsədindən çox uzağam.Lakin mən bu proseslərin mətbəxində iştirak etmişəm və nə qədər çətin olduğunu görmüşəm”.



Загрузка...