AzTehsil.com


Xəbərlər
20 aprel 2017
3 738


DİM bəzi təhsil ekspertlərinə cavab olacaq addım atıb



DİM bəzi təhsil ekspertlərinə cavab olacaq addım atıb

 

Pullarımızı sayanlar bilsinlər ki, bizə hələ çox pul, kütləvi işləri həyata keçirmək üçün daha çox vəsait lazımdır” 
 Buraxılış imtahanları zamanı yeni növ yazı işlərinin yoxlanması üçün ölkə üzrə hər bir fəndən ən azı 5 min marker lazımdır.
 
Aztehsil.com koordinat.az-a istinadən  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, markerlərin hər biri ilə iş əsasında müqavilə bağlanacaq və əmək haqqı ödənəcək. Yalnız "Azərbaycan dili” fənni üzrə yazıların yoxlanması üçün markerlərin treninqinə 1717 müəllim dəvət olunub, onlardan 679 nəfər treninqdən uğurla keçib: "Əvvəllər prosesə marker kimi yalnız müəllimlər cəlb edilirdi. Sonradan markerlərə II kurs magistrlər da çağırılıb”.
 
Məleykə Abbaszadə qeyd edib ki, Rus bölməsi üzrə markerlərin sayı daha azdır. Rus bölməsi üzrə treninqlərdə 98 iştirak edib, onlardan 28-i keçib, hazırda yazı işlərinin yoxlanmasında yalnız 13 marker iştirak edir: "Artıq Bakı Slavyan Universitetinə müraciət etmişəm ki, onlarda təhsil alan magistraturanın II kursunda təhsil alan tələbələr də bu prosesə cəlb edilsin. Ola bilər ki, gələcəkdə bu proses təkmilləşəndən sonra marker müəllimlər yalnız evlərində oturaraq, yazı işlərini yoxlaya biləcəklər. Marker müəllimlər müqavilə əsasında bizimlə çalışacaq və müəyyən vaxtda yazı işlərinə cəlb olunacaqlar. Amma indiki mərhələdə bu, mümkün deyil. Bizdə yazı işlərinin yoxlanması üçün ayrılan cəmi 180 kompüter var. Pullarımızı sayanlar bilsinlər ki, bizə hələ çox pul, kütləvi işləri həyata keçirmək üçün daha çox vəsait lazımdır”. 
 
Direktorlar Şurasının sədri əlavə edib ki, markerlərin hazırlanması üçün pullu akademiya və ya kurslar açılacaq.



Загрузка...