AzTehsil.com


Xəbərlər
25 oktyabr 2017
2 953


DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"



"Orta məktəb dərsliklərində aşkarlanan səhvlərlə bağlı kitabların müəllifləri mütləq fikir bildirməlidir”.


Aztəhsil.com şhərq.az-a istinadən xəbər verir ki, bunu ölkədə dərsliklərlə bağlı yaranan problemlərə münasibət bildirərkən tarixçi millət vəkili Fəzail İbrahimli deyib.

 

Deputat bildirib ki, monoqrafiya, elmi məqalə, elmi əsər yazmaqla dərslik yazmaq arasında ciddi fərq var:


Dərslik yazmaq böyük məsuliyyətdir. Tarixi əsər yazmağın tələbləri ilə dərslik yazmağın tələbləri arasında ciddi fərqlər mövcuddur. Elmi tədqiqatda hər hansı mövzunu götürüb, tədqiq edirsən. Bu tədqiqatın əsas cəhəti odur ki, ya arxiv materiallarını əsərə yükləyib, oxu marağını itirir, ya da mənbəsiz fikirlər söylənilir. Təhlillər, məntiqə söykənmək, dəqiq mənbələrin göstərilməsi isə monoqrafiyada nəzərə alınır. Burada yaş senzi nəzərə alınmır. Amma dərsliklərdə hər bir sinif üçün fərq qoyulur. Məsələn, 5-ci siniflə 10-cu sinif şagirdləri üçün yazılan dərslik arasında tək mövzu deyil, həm də yaş fərqləri var.


Dərslik yazmaq üçün tələblərin birincisi, problemin dərindən sona qədər öyrənilməsidir. İkincisi, dərslik şagirdlərin yaş tələbini, psixoloji xüsusiyyətlərini ödəməlidir. Üçüncüsü, isə müəllifin ana xəttinin dövlətçiliyə xidmət, milli düşüncələrlə yoğurulmuş fikir və mülahizələr olmalıdır. Son tələb isə tərbiyəvi əhəmiyyətli mövzulara toxunmaqdır. Hər bir mövzunun özündə böyük vətənpərvərlik ruhu olmalıdır.


Bütün bu tələbləri təmin etmək üçün parta arxasından yenicə duranlar dərslik yazmamalıdır. Tanışlıq, yerliçilik müstəvisindən kənarda bu işlər aparılmalıdır. Təəssüf ki, bəzən bu arqumentlər əsas götürülür. "Filankəsi tanıyıram, dərslik yazsın”, "o müəllifə hörmət edin, dərslik tərtib etsin” kimi fikirlər tamamilə aradan qaldırılmalıdır. Bu kriteriyalar pozulduqda dərsliklərdə səhvlər böyüyür”.


Millət vəkili əlavə edib ki, Təhsil Nazirliyinin nəzdində xüsusi komissiya yaradılmalıdır:


"Həmin komissiya o qədər ciddi adamlardan təşkil olunmalıdır ki, öz qardaşına belə güzəşt etməsinlər. Dərslik böyük bir nəslin tərbiyəsinə xidmət etməlidir. Azərbaycan müharibə şəraitində olduğu dövrdə ana xətt vətənpərvərlik olmalıdır. Qəhrəmanlıq tariximiz yazılmalıdır, Şah İsmayıl Xətainin hakimiyyətinin nöqsanları haqqında yox. Bütün bunlar nəzərə alınarsa, düzgün dərsliklər tərtib oluna bilər”.


Qeyd edək ki, sosial şəbəkələrdə yayılan fotodan aydın olduğu kimi, dərslikdə "Şirvanşahlar sarayı” adlı mətn verilib. Mətnə görə, Şirvanşahlar Şahı oğlu ilə dialoqda vurğulayır ki, metronun "İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır.




Загрузка...
Həmçinin oxuyun:
Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

7 müəllim yığışıb bir dərslik yazıb, o da ki səhv

7 müəllim yığışıb bir dərslik yazıb, o da ki səhv

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Partiya sədri: “Mikayıl Cabbarov istefaya göndərilməlidir”

Partiya sədri: “Mikayıl Cabbarov istefaya göndərilməlidir”

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb