7 müəllim yığışıb bir dərslik yazıb, o da ki səhv
Məktəblilərə yol hərəkəti qaydalarını öyrədən dərslikdə kobud səhvlər qeydə alınıb. Dərslik aşağı sinif sagirdlərinə yol hərəkəti haqqında yanlış bilgilər verir.
Aztəhsil.com "Qaynarinfo”ya istinadən xəbər verir ki, bu fikirlərlə "Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib. Ekspert 3-cü sniflər üçün nəzərdə tutulmuş "Qiymətləndirmə” kitabının müəlliflərini tənqid edərək bildirib ki, uşaqları yanlış istiqamətdə məlumatlamndırmaq təhlükəlidir:
"3-cü sinif üçün nəzərdə tutulan "Qiymətləndirmə” adlı kitabda yol hərəkətinə dair 6-ci və 7-ci suallara baxdım. 6-cı sualın düzgün cavabı variantlar arasında ümumiyyətlə yoxdur. Həm də variantların hamısında terminoloji səhv var. 7-ci sualda isə işıqfor yol nişanı kimi göstərilib.
Bu ktabın 7 müəllifi var: 6-sı müəllimə, biri müəllim. Bilmirəm, onlardan sürücülük hüququ olan var, ya yox. Məncə, zəif sürücü də bu səhvlərə yol verməməlidir. Əsas problem isə bu deyil, yanaşma tərzidir. Belə elementar səhv kitabda necə dərc oluna bilər? Məsuliyyət hissimizi bu qədərmi itirmişik? Belə yanaşma ilə biz hara gedirik, nəyə nail oluruq?”
Qeyd edək ki, yeni dərs ilinin başlaması ilə dərsliklərdə yol verilən kobud səhvlərlə bağlı gedən xəbərlərin sayı artıb.