Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?
5-ci sinif Azərbaycan dili dərsliyində qəribə səhv aşkarlanıb.
Aztəhsil.com xəbər verir ki, dərslikdə Şirvanşahlar şahı ilə oğlunun dialoqu xüsusi diqqət çəkib.
Belə ki, Şirvanşahlar şahı oğluna sarayı Badi-Kubənin mənzərəli yerində tikməsini tapşırır və onu da əlavə edir ki, metronun "İçərişəhər" stansiyası Şirvanşahlar sarayının yanındadır.
Sözügedən dialoqdan belə qənaətə gəlmək olur ki, Bakıda ilk metro XI əsrdə tikilib, 1967-ci ildə yox..
Xatırladaq ki, 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılıb.
1967-ci il noyabrın 6-da isə metropolitenin 5 stansiyası – Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilib.