AzTehsil.com
RU


Xəbərlər
14 oktyabr 2017
3 560


Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"



Tanınmış alim Zaur Əliyev 7-ci siniflər üçün Azərbaycan Tarixi (2014)  kitabında  yeni səhvləri üzə çıxarıb:

 

"Bu cümləyə fikir verin: "Azərbaycan İslamı qəbul etmiş ilk türk məskənlərindən biridir. Dastanın ozan qəhrəmanı Dədə Qorqud Məhəmməd peyğəmbərin müasiri idi. Hətta dastanda qeyd olunur ki, oğuz igidlərindən Peyğəmbəri görənlər də olmuşdu. Dastan qəhrəmanlarından biri olan Dəli Domrul müqəddəs kitaba — «Qurani- Kərim»ə əl basıb and içir ki, düşmənə qarşı döyüşəcəkdir."


Birinci Qurani Kərim məsələsinə gələk. Peyğəmbərə (s) kitab uzun zaman müddətində – 23 ilə hissə-hissə nazil olunmasıdır. Necə ola bilər ki, Peyğəmbərin müasiri olan Dədə Qorquda və oğuzlara Quran ərəblərdən tez çatsın? Məgər o zaman İnternet və printer yaxud nəşriyyat var idi? Dədə Qorqud dastanının arealı ilə Quranın nazil olduğu ərazi arasında o illərdə dəvə yaxud atla ən azı 1 aya qədər yol var idi. Kitab isə dərhal çoxaldılaraq paylanmırdı.


İkinci məsələyə keçək. Ərəb tarixçiləri yazır ki, guya Dədə Qorqud islamı qəbul edib və islam haqqında şeirlər yazıb, nəğmələr qoşub, Məhəmməd peyğəmbər haqqında xalq arasında dastan söyləyib. Bu qədər yanlış fikirləri tarixə yazan ərəblərin bir məqsədi var idi. Türkçü kimliyi, tenqriçilik ruhunu xalqda yoxa çıxarmaq. Dədə Qorqud dastanlarında Qurani-Kəri­min İxlas surəsinin bədii və müəyyən qədər sərbəst tərcü­məsinin yer alması ərəblərin türk dastanına birbaşa müdaxiləsinin göstəricisidir. Məlumdur ki, Kitabi-Dədə Qorqudun Vatikan nüsxəsi Qahirədə yaşamış Sidqi təxəllüslü müəllifin (əsl adı Seyid Əhməd bin Həsən Bali əd-Dəvədaridir) XVI əsrin ortalarında üzü köçürülmüş "Hekayəti-lətifeyi-ücubə və məhcubeyi-zərifə” adlı əsəri ilə eyni məcmuədədir (Adilov M. "Kitabi - Dədə Qorqud”un Vatikan nüsxəsinin bəzi paleoqrafik xüsusiyyətləri haqqında, Kitabi - Dədə Qorqud-1300, Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri, VI, "Örnək” nəşriyyatı, Bakı, 1999.).


Alman şərqşünası Fridrix Dits yazır: "Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas həyatını oradan almışdır. Kim bilir, bəlkə o, əfsanəni hər hansı bir oğuz qəbiləsi arasından eşitmişdir? Çünki bu qəbilə Primanın müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb etmişdir”.


Məntiq ortadadır: Kitabi-Dədə Qorqud bizə təqdim edilən kimi islam dövründə deyil, eramızdan öncəki illərdə yaranıb.

V əsr Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri abdallardan danışarkən onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkcədə abdal "ov Tanrısı” anlamında işlənib. Kitabi-Dədə Qorqudda albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur.


Bizim xalqın ən qədim dastanı olan Dədə Qorqud dastanın niyə islamlaşıdırsız. Siz dastandakı kişi adlarına baxın : Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə və Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran...


Burda siz ərəb adı görürsüz cənab müəlliflər? Cənab Təhsil Naziri və cənab kitaba rəy verənlər? Bir ərəb adı göstərin boy adlarında. Qorqudşünasların əksəriyyəti belə hesab edir ki, Dədə 932-ci ildə vəfat edib. Amma yuxarıda onun Məhəmməd Peyğəmbərin zamanında yaşadığı qeyd olunur. Peyğəmbərin yeddinci əsrdə vəfatını nəzərə alsaq, Dədə Qorqudun az qala 300 ilə yaxın ömür sürdüyünü görə bilərik.


O illərdə 300 il yaşamaq qeyri mümkün idi. İnsanın belə bir ömür yaşaması barədə tarixdə heç bir rəsmi fakt yoxdur.


Uşaqların başın uydurma cəfəngiyyatla doldurmayın. Xahiş edirik Sizdən. "oğuz igidlərindən Peyğəmbəri görənlər də olmuşdu" Sizə qurban olum belə cəfəng fikirlərlə gəncliyimizi hara aparacaqsız. Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada? Onlar alverçi deyildilər ki, mal aparıb satsınlar....


Belə nağıllarla tarix olmaz...." 


Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"




Загрузка...
Həmçinin oxuyun:
ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib

ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib

Vasif Talıbov 30 kitabın siyahısını tərtib edib SƏRƏNCAM imzaladı

Vasif Talıbov 30 kitabın siyahısını tərtib edib SƏRƏNCAM imzaladı

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !