AzTehsil.com


Xəbərlər
14 oktyabr 2017
2 970


"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim



"Tarixdə mövcud olan Erməniyə (Armeniya) ilə bağlı tarixi araşdırmalar ortaya qoyulmalıdır, onda belə mənasız "xəritə krizi" ortaya çıxmaz".

 

Dünən Türkiyənin "Sözcü” qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazıb. 

 

Aztəhsil.com xəbər verir ki, Moderator.az bu iddianın nə dərəcədə əsaslı olub-olmaması ilə bağlı Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlının fikirlərini öyrənməyə çalışıb.

 

Həmin açıqlamanı təqdim edirik: 


"Türkiyədə bir olay baş verərkən hərə öz versiyasını irəli sürür. O da həmin qəzetin versiyasıdır. Amma biz bunu dəqiq bilirik ki, Rusiya belə xırda məsələlərlə məşğul olmaz.  Xəritə mövcud olan bir xəritədir. Yüzlərlə belə uydurma xəritə göstərmək olar. Vaxtilə biz bu işlə heç məşğul olmazkən ermənilər hətta bu xəritəni Azərbaycan Sovet Ensiklopediyasında verdiriblər. Bununla bağlı da mənim açıqlamam olub. "Armeniya" Ermənistan anlamına gəlməz. Onu da bizim savadsız tarixçilər götürüb kitaba daxil ediblər.


Rusiyanın bu məsələdə əli var deyəndə onun hansı məqsədlə edildiyini də deməliyik. Bəlli bir məram yoxdur əslində. Mən bu işi böyütmənin tərəfdarı deyiləm. Amma dərslik kimi bir vacib işi uşaq - muşağın da öhdəsinə buraxmaq olmaz. Əlbəttə, bu işdə günahkarlar varsa cəzalanmalıdır. O cavan oğlanın hansı səriştəsi və tarixi bilgisi var ki, ona dərslik hazırlamaq həvalə olunur? Buna cavab arasaq daha doğru yolda oluruq - deyə düşünürəm.


Bir də hələ də bizim Azərbaycan tarixi ilə bağlı ciddi və istinad ediləcək bir ciddi mənbəmiz yoxdur. Bir vaxtlar Türkiyədə Azərbaycan tarixi ilə bağlı kitab hazırlamaq istədilər, düz- əməlli bir  kitabımız olmadı təqdim etməyə. O vaxtkı Tarix Kurumunun başkanı mənə demişdi ki, 7 cildlik Azərbaycan tarixi kitabını çap eləmək istədik, Azərbaycanda dedilər ki, o kitabda ciddi qüsurlar var, O zaman soruşmuşdu başkan "Əgər bu kitabda qüsurlar varsa nə üçün onu mağazalarda satırlar?". Həqiqətən də sual çıxırdı ortaya. Nə üçün? Kiminsə xətri xoş olsun deyəmi? Biz indi bu qüsurları aradan qaldırmalıyıq. Deyək ki, kitablar yığışdırıldı, bəs digər kitablarda yer alan və "Armeniya" deyə keçən xəritələr necə olsun? Bunun bir elmi izahatı varmı? Məncə tarixdə mövcud olan Erməniyə (Armeniya) ilə bağlı tarixi araşdırmalar ortaya qoyulmalıdır, onda belə mənasız "xəritə krizi" ortaya çıxmaz.


Konkret belə bir mövqe ortaya qoyulmalı və araşdırmalar aparılmalıdır ki, Armeniya adında coğrafi ərazi olmuşdur və bunu Ermənistan hesab etmək nadanlıqdır. Bu Armeniya bölgəsində yüzlərlə xalq yaşayırdı, onlardan yalnız biri haylar (indiki anlamda ermənilər) idilər. Digər xalqların bir çoxu tarix səhnəsindən təbii olaraq çıxdılar. Haylar bu bölgənin adına da, kültür varlıqlarına da sahibləndilər. Məgər Azərbaycandakı xristian abidələrinə biz sahibmi çıxdıq ki, onları ermənilər mənimsəməsinlər? Xeyr. İndi ermənilər Alban abidərini dünyanın kültür menyüsünə daxil etməkdə davam edirlər. Biz nə qədər  çığır - bağır salsaq da bir xeyri olmur. Qanzasar monastırı erməni monastırı kimi təqdim edilir. Gecikmişik çünki, "daldan atılan daş topuğa dəyər" deməmişmi dədələrimiz...? Xəritə məsələsində də elə. Ox yayından çıxmışdır. Biz ermənilərə çox yaxşı təbliğat fürsəti vermişik. İndi Ermənistanda bundan məmnunluq ifadə edən yazıların şahidiyik".




Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Mavr öz işini gördü - Xəritə təxribatına İlham İsmayıldan ilginc politoloji şərh...

Mavr öz işini gördü - Xəritə təxribatına İlham İsmayıldan ilginc politoloji şərh...

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır

Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV