AzTehsil.com


Xəbərlər
11 oktyabr 2017
2 536


"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"



 

Gündəmi orta məktəblərin rus bölməsinin 10-cu sinif şagirdləri üçün buraxılmış tarix kitabındakı bir xəritə zəbt edib. Böyük müzakirəyə və ziyalılar tərəfindən etiraza səbəb olub. Xəritəni çap etmirik, söyüş söyənlə çatdıran yarı-yarıyadır, ona görə.

 

Ümumiyyətlə, son illər buraxılan dərsliklər mütəxəssislər tərəfindən tez-tez tənqid olunur, təbii ki, özü də faktlarla, kor-kor, gör-gör. Və bu tənqidlərə də dilucu bir cavab verirlər, bitdi-getdi. Növbəti illərdə yenə həmin şey. Yəni dəyirman öz bildiyini edir, çax-çaxı havayıdan baş ağrıdır. Yəni dəyirman Təhsil Nazirliyidi, başı ağrıyan, çax-çax da bizik. Və ümumiyyətlə, təhsilmiz bu dəqiqə elə bir vəziyyətdədir ki, nə qədər ağıçı lazımdı ki, oturub ağı deyə. Amma ağıyla da düzələn deyil ey. Nə isə…

 

Bəli, məlum xəritədə Roma imperatorluğu dövründə Qara dənizdən Xəzər dənizə qədər böyük bir ərazi – Türkiyənin, İraqın, Suriyanın, İranın bir hissəsi, Azərbaycan, Gürcüstan, Şimali Qafqaz bütövlükdə Ermənistan kimi təqdim olunub.

 

Bu böyük məsuliyyətsizlikdir. Deməli, dərsliyə başdansovdu yanaşıblar. Bu dərslik neçə mütəxəssis əlindən keçib, amma bunu heç kim görməyib.

 

Artıq kitabları yığışdırırlar, yenidən dərc edib paylayacaqlar, amma əlyazmalar yanmır axı, deyirlər. Yəni ortada bir kitab var və Azərbaycanın buraxdığı kitabdı. Və bu kitab indi ermənilərin də əlindədi, tirajlayıb bütün dünyaya yayacaqlar ki, bax, görürsünüz, özləri də etiraf edir ki, bu ərazilər Ermənistanındır.

 

Əvvəla, Nazirliyin və müəlliflərin açıqlamalarını oxuyuram, lap çaşıb qalıram. Bu açıqlamalar üzrü günahından betərdi.

 

Birincisi, müəlliflər «Ərməniyyə» sözünü «Ermənistan» sözü ilə qarışıq salırlar. Bütün ərəb mənbələrində Yaxın Şərqdə bir ərazi Ərməniyyə adlanır. Bu da heç də xəritədə göstərildiyi kimi, Qara dənizlə Xəzər dənizin arası deyil, təxminən dərc olunmuş xəritədə Mesopotamiya kimi göstərilən Dəcləylə Fərat bölgəsində bir ərazidi. Buyurun, ərəb mənbələrini qaldırıb baxın həmin xəritələrə.

 

İkincisi, Ərməniyyənin Ermənistana və erməni xalqına heç bir dəxli yoxdu. Xalq adı deyil, millət adı deyil, ərazi adıdı və özü də əsasən, ərəblərin yaşadığı ərazidi. Həmin ərazidə türklər də yaşayıblar və bu ərazidə şumer xalqı da yaşayıb. Şumerlərin dilləri də türk dilinə yaxın bir dildi. İmkanınız varsa Oljas Süleymenovun «Az i Ya» kitabını bir vərəqləyin, eləcə də Əlisa Nicatın şumerlərlə bağlı yazılarını oxuyun. Özü də faktlara söykənən yazılardı. Şumer dili ilə türk dilinin necə eyni kökə bağlı olduğu haqda yazılardı.

 

Hansısa saxta bir xəritəni götürürsünüz, özü də rus mənbələrindən və «ərməniyyə» sözünü də «armeniya» kimi yazırsınız.

 

Hələ bir yer var ey, Roma imperatorluğu erməni dövləti ilə nə bilim neyləyib. Erməni dövləti, yox bir Amerika Birləşmiş Ştatları. Hardaydı bu erməni dövləti, neçənci ildə olub ki, heç ermənilərin özlərinin dəqiq məlumatı yoxdu?!

 

Təbii ki, erməni də bir xalqdı, kosmosdan gəlməyib. Onun da bir yurdu-yuvası olub. Ya 70-ci illərin sonuydu, ya 80-ci illəriydi, «Elm və həyat» jurnalında işləyirdim, universitetin (onda bir universitet vardı – Azərbaycan Dövlət Universiteti) professorlarından biri redaksiyaya ABŞ-da nəşr olunan bir jurnal gətirmişdi. Jurnalda ABŞ-da yaşayan, milliyyətçə erməni bir professorun ermənilərin soykökü haqqında bir məqaləsi dərc edilmişdi. Professor həmin məqaləni Azərbaycan dilinə tərcümə elədi və biz də onu çap elədik. Ermənilərlə cici-bacı vaxtlarımızıydı və həmin yazıda etməniləri aşağılayan bir şey yoxuydu. Sadəcə olaraq, erməni professor öz xalqının harda doğulub, haralara köç etdiyini yazmışdır.

 

Professor faktlarla sübut edirdi ki, ermənilərin vətəni Himalaydadı. Bəs, necə olub ki, onlar qərbə gəlib çıxıblar?

 

Himalayda ermənilərlə türklər birgə yaşayıbmış. Məlumdur ki, türklər 30-40 illik savaşlara çıxırdılar və təbii ki, üzü qərbə. Hələ gəlib Romanı da yandırdılar. Həmin professor yazır ki, türklərin dərziləri, çəkməçiləri, dəlləkləri, at qaşovlayanları, tikinti işləri görənləri, tərcüməçiləri və bir çox hallarda mirzələri ermənilər olub. Və türklər hara gediblərsə, erməniləri də özləriylə daşıyırdılar. Və professor xüsusilə vurğulayır ki, harda türk yaşayırsa, mütləq orda ermənilərlə də rastlaşacaqsınız.

 

Bir də ki ermənilər özlərinə erməni demirlər, «hay» deyirlər. «Hay»ın da bizim dilə tərcüməsi «qaçqın» deməkdi. Ona görə bir-birinə müraciətdə deyirmişlər ki, «hayes», yəni sən də bizdənsən, yurd-yuvandan qaçqınsan?

 

Erməni dövləti! Yox bir Amerika Birləşmiş Ştatları. Erməni harda bir kənddə məskunlaşırdısa özlərinə çar seçirdilər: erməni çarı filankəs. Yox bir prezident...

 

Sero Xandzanyanın bir əsəri var:

 

 «Mxitar sparapet». Çox böyük bir romandı. Romanda ermənilərin yadellilərə qarşı «möhtəşəm» bir mübarizəsi təsvir olunur. Mxitar da bunların baş komandanıdı. Oxuyursan, gözünün qabağında böyük bir erməni dövləti canlanır. Bir az ciddi baxırsan, məlum olur ki, bu «möhtəşəm» erməni dövlətinin qoşunundakı əsgərlərin sayı heç bir rota deyil. Budu bunların dövləti, Roma imaperatorluğuyla danışıq masası arxasında oturublar? Lətifəsi uzaq olsun, bu, Qatır Məmmədin ingilis generalı Tomsonla danışıq masası arxasında oturmasına oxşayır.

 

Bəli, xəritə böyük etiraza səbəb olub, təbii ki, haqlı etiraza. Amma açıqlamalar, yuxarıda qeyd etdiyim kimi, üzrü günahından betər. Açıqlamalarda yazılır ki, bu məsələnin müzakirəsi, qabardılması erməni dəyirmanına su tökməkdir.

 

Dostlar, siz özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, hələ bir bizləri də borclu çıxarırsınız?!

 

Ümumiyyətlə, mütəxəssislərdən ibarət və Təhsil Nazirliyinə tabe olmayan bir komissiya yaradılmalıdır və dərsliklər həmin komissiyada geniş müzakirə edilməli, son nəticəyə gəlinməli və sonra dərc edilməlidir.

 




Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi- Nəşriyyatda daha bir biabırçılıq

Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video

Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Üzeyir bəy Hacıbəyovu  ermənilər öldürüb ?

Üzeyir bəy Hacıbəyovu ermənilər öldürüb ?

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

ADU-da Xocalı soyqırımı anıldı

ADU-da Xocalı soyqırımı anıldı

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"