Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...
"Həm bütün dünyaya car çəkirik, tarixi həqiqətləri çatdırırıq, həm də belə bir dərslik nəşr edib özümüzü təkzib edirik. Başa düşmürlər ki, düşmənin əlinə fürsət verirlər, onlar da sabah bu kitabdan Azərbaycanın əleyhinə istifadə edəcək. İndi sabah erməni tarixçiləri bu kitabı dünyanın gözü qarşısında Azərbaycanın "Böyük Ermənistan” ərazisi olmasının Azərbaycan tarixçiləri tərəfindən də təsdiq edildiyini car çəkəcəklər”.
Aztəhsil.com bildirir ki, bunu versus.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dəsrlikdə gedən biabırçı səhvlə bağlı danışarkən bildirib.
Partiya sədri qeyd edib ki, bu biabırçılığa görə, cavabdeh şəxslər sərt şəkildə cəzalandırılmalıdır:
"Buna nə ad verək? İnsanda gərək vicdan, milli heysiyyat olsun? Milli və dövlətçilik məsələlərində heç kimə güzəşt eləmək olmaz. İndi də bir qrup şəxslər bu ciddi məsələnin üstündən "xəritə şəkli səhv düşüb” deməklə yüngülcə keçib getmək istəyirlər. Səhvdirsə də çox ciddi səhvdir və bağışlanmaz səhvdir. Başları qarışıb pul qazanmağa, vətən, millət, dövlət yaddan çıxıb”.
Partiya sədri bildirib ki, cavabdeh şəxslər bu anti-milli əməllərə görə cavab verməlidilər:
"Tarixən erməni siyasətçiləri dünya dövlətlərinə Qara dənizdən Xəzər dənizi sahillərinə kimi xəyali mövcud olan saxta Böyuk Ermənistan dövlətinin xəritəsini 100 illərdir ki, ciddi-cəhdlə sırımaq istəyirlər. Bu gün Azərbaycanda orta məktəb rus bölməsinin tarix dərsliyində Azərbaycan ərazisi Ermənistan ərazisi kimi verilib. Mən hesab edirəm ki, bu, erməni kəşfiyatının qələbəsidir. Bu adamlar dünya siyasətimizi bax beləcə heçə endirirlər. İllərdir dövlətimizin Azərbaycan həqiqətləri ilə bağlı apardığı mübarizə hakimiyət daxilindəki erməni əsilli insanlar tərəfindən puça çıxarılır”.