AzTehsil.com


Xəbərlər
13 oktyabr 2017
5 861


"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR



 

Tənzilə Rüstəmxanlı: "Dəhlizlərində rusca danışılan nazirlikdən bundan artıq nə gözləmək olardı?"


"Xəritənin dərsliklərə salınmasının təxribat olduğunu dəqiq demək mümkün deyil, amma ortada çox ciddi xəta var”.


Aztəhsil.com xəbər verir ki, bunu "Sherg.az”a Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. 


O bildirib ki, bu hadisə Ermənistanın nail olmaq istədiyi, ermənilərin uydurmalarla bütün dünyanı inandırma siyasətinə dəstək durmaqdır:


"Biz mübarizə aparırıq ki, ermənilər saxtakardır, tariximizi təhrif edir, torpaqlarımızı işğal edir, Qarabağ ermənilərin torpağı deyil, indiki Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqlarıdır. Belə məqamda Təhsil Nazirliyində qalmaqallı xəritə dərsliyə salınır. Kitabın müəllifi isə bəsit şəkildə əsaslandırır ki, xəritəni vikipediadan götürüb. Bu azmış kimi üzr də istəyirlər. Xətanın üzürü günahından betərdi, üzrlə həll ediləsi məsələ deyil. Bu, çox ciddi problemdir. Qonşu ölkələrin mətbuatı nə yazacaq, sonrakı işdir. Yazılacaq ittihamları, faktları onların əlinə biz vermişik, Təhsil Nazirliyi, onun işçiləri, müəlliflər günahkardır. İllərdir deyirik, bir milləti məhv etməyin yolu onun təhsilini pis vəziyyətə qoymaqdır. Aydın görünür ki, təhsilimiz çox pis vəziyyətdədir. Yüzlərlə verilişlərdə, televiziyada, mətbuatda dəfələrlə demişik. Uzun müddət davam edən təhsilin korlanması sanki final nöqtəsinə çatıb.


Dərslikdəki qalmaqala görə məktəblər tarix dərsliksiz qalıb. Bunun məsuliyyətini daşıyır? Tarix dərsliyi çap olunanda ekspertlər harada idilər?”


T.Rüstəmxanlı əlavə edib ki, ən böyük düşmənimiz belə Azərbaycan xalqına qarşı bu cür addım atmazdı:


"Amma burada ciddi düşmən əli var. Bu düşmən də Azərbaycan xaqlının milli təfəkkürünü daşımır. Dəhlizlərində rusca danışılan nazirlikdən bundan artıq nə gözləmək olardı?


Məsələdə kimin günahlandırılmasından, hansı dövlətin təxribatı olmasından asılı olmayaraq, nəticə dəyişmir. Fakt budur ki, problem həll olunmayıb.


Bu cür ciddi məsələdə özünə hörmət edən nazir insanlardan üzr istəyib, istefa verməli idi. Lakin hazırkı vəziyyət cəzasızlıqdır”.


Qeyd edək ki, ötən həftə ölkə gündəmini zəbt edən "Azərbaycan tarixi" dərsliyindəki səhv Türkiyə mediasında da işıqlandırılıb. Bu barədə yazan "Sözcü" qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazır.

 




Загрузка...
Həmçinin oxuyun:
Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

"İnandırıcı görünmür ki, Rusiya kəşfiyyatı belə bir savadsıza maya qoysun"

"İnandırıcı görünmür ki, Rusiya kəşfiyyatı belə bir savadsıza maya qoysun"

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Mavr öz işini gördü - Xəritə təxribatına İlham İsmayıldan ilginc politoloji şərh...

Mavr öz işini gördü - Xəritə təxribatına İlham İsmayıldan ilginc politoloji şərh...

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Azərbaycan xalqına üzr borcunuz var. İSTEFA verin…

Azərbaycan xalqına üzr borcunuz var. İSTEFA verin…

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

Laçının işğalından 25 il keçir

Laçının işğalından 25 il keçir