Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır
Azərbaycanda X sinif "Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma "Böyük Ermənistan” xəritəsinin dərc olunması Ermənistan mediasını hərəkətləndirib.
Aztəhsil.com xəbər verir ki, Ermənistan mətbuatı sözügedən dərslikdə uydurma "Böyük Ermənistan” xəritəsinin dərc olunmasını geniş işıqlandırmaqdadır.
Məlumata görə, düşmən ölkənin əsas xəbər portallarında yayımlanan Azərbaycanda orta məktəb dərsliyində "Böyük Ermənistan” xəritəsinin verilməsinə dair informasiyalar Rusiyanın bir sıra saytlarında da yerləşdirilıib.
Həmin məlumatların şərh bölümündə rəy bildirən ermənilər isə bunu Azərbaycanın "Böyük Ermənistan” reallığını nəhayət, "etiraf etdiyini”n təsdiqi kimi qiymətləndiriblər.