AzTehsil.com


Xəbərlər
14 oktyabr 2017
3 873


Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat



 

Ölkənin siyasi və təhsil gündəmini silkələyən "Azərbaycan tarixi” kitabında Azərbaycanın "Böyük Ermənistan”ın tərkib hissəsi kimi xəritədə göstərilməsi skandalı böyüməkdədir.


Dərsliyin müəllifi Kamran Əsədovun dələduzluq ittihamı ilə həbsdə olması faktının üzə çıxması və təhsil naziri Mikayıl Cabbarovla dostluğunun ifşa edilməsi ciddi prosesin başlanğıcı oldu.


Məlumata görə, dərslikdəki rəzalətin de-şifrə olunması qabaqcadan ssenariləşdirilib. Bununla məqsəd Azərbaycan təhsilini bataqlığa sürükləyən M.Cabbarova nəhayət ki, sarsıdıcı zərbə vurmaq olub. 


Onunla K.Əsədovun dostluğunun üzə çıxması nazirin reputasiyasını möhkəm zədələdi. Əlbəttə, Azərbaycanda hazırda heç bir nazir barəsində belə güclü kampaniya olmamışdı. 


Üstəlik, bu hadisədən Təhsil Nazirliyi nə üzr istədi, nə açıqlama yaydı, nə çoxdan "rəhmətə getmiş” mətbuat xidməti rəhbəri Cəsarət Valehov danışdı. 


Sanki ittihamlar Baytarlıq Xidmətinə ünvanlanmışdı. TN-nin mətbuat katibi nə işlə məşğul olduğunu, niyə əmək haqqı aldığını özü də bilmir. 


Bundan əlavə, K.Əsədov barəsində saxtakarlıq etmək, dərsliklərə yalan məlumatlar yazmaqla bağlı cinayət işi açıla bilər. Maraqlıdır ki, K.Əsədov 3 il öncə dələduzluqda ittiham olunub.


Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən K.Əsədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdi.


Baş Prokurorluğun mətbuat xidmətinin 11 sentyabr 2014-cü ildə yaydığı məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı kimi təqdim edən, Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3.000 manat pul tələb edib və həmin puldan ilkin olaraq 500 manat alıb. 


Məlumata görə, M.Cabbarovla bağlı bu qalmaqal nazirliyi məhvərindən oyadıb. Hətta nazirin istefaya göndərilməsi gündəmə gələ bilər. 


Həmçnin K.Əsədova cinayət işi başlanacağı istisna edilmir. Faktiki olaraq erməni mətbuatına fürsət verən bu şəxslərin əməli Azərbaycana ikiqat zərbə oldu. Həm ermənilərə ”kozır” verdilər, həm də gələcək nəsilləri aldatdılar. 


Qeyd edək ki, həmin bu ekspert abituriyentin ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb. 


Baxış zamanı K.Əsədovun üstündən 2500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü.


Həmin dövr faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 2015-ci ilin fevral ayında isə K.Əsədov azadlığa çıxıb.


Maraqlı məqamlardan biri budur ki, adı dələduzluqda hallanan belə bir şəxsə Təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan tarixi” kitabını necə həvalə edib? Məlumata görə Kamran Əsədovun nazir Mikayıl Cabbarovla yaxın dostluq əlaqələri var.

 




Загрузка...
Həmçinin oxuyun:
"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

Bakıda ali məktəblərdə terror aktı planlaşdıran şəxsə cəza istənildi

Bakıda ali məktəblərdə terror aktı planlaşdıran şəxsə cəza istənildi

Azərbaycanda məktəb direktoru həbs olundu

Azərbaycanda məktəb direktoru həbs olundu

Təhsil sistemimizdə böyük qalmaqal: - "Müəllimlərin əmək haqqı kəsilməlidir"

Təhsil sistemimizdə böyük qalmaqal: - "Müəllimlərin əmək haqqı kəsilməlidir"

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Məktəbdən oğurluq edildi - 5 notbuk, 156 stul

Məktəbdən oğurluq edildi - 5 notbuk, 156 stul

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

GÜNÜN ÜZÜCÜ XƏBƏRİ! Azərbaycanda Tibb Universitetinin tələbəsi amansızcasına qətlə yetirildi - FOTO

GÜNÜN ÜZÜCÜ XƏBƏRİ! Azərbaycanda Tibb Universitetinin tələbəsi amansızcasına qətlə yetirildi - FOTO

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı