AzTehsil.com


Xəbərlər / Cəmiyyət
07 sentyabr 2017
8 957


4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB



 

Ucar rayonu Alpı kənd sakini Nəbiyeva Sevil  Məhəmmədəli qızı tərəfindən şikayət məktubu daxil olub. Müəllif yazır ki, onlara qarşı edilən cinayət faktının üstü qəsdən ört-basdır edilir:
"Ancaq baxmayaraq ki, həmin vəzifəli şəxslərin bizə qarşı dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, rüşvət alma, saxta sənəd tərtib etmə cinayətlərini təsdiq edən konkret və mötəbər subutlarımız var. Həmin subutları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəmiz əsasında aparılan araşdırmaya təqdim edib, ifadələr vermişik. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi heç bir qanuni əsas olmadan tədbir görmək istəmir, süründürməçilik yaradır.
Qeyd edim ki, nəvəm Nəbiyeva Aytən Nəbi qızının Gəncə Müəllimlər İnstituna 2011-ci il tarixdə qəbulu zamanı həmin institutun müəllimi Məmmədov Ələddin Hətəm oğlu bizdən bəri başdan təhsil haqqı adı ilə 12 000 (on iki min) manat pul aldı. Bundan sonra nəvəm Aytən Nəbiyeva Gəncə şəhərində kirayə evdə qalaraq 4 il həmin Gəncə Müəllimlər İnsitutunda təhsil aldı. 4 il ərzində hər il təhsil haqqı olraq 1500 manat pul ödədik ki, buna dair qəbzlərimiz var. 4 il ərzində hər altı aydan bir Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov imtahan adı ilə bizdən 500 manat pul almışdır. Sonradan diplomun verimə zamanı gələndə bizə məlum oldu ki, Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, külli miqdarda pulumuzu alıb bizi aldatmışdır. Bizə bildirildi ki, Aytən Nəbi qızı Nəbiyeva adlı tələbə Gəncə Müəllimlər İnsitutunda oxumayıb, sizi müəllim Ələddin Məmmədov aldadıb.
Bu absurd bir haldır. Necə olur ki, nəvəm düz 4 il Gəncə şəhərində kirayə evdə qalaraq Gəncə Müəllimlər İnsitutuna hər gün dərsə gedib, imtahanlarda iştirak edib. Bütün bu faktlar onu deməyə əsas verir ki, bu ağır cinayət hadisəsini müəllim Ələddin Məmmədov tək törətməyib.
Bu cinayət hadisəsi barədə Azərbaycan Respublikasının Baş Prokuroruluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verdiyimiz şikayət ərizəmiz əsasında araşdırma aparan Şəhriyar adlı müstəntiq düz bir ilə yaxındır ki, bizi süründürüb, axırda heç bir tədbir görə bilməyəcəyini bildirir.
Ancaq konkret və mötəbər subutlar var ki, Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı edərək, bizi aldadıb dələduzluqla küllü miqdarda pulumuzu almaqla ağır cinayət törətmişdir. Biz bu cinayət əməli barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova çoxlu sayda şikayət ərizələri göndərmişik. Bizə ancaq kiçik bildiriş vərəqi göndərirlər ki, ərizəniz qeydə alındı, amma heç bir nəticəsi yoxdur.
Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm ki, külli miqdarda pulumuzu aldadaraq alıb ağır cinayət törətmiş Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun və onu himayə edən vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz”.
Qeyd edək ki, məktub müəllifi nəvəsinin təhsil haqqı qəbzlərinin və tələbə biletinin surətini də əlavə edib.
 

 

 

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

 

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

 

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

 

 

Muxalifet.az



Загрузка...
Həmçinin oxuyun:
Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

GDU-nun müəllimləri Varşavada

GDU-nun müəllimləri Varşavada

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

I ixtisas qrupu üzrə 150 ballıq  yerlər

I ixtisas qrupu üzrə 150 ballıq yerlər

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...