AzTehsil.com


Xəbərlər
13 aprel 2017
2 597


GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi



GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

 

12 aprel 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə  Dini  qurumlarla  iş üzrə Dövlət  komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev, universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, müəllim və tələbə heyəti iştirak etdilər.
 
 Tədbiri  giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açaraq bildirdi ki,  İslam həmrəyliyinin bərqərar olmasında  Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Azərbaycan İslam mədəniyyətinin inkişafında, maddi abidələrə münasibət həmişə nümunəvi olmuşdur. Son illərdə  Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki "İmamzadə” kompleksi İslam mədəniyyətinin qiymətli abidələri olaraq əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir. Prorektor Gülsüm Fətəliyeva IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlardan biri olduğunu bildirdi.
 
 Sosial fənlər kafedrasının dosenti Asim Məmmədov "Azərbaycanda İslam dəyərləri və multikultiralizm” , Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev "İslam həmrəyliyi-zamanın çağırışı” , Dini qurumlarla iş üzrə Dövlət komitəsinin Gəncə  bölgəsi  üzrə şöbə müdiri Asif Əliyev "Dinlər və mədəniyyətlər arasında dialoqun bərqərar olunması” , Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev "İslam həmrəyliyinin Azərbaycan modeli” , Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov "Dünyəvi dövrdə İslam və milli birlik” adlı məruzlərəri ilə hal-hazırda ən ümdə vəzifə və məqsədimizin  Azərbaycandakı din və məzhəb ardıcılları arasında tolerant, birgəyaşayış nümunəsini xaricdə, eləcə də İslam dünyasında təbliğ etməkdən ibarət olduğunu vurğuladılar.



Загрузка...