AzTehsil.com

Xəbərlər
05 aprel 2023
843

Botanika İnstitutunun Herbari fondu təhlükə altındadır!

Herbari fondunun müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent P.X.Qaraxani:

Botanika İnstitutunun herbarisi (beynəlxalq kodu: BAK) “Index Herbariorum” qlobal kataloquna daxil edilmişdir. Herbari respublikanın biomüxtəlifliyinin sənədləşdirildiyi yeganə mənbə və milli sərvətdir. Herbari fondunda 100 illik bir dövrü əhatə edən Azərbaycanın bütün ərazilərindən toplanmış bitki nümunələri qorunur.Podratçı təşkilatlar İnstitutun köçürülməsini və 600 min nüxsəlik Herbari fondunun isə lazımsız olduğunu əsas gətirir, məhv edilməsi üçün bizə təzyiq göstərirlər. Bizə kömək edin!!!

Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. Həmin ildən Herbari fondu fəaliyyətə başlamışdır. Ondan öncə 1932-ci ildən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildikdə bir sıra məşhur botanik alimlər Aleksandr Qrossheym, Prilipko, İ.Karyagin burada elmi tədqiqat işləri aparırdılar. 

Herbarium (cəmdə "Herbaria") qorunub saxlanılan bitki nümunələrinin toplusudur. Bu nümunələr bütöv bitki, göbələk, yosun, şibyə, mamır və ya onların hissələridir: bunlar adətən qurudulmuş, preslənmiş formada, kolleksiyadan asılı olaraq konvertləşdirilmiş, su, spirt və ya digər konservantlarda da saxlanılır. Herbari respublikanın biomüxtəlifliyinin sənədləşdirildiyi yeganə mənbə və milli sərvətdir. Ona əsasən bitki, göbələk və s. qrup orqanizmlərin taksonomik qrupları tədqiq edilir,  məlumat siyahıları (checklist) və floralar yazılır.

Qeyd edək ki, dünyada 1500-dək tanınmış herbari fondu var və Botanika İnstitutunun herbarisi (beynəlxalq kodu: BAK) onlardan biri olaraq “Index Herbariorum” qlobal kataloquna daxil edilmişdir. İndeks ilk olaraq Bitki Taksonomiyası üzrə Beynəlxalq Assosiasiya tərəfindən (1952–1974), daha sonra Nyu York Nəbatat bağı tərəfindən nəşr edilmişdir və sonradan herbariyə dair işlərdə rəsmi olaraq kod istifadə edilir.

Herbari fondunda 100 illik bir dövrü əhatə edən Azərbaycanın bütün ərazilərindən toplanmış bitki nümunələri qorunur. Bundan öncə isə 1800-cü illərə aid Qafqaz ərazisindən toplanmış herbari nümunələri ayrıca saxlanılır. Bitki nümunələri içərisində ot, kol, ağac bitkilərinə aid  135 fəsilə 1065 cinsi əhatə edən 600 000-ə yaxın herbari  nüsxəsi vardır.  63 ali sporlu, 24 çılpaqtoxumlu, 4313 örtülütoxumlu bitki növünü əhatə edən  kolleksiyada 27 fəsilə 79 cinsə aid 20 sintip, 33 izotip, 2 holotip, 5 topotip, 9 paratip və 1 lektotipi əhatə edən 270 herbari tip nümunəsi saxlanılır. Göstərilən tip nümunələri Azərbaycan ərazisindən ilk dəfə elm üçün təsvir edilən növlərdir. Herbari fondunda Azərbaycanın sərvəti olan dəyərli herbari nümunələri müasir avadanlıqlar (HERBSCAN) vasitəsilə rəqəmsallaşdırılır və Avropa Virtual Məlumat Bazasına daxil edilir. 

Mikoloji herbari tarixən ötən əsrin əvvəllərindən bu günədək toplanılmış və uyğun şəkildə depozit edilmiş ümumilikdə təxminən 3200 növü təmsil edən 12151 nümunədən ibarətdir ki, onlardan 2500 növ (10056 nümunə) mikroskopik, 700 növ (2095 nümunə) makroskopik göbələklərdir. BAK herbari nüsxələri içərisində elm üçün yeni, bir sıra patogen, iqtisadi əhəmiyyətli növlər barədə məlumatlar çap olunmuş, yaxud xarici bazalara daxil edilmişdir ki, onlar dünya üzrə bu sahədə çalışan tədqiqatçılar üçün çap və onlayn formada əlçatandır və diqqət mərkəzindədir. Herbari respublikada elm üçün təsvir edilən yeni növlər, habelə bir çox yox olmuş növün herbarisinin saxlanıldığı yeganə mənbədir. Qarabağın bitki örtüyü və göbələklərinə dair nümunələr xüsusilə dəyərlidir, belə ki, azad edilmiş ərazilərdə onların yenidən aşkarlanma ehtimalı aşağıdır və bərpası üçün lazım olan növlərə dair çox mühüm mənbədir. 

Herbari nüsxələri əsasında  3 cildlik I nəşr, 8 cildlik II nəşr Azərbaycan florası, 5 cild 6 kitabdan ibarət mikoflora çoxcildliyi, Azərbaycan Respublikasının Qırmızı Kitabının 1-ci, 2-ci və 3-cü nəşrləri, digər monoqrafik kitablar və yüzlərlə məqalələr dərc olunmuş, bu çap işlərində birbaşa BAK nömrə, toplanma yerləri və s. parametrlər göstərilməklə herbari nümunələrinə istinadlar edilmişdir. Bu nümunələr xüsusi şəraitlə təmin olunmuş otaqlarda temperatur 18 0 C dən çox olmayaraq saxlanılır.

Botanika İnstitutu və Andrew W.Mellon Fondu (ABŞ) arasında imzalanmış Əməkdaşlıq haqqında razılaşma əsasında İnstitut Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulub və tarixdə ilk dəfə olaraq tip numunələri haqqında məlumatlar GPİ məlumat bazasına daxil edilmişdir. Botanika İnstitutu ilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (Almaniya) arasında imzalanmış Razılaşma Memorandumu əsasında Botanika İnstitutunun dəyərli herbari materiallarının qorunması və rəqəmsallaşdırılması istiqamətində uğurlu addım kimi herbari nüxsələri haqqında məlumat və şəkillər Avropa Virtual Məlumat Bazasına daxil etdirilmişdir və davam etdirilir.

Herbari nümunələri olmadan, floranın  tərkibi haqqında biliklərə malik olmadan, bitki aləmi genofondunun qorunması, bitki ehtiyatlarından səmərəli istifadə olunması, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsinin təşkil edilməsi qeyri- mümkündür. Bu fond yox olarsa onda bütün dünyada mənfur düşmənlərimiz  Qarabağdan təsvir edilmiş tip nümunələrinin, nadir və endem bitkilərimizin dünyaya car çəkərək onlara məxsus olduğunu bəyan edərlər. Son vaxtlar İnstitutun köçürülməsi ilə bağlı şaiyələr gəzir. Bu qədər zəngin, dünya florasında xüsusi yeri olan, bütün dünya botaniklərinin istinad mənbəyinə  çevrilən, dünyada tanınmış klassik və müasir botaniklər tərəfindən toplanmış herbari nümunələri saxlanılan fondun ehtiyatla köçürülməsi zəruridir və buna qayğı göstərilməsi Bitki genofondunun qorunması üçün vacibdir. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qaydalarına əsasən 2417.01 – Botanika ixtisası üzrə elmi dərəcə alan hər bir iddiaçıdan ilkin material kimi mövzusuna aid herbari nüsxələri tələb olunur.

      Ulu öndərimiz Heydər Əliyev elmə böyük qiymət verirdi və qayğı göstərirdi. Onun davamçısı müzəffər prezidentimiz İlham Əliyev cənabları da bu qayğını davam etdirərək həmişə elmə böyük dəyər vermişdir. İnanırıq ki, hörmətli prezidentimiz dünya elmində böyük əhəmiyyətə və yerə malik olan Botanika İnstitutunun Herbari fondunun köçürülməsinə biganə qalmayacaqdır.

Загрузка...
Həmçinin oxuyun:
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycanın nadir bitkilərinin mühafizəsi üzrə beynəlxalq səviyyəli çöl tədqiqatları

Azərbaycanın nadir bitkilərinin mühafizəsi üzrə beynəlxalq səviyyəli çöl tədqiqatları

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İnstitutun açılışında

Prezident İnstitutun açılışında

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı