AzTehsil.com


Xəbərlər / Ekspert
27 mart 2023
813


"İndi, elmi işimin adını belə çəkməkdə xəcalət çəkirəm" - Nadir İsrafilov




Hər dəfə “Elm günü” kimi qeyd etdiyimiz martın 27 – si gələndə , istər-istəməz mənim də bir vaxtlar elmlə məşğul olduğum keşməkeşli illərim yadıma düşür. Açığını desəm, elmə baş qoşmağım bu sahəyə olan marağımdan deyil, yaranan vəziyyətlə bağlı zərurətdən irəli gəlmişdi.

Təyinatla kənddə müəllim işləyirdim. Böyük hörmət və nüfuz sahibi idim. Raykomun plenum üzvü seçilmişdim. İlin ən yaxşı gənc müəllimi Ümumittifaq döş nişanı ilə təltif olunmuşdum, Moskva Kremlində şəkil çəkdirmək şərəfinə layiq bilinmişdim. SSRİ-nin metodist müəllimi idim. Gənc yaşlarımda qazandığım bu kimi nailiyyətlər, Raykomun I katibində mənə qarşı qısqanclıq hissləri yaratdı və nəticəsi də o oldu ki, yollarımız ayrıldı və mən elm ayrıcında qalmalı oldum.


Aspiranturaya qəbul olunmağımla əlaqədar, nisbətən rusdilli olduğumu nəzərə alıb, məqsədli aspiranturada təhsilimi davam etdirməyim və Ümumittifaq səviyyəli mövzu üzərində işləməyim məsləhət bilindi. Moskvada uzun müzakirələrdən sonra, o zaman üçün daha aktual sayıla biləcək "İnkişaf etmiş sosializmin təkmilləşdirilməsi və tədricən kommunizmə keçilməsi” mənə görə elmi iş olaraq dissertasiya mövzusu kimi təsdiq olundu. Nə az nə çox düz iki il sosializmin "tam qələbəsi”ndən tutmuş, "qəti qələbəsi”nə qədər araşdırmalara yuxuzuz gecələr sərf edim.


Növbəti müzakirələrin biridə qərara alındı ki, mövzunun aktuallığı müasirləşdirilmə baxımından daha da gücləndirilməlidir. Çünki, artıq xalq arasında kommunizmə keçidlə bağlı "qara lətifələr” dolaşmaqda idi. Digər tərəfdən isə bu ərəfədə Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyyətinin Sədri L. İ. Brejnevin memuarlarından ibarət "Kiçik torpaq”, "Dirçəliş” və "Xam Torpaq” trilogiyası işiq üzü görmüş və ucsuz-bucaqsız ölkənin təbliğat maşını şəxsiyyətə pərəstiş yönümünə səfərbər edilmişdi. Hamı ondan yazır, ondan danışırdı, kütləvi lektoriyalar təşkil olunur, mühazirələr oxunur, təntənəli yığıncaqlar, izdihamlı görüşlər keçirilirdi.


Bütün bunlar nəzərə alınaraq, Elmi Şuranın yekdil qərarına əsasən dissertasiya mövzum dəyişdirilərək, Brejnev fenomeninə və onun siyasətinə uyğunlaşdırıldı və yeni redaktədə "Sov. İKP-nin iqtisadi siyasəti – gənc nəslin əmək tərbiyəsində başlıca vasitə kimi” formalaşdırıldı. İndi gəl, qurultay materiallarını, plenum qətnamələrini, beşillik planları, əmək qabaqçıllarının nailiyyətlərini, onların gənclərə hamilik nümunələrini araşdır görüm, nə yeni bir söz deyəcəksən… "Düz-qoş” etməkdən yuxum belə ərsəyə çəkilmişdi. Bununla belə Brejnevin xatirinə hamı "yaradıcılığıma” müsbət rəy vermək zorunda idi. Tez bir müddətdə "Avtoreferat”ım dərc olundu, müdafiə günüm müəyyən edildi.


Səhərisi gün Brejnevin ölümü barədə yayılan acı xəbər bəlkə də, hamıdan çox məni sarsıtdı. Bir çox digər tədbirlər kimi müdafiə işləri də qeyri – müəyyən müddətə təxirə salınırdı. Zəhmətimin müqabilində heç olmasa dəfn mərasimində iştirak etməkdən, daha sonra isə evə qayıdıb bir sıra yarımçıq qalmış və müəyyən təxirə salınmış məişət işlərimlə məşğul olmaqdan başqa çarəm qalmırdı. Elə də etdim…


Bir müddət ara sakitləşdikdən sonra böyük ümidlə yenidən geri qayıtdım. Tale bu zaman da üzümə gülmədi. Bir çoxları kimi mən də uzun illər xalqın sevimlisi kimi qələmə verilən böyük rəhbərin güdazına gedənlərdən birinə çevrildim. Dissertasiya işi yenidən işlənməli idi, Brejnevlə bağlı bütün materiallar elmi işin içərisindən çıxarılmalı, təzəliklə seçilən Baş katibin sitatları ilə əvəz olunmalı idi. Bu isə, ən azı bir il müddətinə yeni rəhbər Y.V. Andropovun İqtisadi siyasətlə bağlı kursunu izlənmək və bununla bağlı nə deyəcəyini gözləmək demək idi.


Gözləmə müddətində çəkdiyim əlavə zəhmət bu dəfə də hədər getdi. İlin tamamında Andropov dünyasını dəyişdi. Onun yerinə təyin olunan son dərəcə yaşlı və xəstə K.U. Çernenkonun aqibətindən şübhələnərək dissertasiya üzərində yenidən işləməkdən vaz keçdim. Bu dəfə proqnozum özünü doğrultdu. Çernenko da sələfi Andropov kimi "bir illiyin” qurbanı oldu. Onun varisi M,S Qorbaçovun isə "Ya şələ lələni, ya lələ şələni” siyasətinə bel bağlamağa nə səbr nə də hövsələmin çatmayacağına tam əminlik hiss etdikdən sonra, artıq bu mövzuya bir daha qayıtmaq, ümumiyyətlə isə elmi işlə məşğul olmaq fikrindən birdəfəlik yayındım.


İndi, ağır və gərgin zəhmət hesabına başa gələn, artıq əhəmiyyətsiz bir arxiv eksponatına çevrilən avtoreferatımı vərəqləyərkən öz-özümə fikirləşirəm ki, bəlkə səbr və hövsələmi cilovlayıb, başladığım işi sona çatdırardım, zəmanənin nəbzini tutub, digər yollar və imkanlar arayıb, professor və akademiklərdən birinə çevrilərdim. Ancaq qismət deyilən bir anlayış da var. Bəlkə də, elə – belə məsləhət imiş… Bəlkə də, üç ildə üç Sovet rəhbəri rəhmətə getməsəydi, indi mən də ölkənin sayılıb-seçilən alimlərindən biri idim...


Bir gün məclislərin birində yaxın dostlardan biri zarafatca mənə müraciət edərək dissertasiya işimin mövzusunu digər yoldaşlara da bildirməyimi xahiş etmişdi. Mənim ona “məni ələ salırsan” cavabımda dedi ki, Allah eləməsin, sənin elmi işin hələ şükürlüdür. Hörmətli professorlarımızdan birinin doktorluq işi Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan "Yeddi gözəl" poemasında beynəlmiləlçilik tərbiyəsi olub. Soruşdum ki, bəs o nə olan şeydir? Dedi ki, bəs professor dəllillərlə əsaslandırıb ki, Sasani şahı Bəhram Gurun yeddi gecədə yeddi ərəb, fars, rumlu, çinli, firənkli...sevgilisi... Belə-belə ışlər...


İstənilən halda, fürsətdən istifadə edib, Elm günü münasibətilə bütün elm və təhsil fədailərini səmimi təbrik edir, onlara elm və təhsilimizin inkişafı və tərəqqisi naminə səbr, hövsələ və yeni yaradıcılıq uğurları arzulayıram. “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” Bir müdrikin dediyi kimi, ”Keçmişdən öyrənin, bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin.”


Nadir İsrafilov - ekspert




Загрузка...
Həmçinin oxuyun:
Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nobel laureatı: Mən biliyə sonsuz yanğısı olan uşaq idim.

Nobel laureatı: Mən biliyə sonsuz yanğısı olan uşaq idim.

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Nadir İsrfilov: “Əsrlərin yaddaşı nəsillərin yaddaşından çıxmasın gərək... “

Nadir İsrfilov: “Əsrlərin yaddaşı nəsillərin yaddaşından çıxmasın gərək... “

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Birincilərin birincisi

Birincilərin birincisi

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

“Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir.”

“Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir.”

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Böyük MÜƏLLİM, sadə İNSAN

Böyük MÜƏLLİM, sadə İNSAN

Həyatının uğur salnaməsini yazan gənclər

Həyatının uğur salnaməsini yazan gənclər

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri