AzTehsil.com


Xəbərlər / Ekspert
06 aprel 2020
1 129


Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“



Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

 

#EvdəQal kampaniyasımı deyək,  aksiyasımı, layihəsimi, çağrışımı – fərq etməz – çərçivəsində özünü təcrid  etmə qaydalarına riayət etməklə bağlı evdə qaldığımız günlərdə nə qədər kitab oxusan, televizora baxsan da nələr fikirləşmirsən, ağlına nələr gəlmir…!? Bu da təbiidir. İnsan aktiv fəaliyyətdən bir növ alışmadığı passiv kimi qəbul edilə biləcək mühitə adaptasiya olunması müəyyən zaman aparır, istər- istəməz xəyallara qapılmalı olursan, yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan.

Hələ koronovirusla bağlı karantin rejimi tətbiq edilməzdən bir neçə gün əvvəl dostlarla oturub dərdləşirdik. Söhbət əsnasında tələbəlik illərində imtahan biletimə nisbətən zəif bildiyim V.İ. Leninin «Kommunizmdə  «solluq» uşaq xəstəliyi» əsərindən sual düşdüyü, indiki xəstəliyin isə əsasən böyüklərlə əlaqəli olduğu və  bundan sonra uşaqlara nisbətən bizim daha ehtiyatlı davranmağımızla bağlı kiçik bir zarafat etdim. Bu zaman dostlardan biri "sənin dissertasiya mövzunun adı nə idi” deyə sual verdi və cavabımı gözləmədən qəhqəhə çəkib gülməyə başladı. "İki kişinin bildiyi artıq sirr deyil” məsəlini çəkib, təfsilatı onlarla bölüşməyə məcbur oldum.

"Aspiranturaya qəbul olunmağımla əlaqədar, nisbətən rusdilli olduğumu nəzərə alıb məqsədli aspiranturada təhsilimi davam etdirməyim və Ümumittifaq səviyyəli mövzu üzərində işləməyim məsləhət bilindi. Moskvada uzun müzakirələrdən sonra, o zaman üçün daha aktual sayıla biləcək "İnkişaf etmiş sosializmin təkmilləşdirilməsi və tədricən kommunizmə keçilməsi” mənə görə elmi iş olaraq dissertasiya mövzusu kimi təsdiq olundu. Nə az nə çox düz iki il sosializmin "tam qələbəsi”ndən tutmuş, "qəti qələbəsi”nə qədər araşdırmalara yuxuzuz gecələr sərf edim.

Növbəti müzakirələrin biridə qərara alındı ki, mövzunun aktuallığı müasirləşdirilmə baxımından daha da gücləndirilməlidir. Çünki, artıq xalq arasında kommunizmə keçidlə bağlı "qara lətifələr” dolaşmaqda idi. Digər tərəfdən isə  bu ərəfədə Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyyətinin Sədri L. İ. Brejnevin memuarlarından ibarət "Kiçik torpaq”, "Dirçəliş” və "Xam Torpaq” trilogiyası işiq üzü görmüş və ucsuz-bucaqsız ölkənin təbliğat maşını şəxsiyyətə pərəstiş yönümünə səfərbər edilmişdi. Hamı ondan yazır, ondan danışırdı, kütləvi lektoriyalar təşkil olunur, mühazirələr oxunur, təntənəli yığıncaqlar, izdihamlı görüşlər keçirilirdi.

Bütün bunlar nəzərə alınaraq, Elmi Şuranın yekdil qərarına əsasən dissertasiya mövzum dəyişdirilərək, Brejnev fenomeninə və onun siyasətinə uyğunlaşdırıldı  və yeni redaktədə "Sov. İKP-nin iqtisadi siyasəti – gənc nəslin əmək tərbiyəsində başlıca vasitə kimi” formalaşdırıldı. İndi gəl, qurultay materiallarını, plenum qətnamələrini, beşillik planları, əmək qabaqçıllarının nailiyyətlərini, onların gənclərə hamilik nümunələrini araşdır görüm, nə yeni bir söz deyəcəksən… "Düz-qoş” etməkdən yuxum belə ərsəyə çəkilmişdi.  Bununla belə Brejnevin xatirinə hamı "yaradıcılığıma” müsbət rəy vermək zorunda idi. Tez bir müddətdə "Avtoreferat”ım dərc olundu, müdafiə günüm müəyyən edildi.

Səhərisi gün Brejnevin ölümü barədə yayılan acı xəbər bəlkə də, hamıdan çox məni sarsıtdı. Bir çox digər tədbirlər kimi müdafiə işləri də qeyri – müəyyən müddətə təxirə salınırdı. Zəhmətimin müqabilində heç olmasa dəfn mərasimində iştirak etməkdən, daha sonra isə evə qayıdıb bir sıra yarımçıq qalmış və müəyyən təxirə salınmış məişət işlərimlə məşğul olmaqdan başqa çarəm qalmırdı. Elə də etdim…

Bir müddət ara sakitləşdikdən sonra böyük ümidlə yenidən geri qayıtdım. Tale bu zaman da üzümə gülmədi. Bir çoxları kimi mən də uzun illər xalqın sevimlisi kimi qələmə verilən böyük rəhbərin güdazına gedənlərdən birinə çevrildim. Dissertasiya işi yenidən işlənməli idi, Brejnevlə bağlı bütün materiallar elmi işin içərisindən çıxarılmalı, təzəliklə seçilən Baş katibin sitatları ilə əvəz olunmalı idi. Bu isə, ən azı bir il müddətinə yeni rəhbər Y.V. Andropovun İqtisadi siyasətlə bağlı kursunu izlənmək və bununla bağlı nə deyəcəyini gözləmək demək idi.

Gözləmə müddətində çəkdiyim əlavə zəhmət bu dəfə də hədər getdi. Bir ilin tamamında Andropov dünyasını dəyişdi. Onun yerinə təyin olunan son dərəcə yaşlı və xəstə K.U. Çernenkonun aqibətindən şübhələnərək dissertasiya üzərində yenidən işləməkdən vaz keçdim. Bu dəfə proqnozum özünü doğrultdu. Çernenko da sələfi Andropov kimi "bir illiyin” qurbanı oldu. Onun varisi M,S Qorbaçovun isə "Ya şələ lələni, ya lələ şələni” siyasətinə bel bağlamağa nə səbr nə də hövsələmin çatmayacağına tam əminlik hiss etdikdən sonra, artıq bu mövzuya bir daha qayıtmaq, ümumiyyətlə isə elmi  işlə məşğul olmaq fikrindən birdəfəlik yayındım.

İndi evdə qalmaq fürsıtindən istifadə edərək ağır və gərgin zəhmət hesabına başa gələn, artıq əhəmiyyətsiz bir arxiv eksponatına çevrilən avtoreferatımı vərəqləyərkən öz-özümə fikirləşirəm ki, bəlkə səbr və hövsələmi cilovlayıb, başladığım işi sona çatdırardım, zəmanənin nəbzini tutub, digər yollar və imkanlar arayıb, professor və akademiklərdən birinə çevrilərdim. Ancaq qismət deyilən bir anlayış da var. Bəlkə də elə – belə məsləhət imiş… İstənilən halda, hətta ən çıxılmaz vəziyyətdə belə hər kəsə səbr və hövsələ arzulayıram.

Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini



Загрузка...
Həmçinin oxuyun:
Yaradıcı adam üçün heç də evlə, çöl – bayırın elə də əsaslı bir fərqi yoxdur.

Yaradıcı adam üçün heç də evlə, çöl – bayırın elə də əsaslı bir fərqi yoxdur.

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

Dissertasiyaların müdafiə prosesini xeyli asanlaşdıracaq TƏKLİF...

Dissertasiyaların müdafiə prosesini xeyli asanlaşdıracaq TƏKLİF...

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Dahilər karantin dövründə

Dahilər karantin dövründə

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

"Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

Tələbə Türkiyədə itkin düşüb

Tələbə Türkiyədə itkin düşüb

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

Dərslərində Qarabağın işğalını müzakirə edən amerikalı professor

Dərslərində Qarabağın işğalını müzakirə edən amerikalı professor

Yol qəzasında həlak olan tələbənin qrup YOLDAŞLARI: “Simit aldım, gözlədim, GƏLMƏDİ”

Yol qəzasında həlak olan tələbənin qrup YOLDAŞLARI: “Simit aldım, gözlədim, GƏLMƏDİ”

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Acı təəssüratlar

Acı təəssüratlar

İnformasiya, yoxsa diqqət?

İnformasiya, yoxsa diqqət?

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

Kurikulum  ləğv ediləcəkmi - rəsmi açıqlama

Kurikulum ləğv ediləcəkmi - rəsmi açıqlama

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”