AzTehsil.com


Xəbərlər / Ekspert / Manşet
29 mart 2020
7 784


Yaradıcı adam üçün heç də evlə, çöl – bayırın elə də əsaslı bir fərqi yoxdur.



 

AzTehsil.com xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir israfilov karantin günlərini necə keçirməsi haqda AzEdu.az-a danışıb:

"Mən xarakter əlamətlərinin fərdi özünəməxsusluğu etibarı ilə ümumiyyətlə yerli-yersiz "çölçülük həyatı” keçirənlərdən olmamışam. Əlbəttə, həyatımın əsasən son on illiyini nəzərdə tuturam. Baxmayaraq ki, uşaqlıq və yeniyetməlik illərim digər yaşıdlarım kimi məni də açıq havada daha çox olmağıma sövq edib, bununla belə yalnız müəyyən zəruri hallarda küçəyə çıxmağıma imkan yaranıb. Məktəbə getmək, dərsdən qayıtdıqdan sonra paralel olaraq 5 illik musiqi məktəbi, digər günlərdə isə fakultativ və dərnək məşğələləri və yenidən ev tapşırıqlarına hazırlaşmaq üçün ev mühiti. O vaxtlar fakultativlərə böyük önəm verilirdi, dərnək məşğələlərinə də yüksək maraq var idi. Bir çoxumuz məhz fakultativ sayəsində özümüzə gələcək ixtisas seçdik. Dərnək məşğələlərində qazandığım təcrübə isə mənə təyinat müddəti ərzində müəllimlik fəaliyyətimdə dərs deməyimlə yanaşı mənə dərnək rəhbəri kimi əlavə stavka qazandırdı.

Gənclik illərimdə də vaxtımın böyük hissəsinin universitet, kitabxana, qiraət zalı və kirayə qaldığım evdə zaçot və imtahanlara hazırlaşmağa sərf edilməsindən ibarət olub. Tarix ixtisasını seçənlər fasiləsiz qiraət etməyin nə olduğunu daha yaxşı bilər. Leninin "Nə etməli?”,” Nədən başlamalı?, "Bir addım irəli, iki addım geri” və s. bu kimi 55 cildlik seçilmiş əsərlərindən ibarət külliyatını, Marksın "Kapital”ını, Engelsin "Manifest”ini, "Ailənin, xüsusi mülkiyyətin və dövlətin  mənşəyi”ni oxumaq məcburiyyətində idik. Hələ fransız  utopik sosialistəri Şarl Furye, Anri Sen-Simon, Robert Ouenın ideyalarını demirəm. Başımız, beynimiz dağılırdı, bununla belə oturaq həyata dözümlülüyümüz artırdı.

"Yaşadığım mənzildən şəhərin hər iki tərəfinə görüntü var. Hərdən, çox yorulanda gərginliyi azaltmaq üçün eyvana çıxıb şəhərin mənzərəsini seyr edirəm”

Universitet həyatından sonra aspirantura qayğıları. Yenə də kitabxana, qiraət zalı, elmi fəaliyyət, yaradıcılıq axtarışları... Bu illərdə də kənara çıxmağım əsasən elmi-yaradıcılığımla bağl 50-yə qədər Ümumittifaq miqyaslı konfranslarda içtirakımla əlaqədar olub. O zamanlar aspirant və gənc alimlər üçün aidiyyatı  seminarlar, simpoziumlar, ixtisasartırma kursları, müəyyən məktəblər təşkil olunardı. Məruzə üzrə tezislərini Təşkilat komitəsinə göndərmək kifayət edirdi. Bəyənildiyi halda həmin tədbirə dəvət alır, maliyyə xərclərin təmsil olunduğun təhsil  müəsisəsi hesabına ödənilirdi. Bu da yalnız oturaq həyat tərzinin, səbr və hövsələnin, gərgin zehni əməyin hesabına əldə olunurdu.

Sonrakı həyat fəliyyətim də əsasən kabinet mühiti ilə bağlı olub. Məmur postunda ərizə və şikayətlərə baxmaq üçün bəzən işə şənbə və bazar hətta bayram günlərində də gəlməli olurdun. Ərizə və şikayətlərin cavablandırılmamasına görə hətta işdən azad olunma təhlükəsi var idi. Ən geci İki-üç aydan bir ərizə və şikayətlərin icra olunması vəziyyəti müxtəlif səviyyəli yuxarı idarəetmə orqanları tərəfindən yoxlanılırdı. Yoxlama öz yeridə vətəndaşların dərd-sərinə yardımçı olmamamağa vicdanın da yol vermirdi, çünki mən artıq bu yolları addım-addım keçmişdim.

Hazırda evdəyəm, xatirələrimlə baş-başayam. Xüsusilə son illər bir çox tədbirlərə dəvət aldığımdan yaradıcı fəaliyyətimdən müəyyən qədər kənar düşmüşəm.  Bir vaxtlar, təkcə orta məktəb illərində oxuduğum 5000 mindən artıq əsərə rəğmən, son oxuduğum kitab yadıma belə gəlmir. Bu günlərdə xeyli kitab oxudum, retro və yeni filmlərə baxdım. Həyatımın böyük hissəsini təhsilə həsr etdiyim xatirələrimlə bağlı memuarlar üzərində işləyirəm. 10 minə yaxınlaşan yazı və müsahimələrimin kartotekasını hazırlayıram. Dost və həmkarlarımla daim telefon əlaqəsi saxlayıram.  İmkanım daxilində jurnalistlərin suallarını cavablandırıram.

Məqsədim heç də evdə qalmağa bəraət qazandırmaq deyil, deməyim odur ki, yaradıcı adam üçün heç də evlə, çöl – bayırın elə də əsaslı bir fərqi yoxdur. Şəxsən mənə evdə darıxmağa bir an belə vaxt qalmır. Sadəcə olaraq təbii mi, süni mi yaradılmış fürsətdən imkan dərəcədə maksimum istifadə olunmalıdır. Yaşadığım mənzildən şəhərin hər iki tərəfinə görüntü var. Hərdən, çox yorulanda gərginliyi azaltmaq üçün eyvana çıxıb şəhərin mənzərəsini seyr edirəm. Günəşli havanı və vəziyyətin o qədər də kritik olmadığını görəndə sevinirəm...



Загрузка...
Həmçinin oxuyun:
“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Siyasi ekspertdən qınaq..."Niyə 14 ildə Qarabağ Dövlət Universiteti yaradılmayıb?"

Siyasi ekspertdən qınaq..."Niyə 14 ildə Qarabağ Dövlət Universiteti yaradılmayıb?"

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Beş övladına evdə məktəbsiz təhsil verən ana

Beş övladına evdə məktəbsiz təhsil verən ana

Məktəblərlə bağlı daha bir anormallıq

Məktəblərlə bağlı daha bir anormallıq

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

Rusiyanın ən yaxşı riyaziyyat müəllimi iş təcrübəsini bölüşür

Rusiyanın ən yaxşı riyaziyyat müəllimi iş təcrübəsini bölüşür

Azərbaycanın 26 yaşlı prorektoru - “Yüksək vəzifədə dayım yoxdur”

Azərbaycanın 26 yaşlı prorektoru - “Yüksək vəzifədə dayım yoxdur”

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

“Onu tanıyana qədər evlilik barədə düşünmürdüm” - Tarix yazan Teymurun həyatı...

“Onu tanıyana qədər evlilik barədə düşünmürdüm” - Tarix yazan Teymurun həyatı...