Balaca qız olarkən, məktəbdəki ilk günümdə qərar verdim və evə gələn kimi ana və atama "böyüyəndə müəllimə olacam” demişdim.
Bu hədəfimdən heç yayınmadım və müəllimə oldum. Həm normal sinif dərslərində, həm də təhsil müddətində terapiya və dəsəyə daha çox ehtiyac duyan şagirdlər üçün açılan terapiya siniflərində müəlliməlik etdim. Lakin təcrübələrimin sonunda başa düşdüm ki, mövcud təhsil sistemi bir çox uşaq üçün olduqca yetərsiz qalır. Beləcə işdən çıxaraq 5 oğlumu evimizdə məktəbsiz təhsil metodu ilə hazırlamağa başladım. Mətbəx masası ətrafında oturub lövhədə dərs izah etmək və bu kimi şeylər yox idi. Oturub onlara, oxumağı, yazmağı, sayı saymağı öyrətmədim. Hətta hər hansı bir formada bunları özbaşıma planlamadım. Bunun yerinə günlərini necə keçirmək istədiklərinə qərar verdilər. Dərədə dovşan tutmaq, elektronik əşyalar düzəltmək və ya musiqi alətində ifa etmək kimi. Etdiyim şey sadəcə uşaqların öyrənməyi içlərindən gəldiyi şəkildə sevdiklərinə dair instinktlərimi dinləmək və buna güvənməkdi. Maraqları olan mövzularda irəliləyə bilmələri onları üçün maddi qaynaq və vasitələrlə təmin etdim.
Kompüterimiz yox idi. Ən böyük oğlum Joel (33) 14 yaşına qədər kompüter görmədi, amma informasiya texnologiyaları sahəsində doktorantura təhsili var. İlk universitet diplomunu alanda, 18 yaşı var idi, indi Google şirkətində çalışır.
Bütün uşaqlarım xoşbəxt, sağlam və uğurlu şəxslər oldular. İkinci oğlum Dionun (31) sosial xidmətlər üzrə diplomu var və kimsəsiz uşaqlarla maraqlanır. Tali (25) konservatoriyada müasir musiqi üzrə təhsil alıb. Liam (20) isə nalbənd oldu. Bir atın ayağına sadəcə on saniyə baxıb ona ən uyğun nalı hazırlaya bilən bacarıqlı nalbənddir. Erik (18) də qardaşı kimi konservatoriyaya getmək istəyir. Bəzi insanlar uşaqlarım üçün qurduğum xəyalları soruşur. Mən oğullarımın sadəcə həyəcan keçirmələrini istədim. Öz həyatlarına dair həyəcan keçirmələrini… Müəllimliklə bağlı xəyal qırıqlıqlarım işə ilk günlərdə başlamışdı. Birinci siniflərə dərs deyərkən bütün dəstəyimə və maraqlanmağıma baxmayaraq altı ay müddətində hər gün ağlayan balaca qız şagirdim var idi. İki il sonra məktəbin terapiya mərkəzində işləməyə başladığımda bu balaca qız oradaydı və elə travma almışdı ki, nə oxuyub, yaza bilir, nə də akademik mövzuda irəliləyə bilir.
Məktəbimizin olduğu ərazidən məsuliyyətli olan müfəttişlə birlikdə məktəbə gedib-gələrkən ona bir gün bu sualı verdim:
– "5-6 yaşına gəlmiş bir çox uşağın məktəbə hələ hazır olmadıqlarını düşünürəm. Öz uşaqlarımı məktəbə göndərməsəm sizcə nə olar?”
– "Heç bir şey olmaz” dedi.
– "Sən bir müəllimsən. Başqa insanların 30 övladına müəllimlik edib, öz uşaqlarına təhsil verə bilməyəcəyini kim deyə bilər?”
O vaxtlar tək məqsədim uşaqlarımı sinif təhsilinə hazır olduqlarını düşünənə qədər evdə saxlamaq idi. Metod olaraq da klassik öyrənmə metodundan istifadə edərəm deyirdim. Bu üsul böyük oğlumda daha çox işə yaramışdı. Akademik düşünə bilən və "mənə beş daş verə bilərsənmi?” ya da "altı ədən çubuq say” deyildiyində cavab verən bir uşaq. Ancaq ailəm genişləndi və digər oğullarım dünyaya gəldiklərində bununla heç maraqlanmadılar. Məsələn, Dion kiçik evlər inşa etməkdən çox zövq alırdı. Tali isə danışmadığı halda, mahnı oxuya bilirdi. Bir dəqiqə də olsa yerində oturmaz, bütün gün musiqi alətində ifa edirdi. Məktəbdə uşaqların 20 dəqiqəlik müddətdə öyrəndiklərini öyrənmişdim, amma mənim uşaqlarım bir şeyə maraq saldıqlarında altı aydan tez onu buraxmaq istəmirdilər. Zamanla universitetdə öyrəndiklərimin hamısını bir kənara qoydum və onları müşahidə eləməyə, hansı mövzuda həyəcanlandıqlarını tapmağa və o yolda onlara kömək olacağını düşündüyüm şeylərlə onları təmin etməyə çalışdım. Bəzən musiqi dərsləri aldırdım, bəzən elektronik alətlər aldım. Bütün pedoqoq rolum bu idi. Sonralar uzaqdan təhsil proqramlarına qatıldılar. Bunların hamısı zəruri ehtiyac olanda və onlar istədiyi vaxtlarda edildi. Məktəb müfəttişi ilə psixoloq mütəmadi olaraq ziyarətimizə gəlirdilər. Müəllim olan həyat yoldaşım Alan da mənə çox dəstək verirdi.
Müxtəlif oyun və idman qruplarına üzv olmağımıza və bir çox dostu olmasına baxmaayaraq oğlum 8 yaşında olanda bəzi sosial fəaliyyətlərdən geri qaldığını düşünərək özü məktəbə getmək istədiyini söylədi. Məktəbə başladığında gördük ki, oğlumuz akademik baxımdan yaşıdlarından iki il qabaqdadı və məktəbdəki hər kəslə nəzakətlə davranan uşaqdır. Bir il müddətində davam dən yaşıdlarının təzyiqi, küçümsəmələr səbəbilə oğlum məktəbdən çıxdı. Hələ də həyatının ən bərbad ili olduğunu söyləyir. Digər uşaqlarımdan heç biri məktəbi yoxlamaq istəmədilər.
Əlbəttə, uşaqlarımı böyütmə üsulumla bağlı çox tənqidlərə məruz qaldım. İnsanlar məktəbsiz təhsil alan uşaqların işsiz qalacaqlarını, gələcəkdə etmək istədiyi peşəni seçmə şansının olmadığını və müdirin sizə söylədiklərini etmək məcburiyyətində olduğunuzu düşünürlər. Ancaq əslində həqiqi həyatda siz də iş verən biri ola bilərsiniz ya da öz işinizi qura bilərsiniz.
Bəli, məktəbsiz təhsil hər ailə üçün uyğun olmaya bilər. Bunun üçün valideynlərin uşaqlarıyla birlikdən olmaqdan zövq alması lazımdır. Sorğulayan zehnə sahib olmaq və qeyri-adi həyat yaşamaq istəmələri də. Oğullarım mənim arzularımdan çox şey öyrəndilər. Əminəm məktəbə getsəydilər, terapiya siniflərindəki uşaqlar kimi olacaqdılar. Bu, onların özlərinə olan güvənlərini azaldıb gələcək uğurlarını da baltalaya bilərdi.
Uşaqların necə öyrəndiklərinə dair bir çox kitab var, ancaq mən həqiqətən bunun necə olduğunu kiminsə bildiyini düşünmürəm. İnandığım tək şey budur ki, tamamilə fərqli ehtiyaclara və maraq dairələrinə sahib 30 uşağı eyni sinfə qoyub, hamısının eyni formada öyrənmələrini gözləyə bilməzsiniz.
Mənbə: egitimpedia.com