AzTehsil.com


Xəbərlər / Psixoloq / Müəllim
08 oktyabr 2018
3 685


Psixoloq diqqət yetirilməyən dəhşətləri sadaladı



 

 
"Qorxu qiymətləndirməyə görə deyil. Rəqəm stress yaratmır. Stressin səbəbi bu qiymətə ailə və məktəbdəkilərin  reaksiyası, münasibətdir”.

Bu sözləri AzEdu.az-a psixoloq Roza Kazımlı summativ qiymətləndirmənin şagird psixologiyasına təsirləri haqda danışarkən deyib. O bildirib ki, bu, şagird psixologiyası üçün vacibdir və hər yaş dövrünün öz qiymətləndirmə sistemi var:

"Düşünün ki, biz işləyirik və ayın sonunda gördüyümüz işə görə qiymət almalıyıq. Bu bizim motivasiyamız, işimizin bəhrəsidir. İşimizi ona görə görürük ki, ayın sonunda onu dəyərləndirsinlər.

Şagird də eynilə belədir. Onların bəziləri qiymətə görə  oxuyur, 600-700 bal toplayır, amma bunun nəticəsini görmürlər. Çünki bunları həvəslə deyil, yalnız qiymət, göztərici xətrinə ediblər. Digər uşaqlar isə oxuduğundan zövq alırlar və sonda qiymətləndirmə onların motivasiyasını artırır”.

Psixoloqun fikrincə, bəzi siniflərdə summativlərin ləğvi düzgün deyil. Çünki bu, uşaqlar üçün motivasiyadır. Qiymətləndirmənin nə dərəcədə stressə səbəb olması  məsələsinə gəlincə isə psixoloq bildirib ki, bu, birbaşa valideyn və pedaqoqdan asılıdır:

"Həmin qiymət şagirdi stressə salacaq şəkildə verilməməlidir. Qiymətləndirməni sərt formada etsək, uşaq inciyə bilər. Ona izahla başa salmaq lazımdır ki, bu qiymətləndirmə onun özünün qazandığıdır.

Xaricdə özünü tam ifadə edə bilməyən, ətrafdakıları yaxşı anlamayan  uşaqlar üçün belə qiymətləndirmə keçirilir. Onlar qiymətləndirmənin mahiyyətini anlamasalar da, bu, adi konfet, oyuncaqla da olsa belə həyata keçirilir. Amma bu, alışqanlıq halına da gəlməməlidir”.

O bir vaxtlar tətbiq olunan qiymətləndirmə formasını da gündəmə gətirib:

"Bizim vaxtımızda rəngbərəng işarə göstəriciləri  var idi. Qiymətləndirmək üçün onları əlimizə, dəftərin üstünə vururdular. Qırmızı 5, sarı 4, yaşı 3, göy rəng isə 2-ni bildirirdi. Çünki  bu dövrdə uşağın beyni rənglərə görə inkişaf edir. Qırmızı və sarı rənglər uşaq üçün ən xoş rənglərdir. Qırmızı bol enerji, güc deməkdi. Sarı isə qırmızıdan bir az zəif tonda müsbət enerji verir. Qiymətləndirmə indi də rəng və fiqurlarla olarsa, şagirdi motivasiya edər”.

Onun sözlərinə görə, burada böyük rol oynayan qiymət deyil, düzgün dərsin keçirilməməsi, uşağa dərsi effektiv yansıtmamaq, onun müəllim və ya valideyn  tərəfindən təzyiqə məruz qalmasıdır:

"Bəzən, valideyn övladını qorxudur ki, bunu etməsən, müəllim sənə "2” yazacaq. Hədələməklə uşağın dərs oxuyacağını düşünürlər. Nəzərə alaq ki, bu zaman onda qorxu yaranır və qiymətdən qorxmağa başlayır.

Məktəbdə oxuduğu zaman aşağı qiymətlər alan, daha sonra isə dahi səviyyəsinə çatan  uğurlu insanlar var. Eynşteyn, Nyuton və digər alimlərin məktəb illərində heç də  bütün qiymətləri "5” olmayıb. 600-700 bal toplayan şagirdlərin özündə belə problem var. Uşaq hər gün "5” almaq məcburiyyətində deyil. Çünki fizioloji tərəfdən baxsaq, uşağın hər dərsi qavraması absurddur. Bir insan həm humanitar, həm də texniki fənni eyni qavraya bilməz. Çünki texniki meylli insanlarda beynin sol yarımkürəsi işləyir. Müəllimlər də bunu nəzərə alıb, şagirdin potensialına uyğun qiymətləndirməlidirlər.

Yaxşı olardı ki, qiymətləndirmə hər uşağa görə şkalaya bölünsün. Potensialı zəif olan şagirdlər 5, digərləri isə 10 ballıq şkala ilə qiymətləndirilsin. Uşağın potensialı "beşlik”dirsə, "3” yazmaqla onu bir az da həvəsdən salırıq. Qiymətləndirməyə hər uşağın öz şkalasına görə olsa, o, həvəslə oxumağa başlayacaq”.

"Şagirdlərə yalnız qiymətləndirmə deyil, insanlığı da aşılamalıyıq”

"O, valideyn və müəllimin bu qiymətə reaksiyası səbəbilə baş verir. Universitetdə də Baloniya sistemidir. Bəs niyə orada qiymət alanda həyəcanlanmırıq? Çünki onda valideynlər məktəbdə olduğu kimi üstümüzə düşmürlər. Yəni, rəqəm stress yaratmır. Stressin səbəbi ailə və məktəbdəki  davranış, münasibətdir. Ona görə də məncə summativlərin ləğvi şagirddə tədrisə həvəssizlik formalaşdıracaq”.

Kazımlı şagirdin bütün sinif qarşısında aşağı qiymətləndirilməsinin vurduğu psixoloji zərbədən danışarkən, psixoloq bildirib ki, əksinə, bu, onun immun və sinir sistemini aktivləşdirəcək:
Heç vaxt zəif qiymət almayan şagird düşünün və təsəvvür edin ki, o, bircə dəfə üzrlü səbəbdən dərsini oxuya bilməyib. Belə olduqda müəllim onu nəzərə almalıdır. Bu halda uşaq dərk edəcək ki, bu gün mənim başıma bu iş gəldi və müəllim bunu anlayışla qarşıladı. Təbii ki, bu davamlı olmamalıdır. Onlara  yalnız qiymətləndirmə deyil, insanlığı da aşılamalıyıq.

Oxumağa həvəsi olmayan, motivasiyasız uşaq üçün "2” onsuz da sıradan bir şeydir. Bunu çox oxuyan, məsuliyyətli uşaqlar düşünə bilər. Sinif qarşısında qiymətləndirmə belə uşaqlarda stress, fobiya, təşviş yarada bilər və onlar aşağı özgüvənlə böyüyərlər. Amma yalnız belə xüsusi hallarda şagirdə təsir edər”.

O, məktəblərdəki psixoloq çatışmazlığının fəsadlarına da toxunub:

"O qədər sinfə bir psixoloq verirlər. O isə heç də çatdırıb bütün uşaqların psixologiyası ilə maraqlana bilmir. Üstəlik diplomlu psixoloqlar məktəblərdə çox azdır.

İbtidai sinif müəllimlərinin isə psixologiya təhsili mütləq olmalıdır. Çünki müəllim   hər uşağa necə yanaşmaq lazım olduğunu bilməlidir.

Məsələn, mənim bir sinif yoldaşımın Coğrafiyaya marağı çox idi. Atlası, xəritəni əla bilir, üstəlik yaxşı rəsm çəkirdi. Bu, onda genetika ilə əlaqədar idi, çünki ailəliklə rəssam idilər. İndiyədək yadımdadır, Coğrafiyanı oxuyub digər fənlərə laqeyd yanaşdığına görə onu həmişə danlayırdılar. Başqa fənlərdən "2” alırdı . Bu yaxınlarda onunla maraqlandım. Çünki psixoloji təhsil alandan sonra sinif uşaqlarımızı analiz etmək mənə çox maraqlı gəlirdi. Evdə bekar oturub, heç bir işə yaramadığını, özünə çox qapandığını dedilər. Məlum oldu ki, ünsiyyət qurmaqda çətinlik çəkir, hətta kiməsə salam verməyə belə utanır. Özü də çox ziyalı ailənin övladı idi.

Səbəb aydındır. Bu uşaq dərs oxuya bilmirdi. Nəzərə almırdılar ki, o, dislektik də ola bilər. Hərfləri oxuya bilmir, disfraksiyası var idi”.

"Oxumağa çətinlik çəkən uşaqların mütləq bir problemi var. Aşağı qiymət yazmaqla bu, həll olmur”.

"Əgər müəllim bunu tam anlaya bilmirsə, psixoloqa müraciət etsin. Disfleksiyası olan şagirdi aşağılamasaydılar, hər hansı fəndə özünü yaxşı göstərə bilərdi. Bəlkə də bu gün coğrafiyada qatqısı olan insan olardı. Amma hazırda özünə qapanıb və evdə oturub. Müəllimlər disflekleksiya, disfraksiya, diskalkuliyalı uşaqları mütləq nəzər almalıdırlar. Bir uşaq oxumaqda çətinlik çəkirsə, fizioloji, psixoloji amillər rol oynaya bilər.

Sinifdə hansısa uşağın problemi varsa, digər valideynlər də insanlıq xətrinə bunu onun anasına bildirməlidirlər. Təhsil qalxa bilər, amma insanlıq olmasa, emosiyalarımız qurulaşsa, təhsillə birgə hər şeyi itirəcəyik”.
 
 

Psixoloq diqqət yetirilməyən dəhşətləri sadaladı

 





Загрузка...
Həmçinin oxuyun:
Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

“Qiymətləndirmə və  ev tapşırıqları aradan qalxmalıdır” – Ekspertdən sərt etiraz

“Qiymətləndirmə və ev tapşırıqları aradan qalxmalıdır” – Ekspertdən sərt etiraz

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Şagirdləri necə qiymətləndirməli?

Şagirdləri necə qiymətləndirməli?

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ