AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
20 sentyabr 2018
4 427


Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər



 

 
Məktəbyaşlı uşaqlar, xüsusən də azyaşlılar demək olar ki, hər gün  valideynin zəhmi ilə üzləşirlər. Bu, uşaq yaşlardan onların çərçivə içərisində yaşamaları, bəzən isə öz istəklərini boğaraq ifadə etməkdə çətinlik çəkmələrinə səbəb olur. Təbii ki, aşağı yaş dövründən özünü büruzə verən bu hallar gələcəkdə daha böyük fəsadlara yol açır.

Mövzu ilə bağlı AzEdu.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, valideyn zəhmi rayon yerlərində özünü daha çox büruzə verir:

"Bu, insanların özlərini bir-biri ilə rəqabətdə hiss etməsindən irəli gəlir. Hamı özünü təsdiq etmək, fərqləndirmək istəyir. İnkişaf etmiş cəmiyyətlərdə insanlar bir-biri ilə mədəni davranış, mənəvi dəyərlərlə yarışırlar.

Bizdə isə valideynlər yarışır ki, övladım mütləq universitetə qəbul olunmalıdır. Təəssüf ki, Azərbaycanda "mənim övladımın qabiliyyəti nədədir?” fikri arxa plana keçib.  Amma hər kəsdə böyük həvəs var. İstəyir, hamı desin ki, mənim də uşağım tələbə oldu. Bunun üçün evlərində hər şeyi satır, uşaqları isə gecə-gündüz hazırlaşdırırlar”.

"Universitetdə isə nəinki valideyn zəhmini, heç adi maraqlanmanı belə görmürəm”.

"Mən universitetdə tələbələrlə söhbət edirəm. 500-dən yuxarı bal toplayan tələbənin oxumadığını görüb deyirəm ki, sən bacarıqlı olmasan, 500 bal toplaya bilməzdin. Niyə indi oxumursan? Tələbə deyir ki, o vaxt valideynlərimdən qorxurdum. Çox təzyiq edirdilər, düşünürdüm ki, qəbul olunmasam, pis olarlar.  Övladı universitetə girəndən sonra təəssüf ki, valideynlərdə o zəhm, həvəs qalmır. Onların zəhmi orta məktəbin yuxarı siniflərində daha çoxdur.  Bu, xüsusilə də təhsillə bağlı olur. Universitetdə isə valideynlər bu məsələdə rahatlaşırlar. Çünki övladları  artıq tələbə olub və onlar qohum-qonşuların yanında özlərini təsdiq ediblər”.

Sosiloq qeyd edib ki, aşağı yaşlardan formalaşan bu problemin gələcəkdə dərinləşməsi üçün universitetlər şərait yaradır. Tələbə ödəniş edibsə, universitet çalışır ki, onları yola versin: "Universitetdə nəinki valideyn zəhmini, heç adi maraqlanmanı belə görmürəm”.

Sosioloqun sözlərinə görə valideynin hökmranlığı aşağı sinif şagirdlərinə xüsusilə təsir göstərir və gələcəkdə çox pis fəsadlara yol açır:

"Bu səbəbdən şagirdin qabiliyyətləri inkişaf etməyə, potensialını ortaya çıxarmaya bilər. Bəzi uşaqların zehni bir az gec inkişaf edir. 7-ci sinifdən sonra fəallaşan uşaqlar var. Çünki onlar şəxsiyyət olaraq gec formalaşır və potensialları gec açılır. Valideynlər elə etməlidirlər ki, uşaqların potensialı təbii şəraitdə açılsın.

Valideynlər arasındakı yarış bunu xatırladır: bəzən meyvəni yetişməyə qoymur, müdaxilə edib onu tez yetişdirməyə çalışırlar. Nəticədə meyvə kal qalır. Hələ indi bu müdaxilə azalıb”.

Ağlayaraq piano çalan uşaqlar, valideynlərin özünü təsdiqetmə istəyi...

"20-30 il əvvəl vəziyyət daha acınacaqlı idi. Uşaqları az qala döyürdülər ki, musiqi ilə məşğul olmalısan. Hərə də evinə bir piano alıb qoymuşdu. Dəfələrlə uşağın ağlaya-ağlaya piano çalmasının şahidi olmuşam. Uşağın daxilində istək yoxdu, amma valideyn özünü təsdiq etmək istəyir.

Vəziyyət o qədər də ürəkaçan deyil. Böyük maarifləndirməyə ehtiyac var. Bizim televiziyaların qarşısında duran əslində çox böyük vəzifələrdir. Təəssüf ki, televiziya kanalları ucuz şouları bu vəzifələrdən üstün tuturlar. Bu mövzuda maraqlı, reytinq gətirən verilişlər təşkil etmək olar”.

Psixoloq Roza Kazımlı isə qeyd edib ki, bu, bizdəki mental tərbiyə anlayışının fəsadlarıdır:

"Bu, bizim kökümüzdən qaynaqlanır. Onları nənə-babaları necə tərbiyə ediblərsə, eynisini yeni nəslə tətbiq edirlər. Düşünürlər ki, mən döyüldüm, psixologiyam pozuldu ki? Halbuki uşağını döyməsi, yersiz acıqlanması  valideynin psixoloji probleminin olmasından yaranan bir şeydir. Valideynlər heç vaxt öz yanlışlarını görmürlər. Başqa ölkələrdə valideyni tərəfindən döyülən və ya zəhm görən, uşaqların özlərini qorumaq üçün qaynar xətləri var. Uşağa yaxşı davranmasalar, dövlət onu ailədən ala bilər. Çünki ailədə tərbiyə düzgün getmir. Həmişə valideynindən zəhm görən uşağın psixoloji durumu da yerində olmur.

Ümumiyyətlə, bizdə qəribə aqresiya var. Bu, yalnız uşaqlara aid deyil. Aqresiyanı hər yerdə hiss etmək mümkündür. Uşağa maket və ya canlı oyuncaq kimi baxır və düşünürlər ki, onu istədikləri kimi böyütməlidirlər.

Əlbəttə, düzgün övlad tərbiyə edən valideynlər də var. Amma onlar ya oxuyaraq maariflənib, ya da ailədə aqresiya görməyiblər”.

"Bəzi uşaların bu, heç vecinə də olmur. Bəzilərində isə elə travmalar qoyur ki...”

Psixoloq valideynin uşağı yoldaşları ilə müqayisə etməsinin ona vurduğu psixoloji zərbədən danışıb:

"Neçə yaşı olmasından asılı olmayaraq, insan müqayisəni sevmir. Mənə bu yaşda desələr ki, filan psixoloq səndən yaxşıdır, əlbəttə, qəbul etmərəm. Uşaq da elədir.

6 yaşda onun həyatı təlim-tədrisdən ibarət olur. Uşaq özünü uğurlu olduqda yaxşı hiss edir. Heç bir uşaq eyni deyil. Ailədə iki uşaq varsa, valideynin müqayisəsi onlardan birinə yaxşı, digərinə isə pis təsir edə bilər. Bəzi uşaların bu, heç vecinə də olmur. Bəzilərində isə elə travmalar qoyur ki, o, həmişə özünü kimlərləsə müqayisə edir. Həmin uşaq gələcəkdə özü-özünü narahat hiss edəcək. Heç vaxt özünü tapmayacaq. Müqayisəyə görə özünə dost da tapmayacaq. Həmişə özünün kimləsə müqayisə edərək bir obraz yaradacaq. Amma həmin obraz o özü olmayacaq, obrazının simasını başqasında tapacaq  və belə  həyatdan həzz almayacaq”.

"Çox vaxt valideynlər uşağı psixoloqa gətirilər ki, qızdırması var. Hər yerə müraciət etmişik. Amma tutarlı cavab ala bilmirik. Başa düşmürlər ki, uşaqda psixoloji narahatlıq olsa, bunlar heç biri nə EKQ, nə də mrtdə görünməyəcək. Bunların psixoloji olaraq nədən qaynaqlandığını müəyyən etmək olar.

Onlara məsləhət görürəm ki, uşaq 2 yaşına çatdqda pediatrla bərabər psixoloqa da müraciət etsinlər. Uşaqlarını tanımaq istəsinlər. Uşağın psixoloji durumu onun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

3 yaşına qədər uşağa valideyn qadağaları qoyulmamalıdır. Gələcəkdə valideyn haqlı qadağa qoya bilər. Heç kim deyə bilməz ki, valideyn uşağa tərbiyə verməməlidir. Təbii ki, o, avtoritar sistemi 100%-lik tətbiq etməməlidir. Amma valideynlə yanaşı, övlad da öz yerini bilməlidir.

Hər kəs uşağa yanlışları səbrlə başa salmalıdır, zəhmlə yox. Olmaz deməklə bu, mümkün deyil. Valideyn "niyə olmaz”ı izah etməlidir. Çünki bu yaşlarda uşağın məntiqi formalaşmağa başlayır. Məntiqi analiz formalaşana qədər isə bu etapları keçmək mütləqdir. Hər şey səbrlə izah olunsa, uşaqla heç bir problem olmaz. Əgər problem yaransa, artıq burada nevroloji problemlərin olduğunu nəzərə alıb nevropotoloqa müraciət etməlidirlər”.

 

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

 





Загрузка...
Həmçinin oxuyun:
Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”

Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ