AzTehsil.com


Xəbərlər / Müəllim
30 dekabr 2017
3 007


Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”



"Mirzə Cəlilin ucqar dağ kəndində yaşadıqları məni bu yerlərə həvəsləndirdi”.


Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Aztəhsil.com xəbər verir ki, modern.az saytı "Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib. 


Budəfəki müsahibimiz İsmayıllı rayonunun İstisu kəndinin ibtidai sinif müəllimi Şahid Muradlıdır. Təbii ki, layihəmizin bütün qonaqları, bütün müəllimləri maraqlıdır. Amma Şahid müəllimi oxucular üçün daha da maraqlı edəcək iki əlavə səbəb də var: o,  ucqar dağ kəndinə ibtidailərə dərs demək üçün yollanan nadir kişi müəllimlərdəndir.


Həm də Şahid müəllimin balaca şagirdləri ilə həyata keçirdiyi məktəbdə divarları boyama işi sosial şəbəkələrdə müsbət qarşılanmışdı. Gəlin, həmən söhbətə keçək: 


-Əvvəlcə sizi daha yaxından tanıyaq. Necə oldu ki, çalışmaq üçün ucqar dağ kəndini seçdiniz?


-Mən Muradlı Şahid Naməddin oğlu 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. 2015-ci ildə Qafqaz Universitetini bitirdikdən sonra müəllimlərin işə qəbulu imtahanında iştirak edərək,  müəllim adını qazanmışam.


Məni dağ kəndində çalışmağa həvəsləndirən məqamlardan biri tələbə olduğum zaman Cəlil Məmmədquluzadənin həyatından öyrəndiyim xatirə idi. Belə ki, Mirzə Cəlil məktəbə getdiyi zaman yolda onun geyimini palçıqla çirkləndirərək, məktəbdən yayındırmağa çalışırlarmış. O isə geri qayıdaraq, yenidən səliqəli geyimdə məktəbə yollanırmış. Cahillər ordusu bilmirmiş ki, Mirzədən saçılan işığın sirri onun geyimindən öncə beynindən, xalqının gələcəyi üçün ortaya qoyduğu ürəyindən qaynaqlanır. Onun həyatındakı bu kiçik epizod günümüzdə müxtəlif çətinliklərə baxmayaraq, oxumaq eşqi sönməyən ucqar kənd insanının yanında olmağa məni həvəsləndirdi.


-Kəndlə ilk tanışlıq sizdə nə kimi təəssürat yaratdı?


-Buraya gəldiyim zaman kənd ilk olaraq təbiətilə məni heyrətə gətirdi. Ardınca kənd sakinlərinin qonaqpərvərliyi mənə buraları daha çox sevdirdi. Təsəvvür edin, yerli əhali ləzgilər olduğu üçün hər səhər yolda qarşılaşarkən "sabahınız xeyir” dediyiniz tanımadığınız birisi sizə cavabında "sabahın xeyir can” deyir.


-Paytaxtdan kənarda, əyalətdə bir yerə adaptasiya olunmaq, ora uyğunlaşmaq sizə çətin olmadı ki?


-Şəhərdən gəldiyim üçün adaptasiya prosesinin çətin olacağı gözlənilən idi. Ancaq həm kənd sakinlərinin, həm də məktəb kollektivinin istiqanlı münasibəti mənə çox kömək etdi. İlk iş günümdə məktəb direktoru Zamin müəllim və direktor müavini Pərviz müəllimin mənə təkcə təcrübəli müəllim kimi yox, həm də böyük qardaş kimi münasibəti sevindirici idi.


-Ucqar kənd müəllimlərinin ilk günlər əsasən iki problemi olur: məskunlaşacaq əlverişli ev və məktəbə qədər olan məsafə... Əvvəlcə evdən başlayaq...


-Kirayə qalacağım evi tapmaqda direktor kömək etdi. Ev sahibləri isə mənim artıq buradakı ikinci ailəm oldular. Qızlar xala, oğulları Məzahir və Ləyaqət ən kiçik problemdə yanımda olurlar. Bəzən, qapı döyülür, açıram və Qızlar xala bişirdiyi təndir çörəyini nəvəsilə göndərib. Bəzən işdən gec qayıtdığım vaxt, qapı döyülür və isti xörək..


-Siz sosial şəbəkələrdə bir jestinizə görə xeyli təqdir olundunuz- uşaqlarla birlikdə məktəbdə boya işləri görmüsünüz. Bu barədə danışaq.


-Müəllim olaraq dərs prosesi zamanı sinif otağının əlverişli mühiti hər zaman məni düşündürüb. Ölkə müəllimləri və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanan – "Özündən başla” layihəsini də beləcə fikirləşdim. Sinif otağını şagirdlərimlə bərabər boyamağı daha məqbul hesab etdim. Çünki beləcə şagirdlər məktəbin bizim ikinci evimiz olduğunu həqiqətdə hiss edəcəkdilər. Otaqlarını öz dünyalarındakı rəngarəngliyə uyğun boyayaraq, həm əylənəcək, həm də öz işlərinin bəhrəsini özləri qoruyacaqdılar. Belə də oldu. 

Sinfə daxil olarkən uşaqların gözləri də gülür sanki. Sonda isə qarşılaşdığı hər çətinlikdən şikayətlənən, ətrafında olan problemləri qabardan insanlara sosial mesaj vermək istədim. "Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla”.


-İndi keçə məktəbin özünə... Çalışdığınız məktəbdəki təhsil keyfiyyəti, kommunal təminatı, binanın durumu necədir?


-İstisu kəndi İsmayıllı rayonunun şimal-qərbində yerləşir və qışı sərt keçir. Məktəb odun sobaları ilə qızdırılır. Sinif otaqları isə dərsin təşkili üçün uyğundur.


-O məktəbdəki ilk dərs günündən danışın zəhmət olmasa... İlk dərs günlərində baş verən nə kimi maraqlı hadisələri bizə danışa bilərsiniz?


-15 sentyabr və ilk dərs günü… İkinci sinifdə dərsə başlamalı idim. Otağa daxil oldum. Və həmin an… "Salam müəllim”. Dünyanın ən şərəfli adı! Şagirdlərimdən birinin evə yollanarkən qol düyməsini uzadaraq "müəllim, bunu bağlaya bilərsiz?” sualı isə ibtidai sinif müəllimi olaraq hələ çox belə məsum simalarla qarşılaşacağımın siqnalı idi..


-Bizə bir günlük qrafikinizi, gündəlik rejiminizi  danışın... Kənddəki evdə səhər oyanandan gün bitənə qədərki durumu...


-Gündəlik rejimim səhər tezdən oyanıb hazırlığımla başlayır. Ardından məktəbə yollanıram.  Dördüncü sinifdə dərsim başa çatır.  2 saatlıq fasilənin ardından sonra günorta məktəbəqədər hazırlıq qrupunda dərsim başlayır. Ardınca da ev… 


Və yeganə çətinlik çəkdiyim məqam - nahar hazırlamaq… (gülür).  Mətbəx, ev işlərinin ardından səhərki dərsə hazırlıq. Azyaşlılarla dərs prosesinin daha səmərəli təşkili üçün gün ərzində öz üzərimdə çalışıram. Təkcə gündəlik yazmaqla işi bitmiş hesab etmək olmaz. Daim innovativ metodların axtarışında oluram. Və bunun nəticəsində şagirdlərimin dərsə marağını, öyrənmə istəyini artıra bilirəm. Gün kitabxanadan aldığım dünya ədəbiyyatının mütaliəsi ilə başa çatır.


-Yemək, təmizlik, bazarlıq işlərini necə qaydasına salırsınız? Kənd yerlərinə məxsus həyət işlərinə ehtiyac yaranır?


-Həyət işləri ilə demək olar ki, heç məşğul olmuram. Gündəlik qrafikimi sizə sadaladım. Demək olar ki, həyət-bacada hansısa işi görməyə vaxt qalmır. Mənimki ancaq evdə təmizlik işləri aparmaqdır (gülür).


-Məktəbdə şagirdlərin dərsə davamiyyəti və münasibəti sizi nə dərəcədə qane edir?


-Kənddə elmə, təhsilə maraq böyükdür. Vaxtilə bu məktəbi bitirmiş insanlar arasında müxtəlif peşələrə yiyələnmiş şəxslər var. Onlar arasında müəllim və həkimləri xüsusi qeyd etmək istərdim. Dərsə davamiyyət əladır. İlk işlədiyim il çörək almaq üçün mağazaya getmişdim. Şörəyi  dördüncü mağazadan güclə tapa bildim, çox uzaq idi. Mağazanın yaxınlığında sinifdə arxa partada əyləşən iki qız şagirdimi gördüm. Sən demə onlar hər gün bu qədər məsafə qət edib, dərsə gəlirlərmiş... 


Bu yerdə qısa bir haşiyə


"İstər Bakıda, istərsə də bu kənddə təəccüblənirdilər Bakıdan gəlib dağ kəndində işləməyimə... Bəzən məndə də sual yaranırdı: Bacara biləcəmmi burda? Ama birdən şok effekt oldu...


Mən qızların qışın soyuğunda bu narahat yolu necə gəldiklərini fikirləşdiyim anda... birdən yaşıl gözlü qızın "məllim, şeiri əzbərlədim, sabax danışacam” deməsi hər şeyə nöqtə qoydu. Bu uşaqlara nəsə öyrətmədən geri qayıtmayacam...”.


Və… Epiloq…”Özündən başla”


-Gələcək planım şagirdlərimdir. Azərbaycanı elm və mədəniyyət sahəsində daha da güclü edəcək şagirdlər böyütməkdir, bütün məqsədim…


Müsahibənin yeni il ərəfəsinə təsadüf etməsindən istifadə edərək təhsil işçiləri başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Uğurlu il arzulayıram. Layihəmizdə dediyim kimi, Yeni ildə dünyanı rəngarəng etmək istəyiriksə - Özümüzdən başlayaq




Загрузка...
Həmçinin oxuyun:
Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Azərbaycanlı müəllimin bu görüntüləri rekord qırır: Şagirdləri ilə birgə... - VİDEO

Azərbaycanlı müəllimin bu görüntüləri rekord qırır: Şagirdləri ilə birgə... - VİDEO

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

İsmayıllıda dərs keçən gənc müəllimin inanılmaz həyatı: Velo yürüşlər, əsrarəngiz rəsmlər - FOTOLAR

İsmayıllıda dərs keçən gənc müəllimin inanılmaz həyatı: Velo yürüşlər, əsrarəngiz rəsmlər - FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO