AzTehsil.com


Xəbərlər / Müəllim
08 dekabr 2017
2 681


Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”



"Kənd sakini dedi ki, nə qədər ki, müəllimsən, bu evi sənə hədiyyə edirəm” 


Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Aztəhsil.com xəbər verir ki, modern.az saytı "Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz Lerik rayonu Lərmərud kənd orta məktəbinin fiziki tərbiyə müəllimi Seymur İbrahimovdur.


Seymur müəllim Bakıda yaşayıb və Bakıda oxuyub. Bu il müəllimlərin işə qəbul imtahanında müvafiq balı toplayaraq, adıçəkilən dağ kəndinə yollanıb. Gəlin, əvvəlcə özü ilə tanış olaq: 


- Mən İbrahimov Seymur 1995-ci ildə Bakı şəhərində anadan olmuşam, 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Həmin il də imtahanda iştirak edib,  müəllim adını qazanmışam.


Ucqar kəndin gənc müəllimi ilə tanış olduq. İndi də öyrənək ki, niyə məhz bu kəndi seçib? Topladığı bala görəmi, yoxsa, könüllü olaraq bu dağların arasına gəlib:


-Düzdür, o qədər də çox bal yığmamışam, amma çox bal da yığsaydım, yenə də ucqar kənd məktəbini seçərdim. Çünki ucqar kənd məktəbindəki şagirdlərin müəllimə daha çox ehtiyacı var. Kəndə ilk gəldiyim gün məni direktorum Şahvəli müəllim qarşıladı. O mənimlə elə rəftar edirdi ki, sanki rəhbərim yox, mənə doğma olan insandı. Sağ olsunlar, kənd camaatının da hamısı qonaqpərvərdilər. Onlar da məni yaxşı qarşıladılar


Hörmətli oxucu, bir təklifim var: bundan sonra mən sizə mane olmayım. Elə ucqar kəndin gənc müəllimi ilə baş-başa qalıb söhbətləşin. O, sizə hər şeyi danışacaq. Amma biz də çox uzağa getməyəcəyik. Buradayıq və lazım olan vaxtı söhbətə müdaxilə edəcəyik. Amma hələlik, siz ikiniz baş-başa qalın: oxucu, ucqar dağ kəndinin Bakıdan gedən gənc müəllimi.


Uca dağlar başında


- Lərmərud dağ kəndidir. Kənd camaatının dediyinə görə, dəniz səviyyəsindən 800 m yüksəklikdədir. Dörd bir tərəfi meşə ilə əhatə olunub. Hava şəraitindən danışsam, onu deyə bilərəm ki, payızı yola salmamış, artıq qış qapımızı döyüb.


Dağlar qoynundakı "hədiyyəlik” ev… 


-Bakıdan gələndən sonra ev tapmaqda mənə direktor Şahvəli müəllim kömək etdi. Kənd sakini Əlisəfa müəllimin evini mənə məsləhət gördü. Əlisəfa müəllim də dediyinə görə, əvvəllər müəllim işləyib və gənc müəllimlərə əlindən gələn yardımı edir. Əlisəfa müəllimdən kirayə pulunu soruşduqda, o, mənə dedi ki, "bu evi müəllim işlədiyin müddətdə sənə hədiyyə edirəm”. Evin şəraiti qənaətbəxşdir.

 
Fərəh yağıntısı… Unudulmuz gün

-İlk dərs günündə  yeni işə qəbul olan gənc müəllimlərin  andiçməsi keçirildi. Müəllim andını yerinə yetirdikdən sonra məni qarşılayacaq ilk sinifimə girdim. İlk dərs keçdiyim sinif beşincilər oldu. Sinifə daxil olanda çox həyəcanlı idim: o an gəlib çatdı… Sinifə girdim və "salam, uşaqlar!” dedim… Onlar da cavabında "salam, müəllim!” dedilər.  Bəzi müəllimlərə bu adi salamlaşma kimi gələ bilər, amma mənim üçün bu, hər şey demək idi. Həmin an necə deyərlər, "dünyalar mənim olmuşdu”.  Çünki mən illərdi arzuladığım müəllimlik həyatına qovuşmuşdum.

Buranın məktəbi

-Məktəbi görməzdən qabaq fikirləşirdim ki, görəsən, ucqar dağ kəndində necə bir təhsil ocağı olacaq ki, mən orda dərs keçəcəm?! Məktəbi gördükdən sonra düşündüklərimin əksi ilə qarşılaşdım. Məktəb binası yeni tikilib. Təmiri də  qənaətbəxşdir; digər ucqar məktəblərin vəziyyəti ilə müqayisədə olduqca yaxşıdır.

Burada söhbətə müdaxilə etməli olacağam. Deməli, müəllimlə, yaşadığı ev, işlədiyi məktəblə tanışlıqdan sonra birbaşa onun tədris etdiyi predmetdən söhbət açırıq. Bir məlumatı da deyək ki, Seymur İbrahimov həm də cüdo üzrə məşqçi kimi çalışıb. Ara-sıra həmin məşqləri uşaqlara da öyrədir. Amma əsas diqqəti təbii ki, metodiki fiziki tərbiyəyədir. Ürəyi doludur; bu barədə nə sual versən, həmən ətraflı danışmağa hazırdı. Dediyinə görə, məktəbin idman zalında heç bir avadanlıq olmayıb. Hamısını özü təşkil edib. Amma narazı qaldığı səbəblər də var:

-Məktəbdə idman zalı var, amma  avadanlıqlar yoxdur. Avadanlıqlar yoxdursa, bu o demək deyil ki, mən dərs keçməyəcəm. Özüm toplar, şahmat dəstləri və s. idman avadanlıqları təşkil etmişəm. Bizə avadanlıqlar olmadan da necə dərs keçəcəyimizi akademiyada öyrədiblər. Amma avadanlıqlar olsaydı, lap əla olardı.

Amma biz yenə də dərsimizi keçirik. Deyək ki, dərsə başlayarkən, isinmə hərəkətləri etmək lazımdır. Məlumdur ki, bunun üçün avadanlığa ehtiyac yoxdur. Əgər dərsimiz yuxarı ətraf əzələlərinin inkişaf edirilməsidirsə, bizə turnik lazımdır. Yox, əgər turnik də yoxdursa, bunu başqa hərəkətlərlə də əvəz etmək olar. Məsələn, qolların-bükülüb açılması hərəkətini etməklə bunu əvəzləyə bilərik. Hər nə qədər əvəzləmə etmək olarsa da , yenə də avadanlıq zəruridir.

Amma çox heyf ki…

-Amma təəssüf ki, fiziki tərbiyə fənninə çox insanlar, hətta təəssüflə deyərdim ki, çox müəllimlər biganə yanaşır. Lakin bu, belə deyil! Deyərdim ki, uşaqların fiziki tərbiyə fənninə ehtiyacı çoxdur. Bəzən, görürsən ki, uşaqlar dərsdən evə gəlir, lakin dərs oxuya bilmir və ya ardıcıl 3-4 dərsə girdikdən sonra yorulurlar. Niyə? Çünkü uşaq gün ərzində yığdığı kalorini itirmir və beləcə, fikirlərini dərsə yönəldə bilmirlər. Uşaqların o kalorini xərcləməyi üçün fiziki tərbiyə fənninə ehtiyac var. Bu səbəbdən, deyərdim ki, digər fənn müəllimləri biz fiziki tərbiyə müəllimlərinə ona görə təşəkkür etməlidilər ki, uşaqları idman elətdirərək, özündə topladığı artıq enerjini və beyinlərindəki yorğunluqları aradan qaldırırıq və bunun sayəsində həmin fənn müəllimlərinin dərslərini mənimsəyirlər. Ən əsası da bizə sağlam nəsil lazımdır. Bunun üçün fiziki tərbiyə dərsinin tədrisi zəruridir.
 
Yeni metodlarla dərs

-Mən çalışıram ki, dərsimi proqram əsasında quram. Amma bəzən, bu alınmır, görürsən ki, uşaqlar həddən artıq yorulublar və bu yorğunluqları aradan qaldırmaq üçün proqram hər zaman köməyə gəlmir. Bunun üçün uşaqlara estafet oyunlar təşkil edirəm. Estafet oyunlar həm uşaqları əyləndirir, həm də fiziki göstəricilərini artırır. Mən özüm estafet oyununun keçirilməsində fərqli metod yaratmışam.
Deməli, estafet oyunları ilə yanaşı, həm də, uşaqlara idmanın nəzəriyyəsindən də suallar verirəm. Bu metod sayəsində uşaqların həm fiziki göstəriciləri, həm də idman haqqında dünyagörüşləri artır.

Burada mütləq bir haşiyəyə çıxmalıyıq. Deməli, gənc müəllimin çalışdığı Lərmərud ucqar dağ kəndidir. Xüsusən də qış aylarında oradan harasa getmək xeyli çətindir. Bunu yalnız "Niva” və "UAZ” markalı maşınlarla etmək olar. Bu səbəbdən də yerli əhali bazarlığı ən yaxşı halda ayda bir dəfə edə bilir. Şəxsən o mənzərənin şahidi olduğum üçün Bakıdan gedən gənc müəllimdən məhz bu barədə soruşuram. Çünki bilirəm ki, oraların yolları,  qar yağandan sonrakı vəziyyəti, istiliklə bağlı mücadilələri necədir…

-Biz öz azuqəmizi 3 aydan bir alırıq. Məlum məsələdi, dağ yeridi, bura ancaq "Niva” tipli maşınlar qalxır və gediş-gəliş haqqı olduqca bahadır. Buna görə də məcbur qalıb, 3 aydan bir bazarlıq edirik. Odunları isə qonşu kənddən Ədalət əmi gətirir və buna görə biz Ədalət əmiyə 130 manat pul ödəyirik . Mən buna qarşıyam, meşələri qırmaqdansa, qaz çəksinlər kəndə. Onu da vurğulayım ki, bizim kəndə qaz 2017-ci ildə çəkilməli idi, amma  nədənsə təxirə saldılar. Qaz stansiyası bizim kəndin üstündədi; haradasa 3 km yuxarıda.  Amma bura qaz çəkmirlər. Maraqlıdır, meşəni qırmaq yaxşıdır, yoxsa, yeraltı sərvətdən istifadə etmək?!

Bulaq suyu, dağ havasından yoğrulanlar - Oraların insanları…

-Mən həmişə demişəm: bu kəndin insanları fiziki cəhətdən çox güclüdülər. Özüm fiziki tərbiyyə müəllimi olduğum üçün birinci insanların fiziki durumu gözümə dəyir. Deməli, bir gün zaldayam, qapı açıldı və içəri yaşı 60-dan çox olan məktəbin təsərrüfat işçisi Nəbi dayı daxil oldu . Nəbi dayı salamsız-kəlamsız hücum çəkdi kanata - idman kəndirinə. Kanatdan yapışıb düz axıra kimi qalxdı. Gözlərimə inanmadım. Mən müəllimlik həyatımdan əvvəl məşqçi işləmişəm. Heç bir yetirməm Nəbi dayı kimi kanata qalxmamışdı.
 
Yeri gəlmişkən…

-Yeri gəlmişkən onu da deyim ki, mən məktəbə gələndə zal tamam boş idi. Mən gəldikdən sonra zala 40 ədəd tatami (idman döşəyi) gətirmişəm. Bu döşəyləri mənə verdiyinə görə Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi, cənab Natiq İsaqova borcluyam. 

Bərbad yollar

-Burada yollar bərbaddır. Bəlkə də kənd camaatı üçün bu yol ipək yoludur, amma mən asfaltda böyüyən bir adam kimi deyə bilərəm ki, yol bərbaddır. Deyirlər, insan torpaqdan əmələ gəlib. Daha bu yazıq insan torpaqdan əmələ gəlibsə, o demək deyil ki torpaqdan da ayrılmasın?! Yayda torpaq, payız və qış aylarında isə palçıq! Bir insan nə qədər palçıq görər?! Deyiblər, yol mədəniyyətdir, əgər yol mədəniyyətdirsə, kənd camaatına da bu mədəniyyətdən bir pay verilməlidir!
Amma məktəbdə  istilik məsələsi daimidir. Sağ olsun, Şahvəli müəllim məktəbi heç vaxt odunsuz qoymayıb.

Amma…

-Amma yol nə qədər problemli də olsa,  dərsə davamiyyət əladır. Demək olar ki, hamı dərsə gəlir. Məsələn, elə bu gün təqribən 20 sm qar yağmışdı. Yenə də uşaqlar gəlib, ən axırıncı saata kimi sinifdə otururlar. Məktəbdə qızlar oğlanlardan çoxdur və hamısı da dərsə vaxtında gəlirlər, hamısı dərsə  ciddi yanaşırlar.

"Tolişə zivon”

-Məktəbdə dil problemi yaşanmır. Rəhbərliyin qəti tapşırığı var ki, hamı Azərbaycan dilində danışmalıdır. Amma kənddə hamı "tolişə zıvon” (gülür).

Ümumiyyətlə, bu kənd çox ziyalı şəxsiyyətlər yetişdirib. Mən hələ rastlaşmamışam, nə də eşitməmişəm ki, qızları məktəbdən əvvəl ərə versinlər. Ya da buna bənzər naqis məsələlərin şahidi olmamışam. 

Yavaş-yavaş söhbətin sonuna gəlirik. Sonda Seymur müəllim aldığı maaşdan və onun təminatını ödəyib-ödəməməsindən, bir də özünün gələcək planlarından  danışır:
 
-Mən əgər o vakansiyada verilən saatla razılaşıb gəlmişəmsə, gileylənnəyə haqqım yoxdur. 348 manat maaş alıram. Maaşlarda bir gün də olsun, gecikmə olmayıb.

Kənd yerində o qədər də pul xərclənmir. Hələlik, tələbatlara  imkan çatır, amma necə deyərlər, gələcək üçün yığmağa pul qalmır. İnşallah, müəllimə daha çox dəyər verərlər və  bizlərin də maaşın artırarlar.
Hər şeyi zaman göstərəcək. Mən hara üçün lazımamsa, bu dəqiqədə ordayam. Və gələcəkdə hara üçün lazım olacağamsa, elə orada da olacağam.

Müsahibəni bitiririk. Amma ucqar dağ kəndinin kiçik evindəki gənc müəllimləri gələcəkdə yenə də xatırlamağı düşünürük. Hansı ki, onlar üç aydan bir bazarlıq edir və qızınmaq üçün oduna xeyli pul verirlər…

Gələcəkdə biz xatırlamasaq da belə, bu dağlar onları heç zaman unutmayacaq!




Загрузка...
Həmçinin oxuyun:
Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki...

İsmayıllıda dərs keçən gənc müəllimin inanılmaz həyatı: Velo yürüşlər, əsrarəngiz rəsmlər - FOTOLAR

İsmayıllıda dərs keçən gənc müəllimin inanılmaz həyatı: Velo yürüşlər, əsrarəngiz rəsmlər - FOTOLAR

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Saatlının gənc müəlliməsi ilə müsahibə

Saatlının gənc müəlliməsi ilə müsahibə