Xəbərlər
25 aprel 2017

Saatlının gənc müəlliməsi ilə müsahibə

Saatlının gənc müəlliməsi ilə müsahibə

 

Saatlı rayon Novruzlu kənd ümumi orta məktəbdə tarix fənnini tədris edən gənc müəllim Gülər Məmmədli 2016-cı ildə müəllimlərin işə qəbul imtahanında 52 bal toplayaraq  Saatlı rayon Novruzlu kənd ümumi orta məktəbinə tarix müəllimi təyin olunub. 
 
-Gülər müəllimlə söhbət edib peşəsi haqqında düşüncələrini öyrənmək üçün ona bir neçə sual ünvanladıq. 
 
-Peşənizi sizə ən çox sevdirən nədir?
 
-Şagirdlərimin məni sevməsi, güvənməsi və onları öyrətmək mənim üçün fərqli və gözəl hissdir. Amma məni çox narahat edən məqamlar da olur. Bəzi valideynlər övladlarının, xüsusilə də qızların təhsilinə ciddi yanaşmırlar. Qızlarımızın təhsilininə daha ciddi fikir verilməlidir. Çünki hər bir qız gələcəyin anasıdır. Övladı isə yalnız savadlı ana tərbiyə edib düzgün yetişdirə bilər.
 
-Bəs bu problemin həlli yollarını nədə görürsünüz?
 

Saatlının gənc müəlliməsi ilə müsahibə

 

-Düşünürəm ki, bu istiqamətdə valideynləri davamlı şəkildə maarifləndirmək lazımdır. Bunun üçün ən yaxşı üsul da televiziyadır. Doğrudur, hazırda "Təhsil TV" fəliyyət göstərir. Bu da həqiqətdir ki, mariflənməyə daha çox ehtiyac duyulan kənd yerlərində internet üzərindən televiziyalara baxılmır. Amma kabel televiziyası olarsa və yalnız təhsil haqqında xəbərlər, proqramlar efirə verilərsə, bu maariflənmə prosesində böyük irəliləyişlərə səbəb olacaq.
 
-Tədrisin keyfiyyətini yüksəltmək üçün daha nələr etmək lazımdır?
 
-Hazırda bu sahədə bir çox layihələr həyata keçirildiyini bilirəm. Daim sosial şəbəkələrdə izləyirəm. Gələcəkdə istəyərdim ki, bütün siniflər interaktiv lövhələrlə təchiz olunsun. İnteraktiv lövhələr həm şagirdlər üçün maraqlı olar, həm də tədrisin keyfiyyətini yüksəldər. 
 

Saatlının gənc müəlliməsi ilə müsahibə

 

 -Şagirdlərə tarix fənnini sevdirməyi bacarırsızmı?
 
-Təbii ki, bacarıram. Mən onlara vətənimizin, dünyanın qədimdən indiyədək olan tarixini öyrədirəm. Daha bir istəyim var ki, şagirdlər üçün xüsusi ekskursiyalar təşkil olunsun və məktəblilər respublikamızın tarixi abidələrini, muzeylərini, tarixi şəhərlərini canlı olaraq görsün. Sözsüz ki, bu şagirdlərdə tarix fənninə olan marağı daha da artırar. İnanıram ki, gələcəkdə bu layihə də həyata keçiriləcək.
 
-Sonda müəllim həmkarlarınıza, şagirdlərə nə demək istəyərdiniz?
 
-Sonda fikirlərimi Həsən bəy Zərdabinin sözləri ilə bitirmək istəyirəm: "Uşaqlar millətin ümidləridir və bunu bilin ki, Avropa əhlinin bir məsəli var ki, deyir millətin gələcəkdə xoşbəxt, ya bədbəxt olmağına bais uşaqların əvvəl yaxşı, ya yaman tövr ilə əlifbəyi oxumağıdır". Gələcək nəslin sağlam düşüncəli, xoşbəxt olmasını təmin etmək üçün gəlin təhsilimizin səviyyəsini daha da yüksəldək.
 
Xalid Nəciyev(Saatlı-Sabirabad təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)


Загрузка...
loading...