AzTehsil.com


Xəbərlər / Ekspert
31 avqust 2017
10 932


Kurikulumun nə olduğunu başa düşən var?



 

2008-2009 - cu tədris ilindən  birinci siniflərdə Azərbaycanda kurikulum tətbiqinə başlanılıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır. Bəs görəsən valideynlər kurikulum sistemindən razıdırmı?

 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, kurikulum sistemi dünyanın bir çox ölkəsində tətbiq edilir.

"2009-cu tədris ilindən etibarən Azərbaycan ümumtəhsil məktəbləri yeni təhsil strategiyasına - kurikuluma keçdi. Kurikulumun konsepsiyası ondan ibarətdir ki, buna qədər fakt yönümlü tədris həyata keçirən təhsil müəssisələri, artıq şəxsiyyət yönümlü tədris üzərində iş qurdular. Yəni buna qədər ancaq əzbərçilik üzərinə qurulan tədris praktika üzərinə qurulmalı idi. Təəssüflər olsun ki, geridə qalan müddət ərzində kurikulum standartları nə təhsil müəssisələrimizdə müəllimlərimiz, nə də mütəxəssislərimiz tərəfindən yüksək mənimsənildi. Belə ki, kurikulum əvvəlcə dərsliklər vasitəsi ilə çatdırılmalı idi bizim şagirdlərimizə.

 

Lakin kurikulum standartlarında verilən dərsliklər standartın tələblərinə cavab vermir. 4530 təhsil müəssisəsində çalışan 150 mindən çox müəllimin çox cüzi faizi kurikulumu öyrənə bildi. Kurikulum dünyada qəbul edilmiş təlim üsullarından biridir, bir çox üstünlükləri var. Şagirdlər təkcə nəzəri biliyə yox, eynilə əldə etdikləri biliklərin praktikada tətbiqini bu vasitə ilə öyrənirlər. Bunun kifayət qədər üstünlükləri var və dünya təhsil sistemində ən uğurlu konsepsiyalardan biridir. Təəssüfləndirici hal ondan ibarətdir ki, bizim cəmiyyətimiz yeniliyi vaxtında qəbul etmir”.

 

Əməkdar jurnalist Ləman Ələşrəfsızı bildirib ki, kurikulum sistemi Azərbaycana  təhsilsizlikdən başqa heç nə vermədi.

 

"Mənim oğlum birinci sinfə gedəndə kurikulum sistemi tətbiq edilib. Düzdür 1-ci sinifdə yaxşı oxudu, amma sonrakı 3 il ərzində 2 dəfə uşağımın sinfini, 1 dəfə də məktəbini dəyişdim. Axırda gətirdim 9 nömrəli orta məktəbə dəyişdim. Çünki məktəbdəki müəllimə yaşlı idi, özü etiraf etdi ki, özü kurikulum sistemini bilmir.

 

Mən onda başa düşdüm ki, kurikulum sistemi bizə hazırlıqsız şəkildə gətirilib. Bizim müəlimlərimizi, cəmiyyətimizi buna hazırlamadılar. Kurikulum bizim uşaqlarımızın evini yıxdı. Mən bunu jurnalist kimi yox, valideyn kimi deyirəm. Bu azmış kimi indi də indi də testin ləğvi ilə bağlı məsələlər gündəmə gətirilir. İndi mənim oğlum 10-cu sinfə keçir, mən onun  dərdini çəkirəm ki, bu uşağı iki ildən sonra hara yönəldə biləcəyəm? İndi fikirləşirəm ki, uşağı hansı xarici universitetdə oxuda bilərəm. Bunların məqsədi Azərbaycanda savadsız nəsil yetişdirməkdir. Fevral ayında verilən imtahanlar göstərdi ki, Azərbaycanda riyaziyyatdan verilən imtahanların nəticələri sıfır qiymətləndirildi və heç kim bunu səsə salmadı. Təhsil Nazirliyi bunun üstünü örtməyə başladı.

 

Bu ona görə belə oldu ki, uşaqları 9 ildə qapalı testə öyrədiblər, amma sınaq imtahanında açıq test oldu. Bu uşaqların tamamilə savadsız olduğu ortaya çıxdı. Hamının güvəndiyi təhsil idi, amma indi qalmışıq çarəsiz, görək bu məsələlərin sonu necə olacaq”. 




Загрузка...
Həmçinin oxuyun:
"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT  etməlidirlər !

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !

TƏKLİF - BSQ-lər Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılmalıdır

TƏKLİF - BSQ-lər Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılmalıdır

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

Mən məzuniyyətdə ola ola yerim vakant verilib