AzTehsil.com


Xəbərlər
22 avqust 2017
3 188


Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...



 
 
 

 

Müsəlman ölkələrində, o cümlədən Azərbaycanda ailələr daha çox oğlan uşaqları arzulayırlar. Ailədə dalbadal iki qız uşağının dünyaya gəlməsi az qala fəlakət həddinə çatdırılır. Axı bu oğlan uşaqlarının qızlardan hansı üstün cəhətlər var ki, onlara daha çox üstünlük verilir?.. İlk dəfə olaraq 2013 – 2014-ci tədris ilindən etibarən MİQ-dən işlədiyim məktəbə gənc müəllim kadrlar təyinat almağa başlayıblar. Ardıcıl olaraq iki tədris ili ərzində iki gənc müəllimə kollektivimizə qatıldı. Bunların gəlişi kollektivimizə yeni rəng və təravət qatdı. Şübhəsiz ki, gələn yeni kadrlar tam fərqli xüsusiyyətlərə malik idilər. İxtisasları üzrə kifayət qədər biliklərə malik, fəal təlimin forma və xüsusiyyətləri üzrə daha çevik bacarıqlara malik olmaq nöqteyi-nəzərindən bu kadrlar mənim üçün sanki, göydəndüşmə idi. Bu kadrları həvəsləndirmək, onlara yeni stimul verməkdən ötrü nəsə bir şey etmək lazım idi. Direktorumuzla razılaşandan sonra məktəbdə yaşlı nəsil müəllimlərinin açıq dərslərini təşkil etmək qərarını verdik. Məqsəd ondan ibarət oldu ki, gələn gənc müəllimlər yaşlı müəllimlərin dərslərini dinləyirlər və dərs bitdikdən sonra özlərinin tənqidi mülahizələrini söyləyirlər. Qəribə və həm də maraqlı bir şey alındı. Təsəvvür edin təcrübəli müəllim, lakin onun üçün yeni olan fəal təlim metodları. Digər tərəfdən isə yeni kadrlar, lakin fəal təlim metodlarını bizdən yaxşı mənimsəmiş gənc müəllimlər.... Direktorla belə danışdıq ki, obyektivlik naminə gənc müəllimlər əvvəl qoy biz ikimizin dərsini dinləsinlər, sonra isə sıravi müəllimlərin. Direktorumuz əvvəlcə razılaşmasa da, sonradan razılıq verdi...Gənc müəllimlərə xüsusi tapşırıq verdim ki, güzəşt söhbəti ola bilməz. Dərsləri dinləyirsiniz və gördüyünüz bütün çatışmayan cəhətləri, qüsurları çılpaqlığı ilə deyirsiniz..Və başladıq, nə başladıq..Birinci özümdən başladılar, sonra direktordan, axırda sıravi müəllimlərdən. Bunun üçün xüsusi qrafik tərtib etdim və bütün tədris ili ərzində bu proses davam etdi. Təsəvvür edirsinizmi bu gənc kadrlar məni və direktoru necə tənqid edirdilər, nə yemisən turşulu aş..Gözəl də effekt verdi. Bu müəllimlərdən biri sinif müəllimi idi. Təsəvvür edirsinizmi bir ildən sonra bu sinif müəllimənin sinfi digər siniflərdən yaxşı tərəfə köklü sürətdə fərqlənirdi. Heyhat...Əfsuslar olsun... Üstündən iki il keçir...Və bu gənc kadrlar əlimizdən çıxır..Hər ikisi ailəli olduğundan analıq məzuniyyətinə yollanırlar... Gənc analar bizim canımız və qanımızdır...Lakin Allah onlara insaf versin ki, əzab əziyyətimiz getdi badə...Barı ailə "problem”lərinizi qaydasına qoyub, sonra məktəbə gəlin... Keçən tədris ilində MİQ-dən bir oğlan "uşağımız” "dünyaya gəldi”...Onu heç kimə verməyəcəyik...
 
Cəmaləddin Əlizadə
Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini



Загрузка...
Həmçinin oxuyun:
Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Saatlının gənc müəlliməsi ilə müsahibə

Saatlının gənc müəlliməsi ilə müsahibə

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

İbrətamiz hekayə - Daş

İbrətamiz hekayə - Daş

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"