AzTehsil.com


Xəbərlər / Orta ixtisas
25 avqust 2018
6 076


“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA



 

"İşlə təmin edə bilmir və primitiv təhsil veririksə, kolleclərin heç bir mənası yoxdur. Ümumiyyətlə, kollec və texnikumları ləğv etmək lazımdır. Onlar öz rollarını XX əsrdə oynayıb bitiriblər”.

Aztehsil.com xəbər verir ki, bu sözləri AzEdu.az-a təhsil məsələləri üzrə mütəxəssis Allahverdi Eminov deyib. O, kollec məzunlarının universitetlərə imtahansız qəbulu məsələsindən danışarkən bildirib ki, bu qayda əvvəl də var idi:

"Sonradan bu qərar ləğv edildi. Hərhalda kollec məzunlarının seçdikləri sahə ilə bağlı bilikləri orta məktəb bitirənlərdən artıqdır.         Buna görə də onların ali məktəbə imtahansız qəbulu məqsədəuyğundur. Bu mülahizəni kim irəli sürübsə, çox düzgün addım atıb. Məsələn, bir nəfər kollecdə müəllimlik ixtisasını  bitirib, digəri isə orta məktəbi. Sizcə onların hansı universitet üçün daha faydalı olar? Hərhalda kollec oxuyanın pedaqogika haqda məlumatı var. Təbii ki, onun qəbul olunması gələcəkdə yaxşı müəllim olmasına dəlalət edir”.

Onun sözlərinə görə, kollec müasir dövrün rəqabətinə uyğun deyil:

"Düzdür, hazırda kolleclərin vəziyyəti heç də ürəkaçan deyil. Mən Bakı Pedaqoji Kollecində, İxtisasartırma İnstitutunda çalışmışam. Bizə abituriyentlər müraciət edirdi. Görürdüm ki, elementar anlayışları belə yoxdur. Soruşurdum ki, kollecdə necə qiymət alırdın? Təbii ki, mən bunları heç də hamıya şamil etmirəm.

Mən ad çəkmirəm. Amma ən məşhur kolleclərdə belə vəziyyət yaxşı deyil. Onlar savadlı kadr hazırlamırlar. Ümumiyyətlə, kollec və texnikumları ləğv etmək lazımdır. Onlar artıq öz rollarını oynayıblar. İndi nə qədər özəl universitetlər var.

Şirvanda səhv etmirəmsə, 3000-dən artıq kollec tələbəsi var. O məzunların nə mənası var? Bu qədər məzun var, amma təyinat verilmir. Onlar məzun olub iş tapa bilmirlər. Çünki kollec müasir dövrün rəqabətinə uyğun deyil. Bu formalizmdən qurtulmaq lazımdır. Kolleclər özlərini doğrultmurlar. Çox bölgədə kolleclər açılıb. Bir buraxılışdan 1-2  peşəkar müəllim çıxar, ya çıxmaz. Texnikumlar öz rollarını XX əsrdə oynayıb bitiriblər”.

 Kolleclərin kifayət qədər güclü kadr hazırlamadığını deyən ekspert bildirib ki, yeni qaydaların universitetlərin reytinqinə mənfi təsir göstərəcəyinə də inanmır:

"Universitetə imtahansız qəbul olunub yaxşı oxuyacaq tələbələr də var. Düşünmürəm ki, bu, universitetlərin reytinqinə mənfi təsir göstərər. Kolleclər tələbəni yaxşı hazırlayırsa, o, universitet üçün yararlı kadrdır. Mən seminar aparıram. Görürəm ki, bəzi kollec tələbələri çox aktivdir və pedaqogikadan məlumatları var. O, universitetə qəbul olunub daha savadlana bilər.

Təhsil müəssisəsi  yaxşı kadr hazırlamayandan sonra həmin kadrın akademiya və ya kollec bitirməsinin heç bir fərqi yoxdur”.

O qeyd edib ki, kolleclərin ömrü bitib və onlar ləğv olunmalıdırlar. Kadra ehtiyac yoxdur.

"Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! Kollec və universitet bitirən müəllimi müqayisə  edin.  Görəcəksiz ki, hamı ali təhsilli müəllimə üstünlük verir. Bundan böyük hansı faktor istəyirsiz?

Vaxtilə kadra ehtiyac çox olduğuna görə kolleclər kütləviləşdi. İndi isə belə deyil. Direktor dərs saatlarını bölə bilmir. 18 saat dərs var, iki ali təhsilli müəllim. İkisi də kollec bitirib gəlsə, dərs saatları necə bölünsün?!

Mən 4 il Salyan Müəllimlər İnstitunun direktoru işləmişəm. Bizdən 20 kilometr aralıda isə kollec açıldı.  Ordakı uşaqların sayı 3000-i keçmişdi. Halbuki institutda heç 200 tələbə yığılmadı. Rəhbərlik o potensial gücü elə institut filialının üstünə qoysaydı, yaxşı kadr hazırlamaq olardı. İşlə təmin edə bilmir və primitiv təhsil veririksə, kolleclərin heç bir mənası yoxdur”.



Загрузка...
Həmçinin oxuyun:
“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

"Tələbədən belə neqativ ictimai rəyi kənarlaşdırmaq lazımdır..."EKSPERT RƏYİ

"Tələbədən belə neqativ ictimai rəyi kənarlaşdırmaq lazımdır..."EKSPERT RƏYİ

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır

Saxta diplomla işləyən 2000-dən çox müəllim var.

Saxta diplomla işləyən 2000-dən çox müəllim var.

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Nazir daha üç kolleci birləşdirir

Nazir daha üç kolleci birləşdirir

"Plan yerlərinin artırılmasındansa gənclərin məşğulluğu üçün iş görmək lazımdır"

"Plan yerlərinin artırılmasındansa gənclərin məşğulluğu üçün iş görmək lazımdır"

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

“Məktəbdə mütəxəssislər yox, ancaq pedaqoji kadrlar dərs deməlidirlər”- Professorlar nədən narazıdır?

Məleykə Abbaszadə orta təhsillə bağlı dəhşətli faktlar açıqladı

Məleykə Abbaszadə orta təhsillə bağlı dəhşətli faktlar açıqladı

“Mental”, “mentalitet”, yoxsa “etiket”, “epitet”... -Ekspert təhsilin keyfiyyətindən gileyləndi

“Mental”, “mentalitet”, yoxsa “etiket”, “epitet”... -Ekspert təhsilin keyfiyyətindən gileyləndi

Məleykə Abbaszadə: "Ən pis vəziyyət Sabirabad və İmişli rayonlarındadır"

Məleykə Abbaszadə: "Ən pis vəziyyət Sabirabad və İmişli rayonlarındadır"

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?