AzTehsil.com


Xəbərlər / Orta ixtisas
25 avqust 2018
2 518


"Tələbədən belə neqativ ictimai rəyi kənarlaşdırmaq lazımdır..."EKSPERT RƏYİ



 

"Ən başlıcası, elmi planlama olmalıdır. Onda məlum olacaq ki, sırf  hansı sahədə kollec bitirənlərə ehtiyac var. Bu kimi elmi təhlillər aparılsa, kollec bitirənlərin yeri də məlum olacaq”.

Aztehsil.com-un məlumatına görə, bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq, professor Əhməd Qəşəmoğlu deyib. O, formal kollec təhsilinin cəmiyyətə verdiyi fəsadlardan danışarkən, bal faktoruna görə əlacsız qalıb, digər sahələrin mütəxəssisi olanların ölkəyə zərbə vurduğunu da qeyd edib:

"Əvvəlki qaydalara əsasən, kolleclərə ayrıca qəbul keçirilirdi. İnsanlar öncədən bilirdilər ki, kollecə hazırlaşıb, o istiqamətdə fəaliyyət göstərəcəklər. İndi isə kollec təhsilini seçənlərin çoxu universitetə balı çatmayan abituriyentlərdir. Onlar özlərini bədbin hiss edir və balı istədiyi ali təhsil müəssisəsinə çatmadığına görə etinasız olurlar. Mən dərs dediyim auditoriyada da balı çatmadığına görə dərsini oxumayanların şahidi oluram. Əlacsızlıqdan kollecə qəbul olunanların arasında da elələri var ki, düşdükləri situasiyanı qəbul edir və oxuyurlar. Bir qismi isə oranı özünə sığışdırmır və təhsil müddəti bitənəcən kolleci etinasızlıqla yola verirlər.

Ümumiyyətlə, bu gün Azərbaycan təhsil sistemində bu faktor yaddan çıxıb. Düşünmürlər ki, insanları həqiqi peşəkar kimi hazırlamaq lazımdır. Bu məsələnin belə arxa plana keçməsi çox  qorxuludur.  Bal azlığına görə təhsil müəssisəsinə qəbul olunanların əksəriyyəti ödənişli oxuyurlar.  Ödənişli əsaslarla təhsil aldığına görə rəhbərlik pis oxuyan tələbəni belə xaric etmir. Beləcə, bir müddət sonra həmin təhsil müəssisəsini bitirirlər. Mən onların diplomunu nəzərdə tutub deyirəm ki, o, diplom deyil, sizin yalnız təhsilhaqqı ödəməniz haqda qəbzdir. Kollecdə əlacsızlıqdan oxuyanlar da eynilə...
 

 

Kolleclərinin hamısını pisləmək də doğru deyil. Orada normal şəkildə bilik alan və təhsilə həvəs göstərənlər də var. Amma ümumiyyətlə, balı arzuladığı universitet üçün kifayət etmədiyinə görə abituriyentlərin istəmədiyi ixtisas və təhsil müəsssisəsinə düşmələri böyük fəsadlar verməkdədir. Bu, gənclərdə təhsilə olan etinasızlığı artırır”.

Sosioloqun sözlərinə görə, artıq tələbələrdə  müəyyən neqativ rəylər formalaşıb:

"Təəssüf ki, bizdə uğur qazanmaq çox vaxt insanın savad və fəaliyyət keyfiyyətindən asılı olmur. Həmişə tələbələrimə deyirəm: "yaxşı oxuyun ki, uğur qazanasız”. Onlarsa cavab verirlər ki, "axı, uğur qazanmaq yaxşı oxumaqdan asılı deyil. Hansısa əyri yolla quracağım münasibət məni daha çox uğura yaxınlaşdıra və yaxşı işlə təmin edə bilər”. Bu, Azərbaycan təhsili üçün ciddi problemdir. Təbii ki, doğrudan da çox yaxşı oxuyub sonda uğur qazananlar da var. Amma təəssüf ki, artq tələbələr arasında bu fikir formalaşıb. Çalışaq ki, kollec və ya universitet bitirməsindən asılı olmayaraq tələbədən belə neqativ ictimai rəyi kənarlaşdıraq. Doğrudan da onlar inansın ki, savadlı kadrı axtaranlar olur. Bu sahədə maarifləndirmə işlərinin aparılmasına  ehtiyac var.

Tələbənin hansı kollecdə təhsil almasından da çox şey asılıdır. Bəzi kolleclərin müdavimlərinə müəyyən işlər var. Məsələn. Tibb kolleclərini bitirənlərin  tibb bacısı kimi çalışmaq imkanları var.  Amma pedaqoji kolleci bitirənlər çətinliklə iş tapırlar. Çünki ali təhsil diplomu ilə çalışan müəllimlər daha çoxdur.Yəni, bu, həmin kolleci bitirənlərə cəmiyyətdə nə dərəcədə ehtiyac olmasından asılıdır”.

"Azərbaycan təhsil sistemində elmi şəkildə planlaşma işləri aparılmır. Faciə də elə buradan başlanır...

İndi mütəxəssisləri təxmini belə hazırlayırlar: Kimsə özünə bir özəl universitet və fakültə açır. O fakültədə oxumaq üçün gəlib ödəniş edənlər çox olur. Və ya başqası bu qayda ilə kollec açır. Bu ödənişlərə gəlir mənbəyi kimi baxırlar. Təhsil sosial- iqtisadi prosesdir. Burada yalnız iqtisadi tərəfə fikir vermək sonradan gərginlik və böyük problemlərə səbəb olur. Təhsil Nazirliyinin ən mühüm işlərindən biri təhsil sahəsində təhlillər aparmaq və ölkəyə hası istiqamətdə nə qədər mütəxəssis lazım olduğunu hesablamaqdır. Bu sahədə planlama işinə çox böyük ehtiyac var”.

Kollec bitirənlərin gələcək karyeralarında uğur qazanma ehtimalına gəlincə professor dünya təcrübəsindən söz açıb:

"Amerikada kollec təhsilinin də nüfuzu var. Çünki orada planlama işləri aparılır. Oranın iqtisadiyyatı iqtisadi qanunlar əsasında qurulub. Bunların arxasında güclü elmi tədqiqatlar dayanır. Həmin elmi tədqiqatlar hesablayır ki, ölkəyə hansı ixtisas üzrə nə qədər kadr lazımdır. Planlama olmalıdır. Onda məlum olacaq ki, sırf  hansı sahədə kollec bitirənlərə ehtiyac var. Bu elmi təhlillər aparılsa, kollec bitirənlərin yeri də məlum olacaq. Hələ ki, bu, bizdə xaotik prosesdir”.



Загрузка...
Həmçinin oxuyun:
“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

İxtisas seçərkən nələrə diqqət yetirməli?

İxtisas seçərkən nələrə diqqət yetirməli?

"Azərbaycanda hər sahədə peşəkarlara ehtiyac var"...Kor-koranə ixtisas seçimi

"Azərbaycanda hər sahədə peşəkarlara ehtiyac var"...Kor-koranə ixtisas seçimi

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Saxta diplomla işləyən 2000-dən çox müəllim var.

Saxta diplomla işləyən 2000-dən çox müəllim var.

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

İslam kolleclərinə tələbə qəbulu aparılacaqmı?

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Valideyn-məktəb-müəllim üçlüyü - Düzgün peşə seçimində bu amilin rolu

Valideyn-məktəb-müəllim üçlüyü - Düzgün peşə seçimində bu amilin rolu

Nazir daha üç kolleci birləşdirir

Nazir daha üç kolleci birləşdirir

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI