AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
12 dekabr 2017
4 708


Valideyn-məktəb-müəllim üçlüyü - Düzgün peşə seçimində bu amilin rolu



İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır. Hər bir insan bir kitabdır. Onu sadəcə oxumaq lazımdır. Amerika alimləri bildirir ki, məktəb üçün deyil, gələcək üçün oxumaq lazımdır. 


Bu gün nəzər yetirsək görərik ki, təhsilimizdə şagirdlərimizin bir şəxsiyyət kimi formalaşmasına mane olan əsas amillərdən biri düzgün peşə seçimi etməmələridir. Məhz bunun nəticəsində bəzi gənclər həyatda uğur qazana bilmirlər. Bu problemin də yaranma səbəblərindən biri müəllimin, məktəb rəhbərliyinin şagirdləri peşəyə düzgün istiqamətləndirə bilməməsi və eyni zamanda da evdə valideynlərin uşaqlara təzyiqi altında onların sevmədikləri, ancaq bu gün cəmiyyətdə dəbdə olan nüfuzlu peşələri seçməyə vadar edilmələridir.

 

Aparılan araşdırmalardan bəlli olur ki, bütün bu yanlış təsirlərin nəticəsində ali təhsil ocağını bitirənlərin 10%-i gələcəkdə öz ixtisası üzrə işləyir. Bu 10% məzundan yalnız öz gələcək kariyerasında uğur əldə edən gənclərimiz isə 6,7% təşkil edir. Bəs yerdə qalan 90% necə olsun? Bu qalan hissə isə ayrı-ayrı sahələrdə özlərinə iş tapır və yenidən sənət öyrənir.

 

Nəzərə almaq lazımdır ki, hər bir şəxsiyyətin əsas missiyası yaşadığı cəmiyyətdə onun yardımına ehtiyacı olanlara kömək etməkdir.

 

Yaşlı ingilis xanımından soruşurlar:


- İnsanı mədəni, savadlı, daha doğrusu, ziyalı etmək üçün nə lazımdır?


- Bundan asan nə var, cəmi-cümlətani üç kollec qurtarmaq lazımdır, - deyə qadın fikirləşmədən cavab verir.


- Necə, bir adam üç kolleci?..


- Xeyr, bir adam nə üçün. O özü, valideyni, valideyninin valideyni.


Razılaşmaq lazımdır ki, uşaqların normal təhsil almasında valideynlərin rolu az deyil. İnsanın məruz qaldığı və onun hərəkətinə, davranışına istiqamət verən əsas təsirlər aşağıdakılardır:


1. Əcdadlar.

2. Valideynlər.

3. Mühit.


V.Ovçinikov yazır ki, ingilis ailələri, hər şeydən əvvəl, nəslin davamçısının xarakterinə, rəftarına məktəbin edəcəyi təsir və gələcək həyat yolunda onlara kömək və dayaq olacaq, uşaqların özlərinin qazandıqları dostlar haqqında fikirləşirlər. Nisbətən az əməli fayda verən klassik təhsilə isə çox az fikir verirlər. İrlandiyalı sosioloqlar işgüzar adamların böyük bir dəstəsinin fəaliyyətini təhlil etmiş və aşkara çıxarmışlar ki, onların əksəriyyəti yaradıcılıqla məşğul olmayanlar, qalanları isə fəal yardıcılıqla məşğul olanlardır. Tədqiqatın nəticəsində belə məlum olub ki, yaradıcılıq qabiliyyətinə malik olmayanların əksəriyyəti aristokrat ailələrin uşaqlarıdır. Onlar cəmiyyətdəki vəzifələrinə uyğun təhsil almış, dil, musiqi və etiket qaydalarını öyrənmişlər.

 

Beləliklə də valideynlərinin böyük canfəşanlığı nəticəsində, demək olar ki, dünyaya göz açdıqları gündən "konservasiya” edilmiş və ümumiyyətlə, modelləşib müəyyən qəlibə salınmışlar. İşdə onlar başqalarının ideyasını qəbul edib, səliqəylə və savadlı yerinə yetirsələr də özləri heç bir şəxsi ideya verməmiş, şəxsi təşəbbüs göstərməmiş və yaradıcılıqla məşğul olmamışlar. Lakin bu tədqiqat nəticəsində məlum olmuşdur ki, daha sadə ailələrdən çıxan işgüzar insanlar fəal yaradıcılıqla məşğuldurlar. Belə ailələrdə uşaqların tərbiyəsi ciddi qayda-qanuna tabe olmamış, məhdudiyyətlər az, sərbəstlik çox olduğundan fəal yaradıcılıqla məşğul olmaq və onu inkişaf etdirmək imkanı daha çox olmuşdur.

 

Gəlin etiraf edək, oxuyanda ki, ABŞ prezidenti olmuş A.Linkoln əmək fəaliyyətinə odunçuluqdan başlayıb, məşhur yazıçı Cek London isə yaradıcılığa başlayana qədər onlarca peşə dəyişib, adam qəribə qibtə hissi keçirir. Hətta çox qəribədir ki, tanınmış yazıçı O’Henri ilk əvvəl mühasib işləmiş, yaradıcılığa isə günahsiz müqəssir olaraq düşdüyü həbsxanada başlamışdır.


Yaradıcılıq qabiliyyətini nümayiş etdirmək, heç də hər bir uşağın, yeniyetmənin və gəncin şəxsən özünə müyəssər olmur. Çünki bunun üçün şərait, yəni məqam və səbəb lazımdır. Ancaq çox vaxt, elə olur ki, valideynlər uşaqlarına kömək etmək əvəzinə, onlara zorla öz hökümlərini qəbul etdirməyə çalışırlar və bu da uşaqlarda yenicə oyanmış istedadın, meylin və qabiliyyətin boy atmadan dağılıb parçalanmasına səbəb olur. 


Hazırda elə bir vəziyyət yaranıb ki, ölkəmizdə yüksək səviyyəli və keyfiyyətli ali və orta ixtisas təhsili müəssisələrinin çox olmasına baxmayaraq, onların hazırladığı mütəxəssislər arasında səriştəli və peşəkarığı ilə seçilənlərin sayı o qədər də çox olmur. Faktları təhlil edərkən, istər-istəməz düşünürük ki, ola bilsin, bunun səbəblərindən biri peşə seçiminin düzgün olmamasıdır. Bu gün bununla bağlı dünyada maraqlı təcrübələr mövcuddur. Bu təcrübələri təhsil müəssisəsində həyata keçirərək olduqca uğurlu nəticələr əldə etmək mümkündür. Norveç, Finlandiya, İsveç dövlətlərində uşaqların peşə seçiminə hələ məktəbəqədər dövrdən başlanılır. Burada uşaqlar üçün xüsusi hazırlanmış psixoloji testlər mövcuddur. Onlara vətəndaşlıq borcu, sabah cəmiyyətə faydalı olması üçün düzgün peşə seçməsi öyrədilir. 




Загрузка...
Həmçinin oxuyun:
"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

TƏRBİYƏDƏ ATANIN ROLU

TƏRBİYƏDƏ ATANIN ROLU

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT