AzTehsil.com


Xəbərlər / Müəllim
14 avqust 2018
3 053


"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN



 

"Müahibədə iştirak edəcək namizədlərə tövsiyə edirəm ki, özlərini boşuna həyəcanlandırmasınlar. Orada qeyri-adi heç nə soruşulmur. Sadəcə, bildiklərini tam ifadə etmək lazımdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Sənan Kərimov deyib. O, müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsində Azərbaycan dili və Ədəbiyyat üzrə iştirak edib. Təəssüratlarını bölüşən gənc müəllim  müsahibə zamanı ona verilən suallara da aydınlıq gətirib:

"Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. İstər təşkilatçılıq, istərsə də namizədlərə münasibət... Müsahibədən problemsiz şəkildə keçdik.

Əvvəl çox həyəcanlı idim. İlk dəfə idi ki, müsahibədə iştirak edəcəkdim. Hələ belə həyəcanın şahidi olmamışdım. Amma ilk sualı cavabladıqdan sonra içimdə rahatlıq yarandı. Sualları ardıcıl cavablandırmağa başladım.

Əsasən, yeni təhsil sistemi- kurikulumla bağlı suallar verildi. İxtisas üzrə, psixoloji durumla bağlı suallar da var idi. İlk verilən sual o oldu ki, müəllim olmaqda məqsədin nədir? Mən cavabladıqdan sonra müasir təlimlə bağlı suallar verməyə başladılar. Hansı sinifdə dərs keçmək istədiyimi soruşdular. Mənim üçün heç bir fərqi olmadığını dedim. İbtidadi sinifdən yuxarı hər kəsə dərs demək borcumuzdur. Bu sənəti seçmişiksə, neçənci sinif olması fərq etməz”.

Müəllim müsahibə zamanı ona kömək olan, hazırlıq prosesində istifadə etdiyi metodlardan da danışıb:

"Müsahibəyə hazırlaşarkən əvvəlki illərin namizədlərindən müəyyən məlumatlar əldə etmişdim. Müəyyən elektron müsahibə materialları oxumuşdum. Əvvəlki illərin namizədlərindən ümumi dünyagörüşü ilə bağlı hansı istiqamətdə sualların verilməsini maraqlanıb sırf o istiqamətdə hazırlaşmışdım. Elə gözlədiyim istiqamətdə suallar verildi.

Bunlar mənə çox kömək etdi. Demək olar ki, çətinlik çəkdiyim sual olmadı. Qiymətləndirmə ilə bağlı sual verdilər. Ətraflı izah etdim. Özüm də hiss etdim ki, ekspertləri tam qane etməyi bacardım. 10-12 sual cavablandırdım. Sanki hər biri gözlədiyim suallar idi”.

O, həmkarlarına özlərini boşuna həyəcanlandırmamağı tövsiyə edib:

"Müahibədə iştirak edəcək namizədlərə tövsiyə edirəm ki, özlərini boşuna həyəcanlandırmasınlar. Orada qeyri-adi heç nə soruşulmur. Sadəcə bildiklərini tam ifadə etmək lazımdır.  Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir. Mən test imtahanında 51 bal toplamışdım. Beyləqanda yaşadığıma görə elə bu rayonun Əhmədli kəndini seçmişəm. Sənədlərimi məktəbə təqdim etmək üçün müsahibənin nəticələrini gözləyirəm”.



Загрузка...
Həmçinin oxuyun:
TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

3940 müəllimə rədd cavabı verildi

3940 müəllimə rədd cavabı verildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sabah başa çatacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sabah başa çatacaq

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Müəllim olmaq istəyənlərin nəzərinə - Sabah son gündür

Müəllim olmaq istəyənlərin nəzərinə - Sabah son gündür

Vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Müəllimlərin işə qəbulu üzrə müsahibə zamanı 11 saxta diplom aşkarlanıb

Müəllimlərin işə qəbulu üzrə müsahibə zamanı 11 saxta diplom aşkarlanıb

Namizədlər  bu vaxta qədər elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar

Namizədlər bu vaxta qədər elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK