Xəbərlər / Abituriyent / Manşet
12 may 2018
4 812

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

"Nə "bunker” müəllim, nə də kompüterdən sualı çıxaran adam belə qəbul imtahanına hansı sualların düşəcəyini bilə bilməz”.

Bu sözləri AzEdu-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Dövlət İmtahan Mərkəzinin tarix üzrə seminarının sədri Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, şagird və valideynlər sualları "bunker” adıyla şagirdlərə pulla satan müəllimlərə qətiyyən inanmasınlar:

"Tarix fənni üzrə ekspert mənəm. Kiminsə hansı fənndən hansı sualın düşəcəyini deməsi mümkün deyil. Test bankında 35 mindən çox test var. Heç bir müəllim 35 min testi əzbərləyib uşaqlara yazdıra bilməz. Bu, mümkün deyil və deyilənlər açıq -aşkar böhtandır. Kimdir o "bunker” müəllim?

Birincisi, o adamların "bunker”anlayışından xəbərləri yoxdur. Bunkerə girən müəllimlərin belə suallardan xəbəri olmur. Kənarda qalan adam hardan bilə bilər ki, ora hansı sual düşəcək?”

Ekspert "bunker” anlayışının nə olduğunu da izah edib:

"Hər fənn üzrə 3 müəllim gedir. Bu müəllim sualları tərtib etmirlər! Suallar əvvəlcədən test bankında çap olunur. Bir qismi isə təbii olaraq gizli saxlanılır. Amma əksər hissəsi çap olunur. Bir çox hallarda bir nəfər rus, bir nəfər Azərbaycan bölməsi üzrə, fənnin ağırlığı nəzərə alınaraq göndərilir. Bu adamlar ora gedəndə hər biri ikirəqəmli ədəd deyir. Bu ədədlər əsasında da kompüterdən suallar avtomatik çıxır. O sualları çıxardan adam da belə hansı sualların olduğunu bilmir. Suallar müxtəlif rəqəmlər əsasında çıxarılır. Deyilənlərin hamısı şayiədir. Valideynlər və abituriyentlər bunlara inanmasınlar!

Abituriyentlərə uğurlar arzu edirəm. Onlar bizim gələcəyimizdir. Hər kəs haqq etdiyini qazanacaq. Dövlət İmtahan Mərkəzi şəffaf qurumdur. Gəlib seminarlarımızda da iştirak edə bilərlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi kursların və müəllimlərin şagirdlərə qəbul imtahanına düşən sualları ödəniş müqabilində satmasına dair məlumatlar paylaşılıb.

Загрузка...
Həmçinin oxuyun:
2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Ekspertdən Təhsil Nazirliyinə irad - Bu sualları düşmən yazıb?

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər nədən narazıdır?

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

Şagird sinfə girən müəlliminə “Nasist salamı” verdi – VİDEO

Almaz Həsrət: “Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır”

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert