AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
29 noyabr 2017
4 400


Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər nədən narazıdır?



Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda 5 məktəbdə şagirdlər arasında keçirilən sorğu bəzi valideynlərin narahatlığına səbəb olub.


Aztəhsil.com unikal.org-a istinadən xəbər verir ki, valideynlər məktəblərdə keçirilən sorğunun daha çox marketinq funksiyası daşıdığını və bəzi sulların isə orta məktəb şagirdlərinə uyğun olmadığını iddia ediblər.


Həmin sorğudakı sualların bəzilərini təqdim edirik:


- Övladınız busqalter geyinibmi?

- Aybaşı olmusunuzmu?

- Xəstələnəndə ən çox hansı dərmanlardan istifadə edirsiniz? və s...


Anketdə sırf səhiyyə ilə bağlı suallar ünvanlanıb. Təhsillə əlaqədar isə heç bir sual qeyd edilməyib. Sözügedən anketlər şagirdlərə təqdim edilib.

 

Bildirilib ki, valideynlər suallarla tanış olduqdan sonra, gəlib məktəbdə cavablandırmalıdırlar. Bu da bəzi valideynlərin narahatçılığına səbəb olub.

 

Sorğunun keçirildiyi yerlərdən biri də Yasamal rayonunda yerləşən Telman Abbasov adına 225№-li tam orta məktəbdir.


Məktəbin direktoru Sevda Eminova açıqlamasında bildirib ki, sözügedən sorğu Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.


"Bizim məktəbdə 60 şagird arasında bu sorğu keçirilir. Sorğu 11-12, 15-16 yaşlı şagirdlər arasında baş tutacaq. Sorğudan sonra şagirdlər noyabr ayının 28-i, həftənin 2-ci günü həkimlərin müayinəsindən də keçəcəklər. Məqsəd uşaqların sağlamlığını yoxlamaqdır”.


Sorğuda ünvanlanan bəzi suallara gəldikdə isə Sevda Eminova vurğulayıb ki, bu barədə daha ətraflı Səhiyyə Nazirliyinin müvafiq qurumu və rayon poliklinikası aydınlıq gətirə bilər:

 

"Bəzi sualları özüm də anlaya bilmirəm. Yaxşı olar ki, bu sualları təşkilatçıların özləri açıqlasınlar. Hər halda, bu sorğu məktəbimizə gəlməzdən əvvəl müvafiq qurumların süzgəcindən keçib”.


Həmin layihənin təşkilatçıları və Səhiyyə Nazirliyinin nümayəndələri Nərmin və İnara adlı xanımlar suala belə cavab verib:


"Tədbir, Bakının 5 məktəbində 60 şagird arasında Dövlət Proqramı çərçivəsində Səhiyyə və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə, Moskvadan gələn bir qrup professor həkimlər tərəfindən keçirilir. Burada qəbahət bir şey yoxdur. Sorğudan sonra həkimlər şagirdləri müayinə edəcək və bundan sonra nəticələri valideynlərə təqdim edəcəklər. Müayinəni valideynlər istəsə müdaxilə etməmək şərti ilə, kənardan gəlib izləyə bilərlər”.


Onlar anketdəki bəzi sualların valideynlərin narahatlıq yaratmasına da münasibət bildirib:

 

"Sözügedən anket Rusiyadan bizə göndərilib. Bəzi valideynlər rus dilini başa düşmədiyi üçün Azərbaycan dilində də tərcümə etmişik. Suallarda isə qəbahət heç nə yoxdur”.


Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil idarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov sorğu göndərməyi tövsiyə edib.

 

Bildirib ki, sorğu göndərildikdən sonra məsələ ilə bağlı araşdırma aparılıb, onlara ünvanlanan suallar cavablandırılacaq.

Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər nədən narazıdır?

Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər nədən narazıdır?




Загрузка...
Həmçinin oxuyun:
Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda valideynlər etiraz etdi

Bakıda valideynlər etiraz etdi

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Məktəblilər arasında müsabiqə keçiriləcək

Məktəblilər arasında müsabiqə keçiriləcək

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bakının orta məktəblərində bit yayıldı  - Valideynlər həyəcanda

Bakının orta məktəblərində bit yayıldı - Valideynlər həyəcanda

Şəmkirdə "Məktəblilərin qidalanması" təlimi keçirilib (FOTO)

Şəmkirdə "Məktəblilərin qidalanması" təlimi keçirilib (FOTO)

"Bunu həm şagirdlər, həm valideynlər, həm də elə biz səbrsizliklə gözləyirik!"

"Bunu həm şagirdlər, həm valideynlər, həm də elə biz səbrsizliklə gözləyirik!"

Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA

Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

Səhiyyə naziri şagirdlərlə bağlı əmr imzalayıb

Səhiyyə naziri şagirdlərlə bağlı əmr imzalayıb