Bakıda valideynlər etiraz etdi
Məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub.
Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən 251 saylı orta məktəbin qarşısında valideynlər etiraz aksiyası keçiriblər.
Aztəhsil.com report-a istinadən xəbər verir ki, narazılığa səbəb məktəbin həyətinə gedən yolların bağlanması, yalnız bir yolun açıq saxlanılmasıdır. Valideynlər həmin açıq qalan yolun təhlükəli olduğunu və əksəriyyətinin evinə uzaq olduğunu bildirib.
"Biz məcbur olub uşaqları avtomobil yolu ilə gətiririk", - valideynlərdən biri bildirib.
Digər qapıların bağlanması səbəbindən noyabrın 21-də məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub. Azyaşlı canını yüngül xəsarətlə qurtarıb. Valideynlərin "Report"a verdiyi məlumata görə, bir neçə gün bundan öncəyə qədər təhsil ocağının 4 giriş-çıxış qapısı olub. Onlar bildiriblər ki, direktorun qərarı ilə 3 giriş çıxış qapısı bağlanıb: "Biz valideyn olaraq problemlə bağlı dəfələrlə direktora müraciət etsək də, o, bizə "evinizi dəyişin, məktəbin əsas girişi ilə üzbəüz binadan ev alın" cavabını verib".
Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra açıqlama veriləcək.
251 nömrəli tam orta məktəbdən verilən yazılı açıqlamada bildirilib ki, məktəbin həyətyanı hasarında ilkin inşaat layihəsinə uyğun olmayan çıxışlar və qırılmış dəmir barmaqlıqlar şagirdlərin təhlükəsizliyi məqsədi ilə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən bağlanıb:
"Hazırda əsas girişdən şagirdlərin girişi-çıxışı normal təmin olunur. Valideynlərin böyük əksəriyyəti şagirdlərin əsas giriş qapısından məktəbə daxil olmasını dəstəkləyir. İki valideyn isə bununla bağlı öz narazılığını bildirib. Onlara məsələnin mahiyyəti izah olunub. Məktəbdə tədris normal şəkildə davam edir".
Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA
Bakıda tələbə faciəli şəkildə öldü
Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib
Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi
Gəncədə maşın orta məktəb müəlliməsini vurub öldürdü - FOTO
Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti
Birinci sinifə getdiyi gün vəfat edən Ucal və qardaşının acı taleyi – VİDEO
Bakı Məktəb Liseyində etiraz - Təhsil Nazirliyi ayağa qalxan valideynlərə cavab verdi
Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI
BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb
Valideyn komitəsinin hüquqları və vəzifələri
“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal
Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB
Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü
Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb
Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...
Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib
Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı
Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi
Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb- ŞİKAYƏT
Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”
İki qardaş iki həftədir dərsə gedə bilmirlər
208 saylı məktəblə bağlı qalmaqal - Sərəncam niyə icra olunmur?
Vandam kənd tam orta məktəbinin satılması ilə bağlı şaiələr yayılıb