BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb
Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 195 nömrəli tam orta məktəbdə şagirdin müəllim tərəfinfən döyülməsi barədə yayılan məlumata münasibət bildirib.
Aztəhsil.com xəbər verir ki, BŞTİ-nin mətbuat xidmətindən apa-ya verilən xəbərə görə, Qaradağ rayonu 195 nömrəli tam orta məktəbindən daxil olan məlumatda qeyd olunub ki, həmin məktəbin idman müəllimi Famil Əbilov IX sinif şagirdi Cavid Nuriyevə fiziki tərbiyə dərslərində dəfələrlə iştirak etmədiyi üçün irad bildirib və digər idman müəllimlərinin yanında onu tənbeh edib. Müəllimin məqsədi şagirdə intizam qaydalarına riayət etməməsini bildirməkdən və onu tədrisə cəlb etməkdən ibarət olub.
Qeyd olunub ki, Famil Əbilov 35 ildir 195 nömrəli tam orta məktəbdə müəllim işləyir. İşlədiyi dövrdə heç bir intizam tənbehi almayıb və kollektiv üzvlərinin hörmətini qazanıb. Bu məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən F.Əbilov barəsində intizam tənbehi görülüb.
Xatırladaq ki, Bakı şəhər sakini Elnarə Nuriyeva Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək övladı, Ələt qəsəbəsində yerləşən 195 saylı orta məktəbin şagirdi, 12 yaşlı Cavid Nuruyevin həmin məktəbin Famil adlı idman müəllimi tərəfindən döyüldüyünü bildirib.

DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.


Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Məktəbdəki bıçaqlanma ilə bağlı AÇIQLAMA

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Bakıda 11-ci sinif şagirdi məktəbdə bıçaqlanıb

Bakı məktəblisi qızıl medal qazanıb

Şabranda "Xocalı faciəsi gənclərin gözü ilə" inşa yazı müsabiqəsinin qalibləri açıqlanıb

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Şabran şəhər 5 nömrəli tam orta məktəbdə 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa keçirilib.

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Qaradağ rayonunda 302 saylı məktəbdə ŞƏHİD Əhməd Zeynallının anım günü qeyd olundu.

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Əmək intizamını pozmağa görə məsuliyyət

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı