AzTehsil.com


Xəbərlər / Ekspert / Məktəb Güşəsi
18 dekabr 2017
4 718


Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?



Respublikamızın orta məktəblərində buraxılış imtahanlarının aparılması orta məktəblərin, lisey və gimnaziyaların özlərinə tapşırılmalıdır. Bu, pedaqoji kollektivin nüfuzuna ciddi təsir edə bilən amillərdən biridir.İl boyu əla qiymətlərlə oxuyanlar buraxılış imtahanlarından qeydsiz, şərtsiz azad olunmalıdırlar. 


Ali təhsil müəssisələrinə qəbul imtahanları barədə də hərtərəfli fikirləşmək lazımdır. Dünyanın bir sıra ölkələrində ali məktəblərə qəbul imtahansız aparılır.Başqa sözlə, ali məktəb orta məktəbə inanır,qəbulu onun buraxılış imtahanlarının nəticələri əsasında aparır. Əvvəllər Azərbaycanda bu istiqamətdə müəyyən tədbirlər görülürdü; orta mətəbi qızıl və ya gümüş medalla qurtaranlar kiçik müsahibə aparmaqla tələbə adına layiq görülürdülər.Keçən əsrin 60-cı illərində bu qaydada müəyyən dəyişiklik edildi; orta məktəbi qızıl və ya gümüş medalla qurtaranlar qəbul imtahanlarının birincisindən əla qiymət aldıqları təqdirdə, o nlar digər imtahanlarından azad edilirdilər. İlk qəbul imtahanından əla qiymət almayanlar isə sonrakı imtahanlarda da iştirak edir,qəbul ümumi qaydalar əsasında aparılırdı.


İndi orta mətəb şagirdlərinin qızıl bə ya gümüş medalı yalnız prestij üçündür. Başqa sözlə, medalın var, çox yaxşı, imtahan ver, sübut et ki,dilin də var, dilçəyin də...


Ali məktəblərə qəbul hələ ki, test imtahanları ilə aparılır. Yəqin ki,yaxın gələcəkdə orta məktəbin son sinfindən birbaşa ali məktəbə keçid imkanları yaranacaqdır.

 

Hələ ki test imtahanları qüvvədədir,qəbul imtahanları üçün yararlı hesab etdiyim "BUNKER MÜƏLLİMİNİN VƏZİFƏLƏRİ" layihəsi şərti adı ilə öz fikirlərimi oxucularla, o cümlədən qəbul imtahanı təşkilatçıları ilə bölüşmək istəyirəm.


Yeri gəlmişkən,"bunker müəllimi" söz birləşməsinə öz fikrimi bildirmək istəyirəm.TQDK-da belə bir vəzifə yoxdur.TQDK-nın xətti ilə qəbul imtahanlarına çağırılanların bəziləri özlərini cəmiyyətə belə tanıtmaq istəyirlər.Guya onlar test bankından istənilən testi seçmək iqtidarındadırlar, qəbulla ilgili hər bir nəsnə onlardan asılıdır. Bu,yanlış fikirdir, bunkerin deyilməsi yasaq olmayan qanunları var.TQDK elmi gücünə,metodiki hazırlığına, cəmiyyətdə qazandığı nüfuza görə (başqa meyarlar da ola bilər) hər fənn üzrə 2-3 müəllimi qəbul imtahanlarında iştirak etməyə dəvət edir.Onlar qəbul imtahanlarının təlimatı ilə tanış olandan sonra hər müəllimdən ikirəqəmli bir sayın adını çəkmək təklif olunur (məsələn,13,27,94 və sair). İmtahan rəbəri məhz bu nömrələrlə işarə olunmuş test bloklarını müəllimlərə təqdim edir. İmtahan testləri də məhz bu variantlardan seçilir. Deməli, bunkerdəə dəvət olunmuş müəllimin vəzifəsi əsasən bundan ibarət olur. 


Mən TQDK-nın formalaşmasında az-çox zəhməti olan mütəxəssislərdənəm.1994-cü ildən TQDK ilə əməkdaşlıq edirəm.1994-1995-ci illərdə TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının rəhbəri olmuşam. Dəfələrlə bunkerə dəvət olunsam da,heç vaxt özümü bunker müəllimi kimi tanıtmaqdan qaçmışam. İmtahandan sonra "Spaes" televiziya kanalı ilə yayımlanan verlişə də getməyi lazım bilməmişəm.


TQDK-nın tarixi 1992-ci ildən başlayır. 1994-cü il isə burada fənn seminarların formalaşdığı ildir. 1994-cü ildə TQDK-da yaradılan fənn komissiyalarının dördünə o vaxtlar direktor müavini işlədiyim Araz Ekologiya Liseyini 4 əməkdaşı rəhbərlik edirdi.Başqa sözlə,Ekologiya Liseyi bir növ TQDK-nın baza müəssisəsinə çevrilmişdi. Müəllimlərimizdən kimya elmləri namizədi Elxan Əmirbəyov - TQDK-nın fizika,biologiya elmləri namizədi Tariyel Heybətov-biologiya,kimya elmləri namizədi Vəli Əliyev-kimya fənni üzrə seminara rəhbərlik edirdi. TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının ilk rəhbəri isə mən idim. Seminarlarda test testologiyalarının geniş imkanlarından səmərəli istifadə edərək,qəbul imtahanları üçün lazım bilinən bütün fənlər üzrə mükəmməl test bankının yaranmasının tarixi o vaxtlardan başlayır. Tarixin yaddaşı üçün bu gün Azərbaycan dili və ədəbiyyatı fənni üzrə hazırlanan test bankının formalaşmasında seminar iştirakçılarının adını çəkmək istəyirəm:Bilal Həsənli,Soltan Əliyev,İsmayıl Əhmədov, İsmayıl Məmmədov, Bayram Əhmədov, Sara Zeyniyeva, Səlminaz Hüseynova və başqaları... 


Məndən sonra TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarına bir neçə il BDU-nun dosenti İsmayıl Əhmədov rəhbərlik etmişdir. İsmayıl Əhmədovun vəfatından sonra bu iş AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanova tapşırılmışdır. 


Hal-hazırda Azərbaycan dili və ədəbiyyatı məsələlərinə TQDK-nın ayrı- ayrılıqda fəaliyyət göstərən iki seminarında baxılır. Azərbaycan dili seminarına BDU-nun professoru, filologiya elmləri doktoru Tofiq Müzəffər oğlu Hacıyev rəhbırlik edir. 


Bu gün TQDK böyük və yüksək səlahiyyətli elmi-metodiki quruma çevrilmişdir. TQDK-nın qəbul imtahanı testləri test texnologiyasına uyğun olaraq,Təhsil Nazirliyinin xətti ilə tərtib və təsdiq olunan proqramlar əsasında hazırlanır.Qəbul imtahanlarına aid testlər TQDK-nın bunkerində əvvəlcədən müəyyənləşdirilmiş mövzular üzrə seçilir.


Mövzulara aid testlər,yazının əvvəlində dediyim kimi, şərti rəqəmlər əsasında cəmlənmiş test bloklarından seçilir. Burada tam məxfilik və şəffaflıq var. Bunkerə dəvət olunmuş müəllimlərin bu testləri,demək olar ki, birinci dəfə görürlər. Bunkerə dəvət olunmuş eksper müəllimlər bəzi testlərin test bankına qəbulunda iştirak etdikləri üçün onların 1-2 testlə məlumatlı olma ehtimalları var. Bundan başqa, yeni test tapşırıqları ilə yanaşı, hər qəbul imtahanında əvvəlki illərin qəbul imtahanlarında istifadə olunması faktı da diqqətdən yayınmamalıdır.Mənə elə gəlir ki, əvvəlki illərin testlərindən tədricən imtina olunmalıdır.


TQDK-nın xətti ilə bütün fənlər üzrə test topluları çap edilərək,abituriyent və müəllimlərə çatdırılmışdır.Bu testlərdən V-X sinif şagirdləri də mötəbər mənbə kimi istifadə edirlər. Məncə, TQDK-nın testlərindən mötəbər və elmi-metodiki mənbə kimi hər bir təhsil ocağında dərslərdə olunmalıdır. Qəbul imtahanlarında bu testlərdən istifadə etmək abituriyentlərinqəbul imtahanlarına hazırlaşmaları üçün geniş imkanlar yaradır. Yaxşı olar ki, qəbul imtahanı testləri TQDK-nın test bunkerdə hazırlansın.

 

Başqa sözlə,imtahanda hazır testlərdən istifadə olunmasın. Səhv etmirəmsə, 1992-ci ildə TQDK- da ali məktəblərə qəbul imtahanlarında bu üsuldan istifadə olunmuşdur. 1995-ci ildə isə bunkerdə bəzi testlərə müdaxilə olundığu üçün TQDK bir neçə testi abituriyentlərin xeyrinə ləğv etmişdi.


Testlərin bunkerdə yazılması sahəsində Respublika Təhsil Nazirliyinin vaxtilə yaxşı bir təcrübəsi var idi. 1995-cı ildə eksternat imtahanları üçün maraqlı bir layihə həyata keçirildi; müxtəlif fənlər üzrə 10-15 müəllimi səhərin alaqaranlığında o vaxtkı təhsil naziri Lidiya Xudat qızı Rəsulovanın kabinetinə dəvət etmişdilər. Nazir eksternat imtahanları haqqında qısa məlumat verib, məsələnin mahiyyətini və ilk layihə kimi əhəmiyyyətini vurğulayandan sonra ümumi nəzarəti nazirliyin əməkdaşlarından birinə tapşırıb, nazirliyi tərk etdi.


Hökumət evinin 9-cu mərtəbəsində yerləşən nazirliyin nazir kabineti yerüstü bunkerə -qapalı mühitə çevrildi,ətraf aləmlə bütün rabitə əlaqələri kəsildi. Biz bir neçə saat ərzində proqram əsasında test sualları hazırladıq. Eksternatlar -sonrakı sinifdə oxumamaq şərti ilə bir sinifdən- 9-cu sinifdən 11-ci sinfə keçmək istəyənər nazirin kabinetində hazırlanan testlər əsasında elə həmin gün şəhərdəki orta məktəblərin birində ( bəlkə də bir neçəsində) 8 fəndən imtahan verdilər. İmtahanda respublikanın 160 nəfərdən çox IX sinif şagirdi öz bilik və bacarıqlarını göstərməli idi.

 

İmtahan günü yaradılan eksternat bunkerində nazirin kreslosunda oturan mətbuat katıbi Bayram Hüseynovun ciddi nəzarəti altında hazırlanan test sualları elmiliyinə,proqrama uyğunluğuna, metodiki baxımdan düzgünlüyünə görə mübahisə doğurmadı. (Eksternat bunkerinə işləmək üçün dəvət olunan bir neçə müəllimin adını tarixdə qalmaq üçün sadalamaq istəyirəm-Araz Ekologiya Liseyinin müəllimləri - biologiya müəllimi,biologiya elmləri namizədi Fuad Ağayev, kimya müəllimi, kimya elmləri namizədi Vəli Əliyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazim Nəsrəddinov ...).


Testlər bir neçə saat ərzində hazırlandı, imtahan keçiriləcək məktəblərə(bəlkə də cəmi bir məktəbə) göndərildi.


Bizi nazirin bunkerindən imtahan qurtarandan sonra azad etdilər.


Maraqlıdır ki, aşkarlıq şəraitində keçən eksternat imtahanından heç kəs 8 fənnə aid testlərin hamısına lazım olan balı toplaya bilmədi. Cəmi iki şagird 6 fənnə aid test suallarından keçid üçün lazım olan balı toplaya bilmişdi.Onlardan biri 82 nömrəli məktəbin təlimi Azərbaycan dilində olan şöbəsinin şagirdi Səbuhi Əhmədov, digəri isə Ekologiya liseyinin rus bölməsinin Bağırov soyadlı şagirdi idi. (İndi onların hər ikisi respublikada yaxşı mütəxəssis kimi tanınır). Onlar eksternat imtahanlarında hamıdan cox bal toplasalar da, növbəti dərs ilində - 10-cu sinfində ancaq 6 fənnin məşğələlərində iştirak etməkdən azad olundular.

 

Deməli,layihə özünü doğrultmadı,tələsənlər təndirə düşməsələr də, sinif yoldaşları ilə bir ildə ali məktəbə daxil olmaq məcburiyyətinə qaldılar. (Mən qaliblərin hər ikisinin adını və soyadını imtahandan sonra təsadüfən öyrəndim. Eksternatların ikisi də TQDK ilə əməkdaşlıq edən elmlər namizədlərinin övladları idi. Bu şagirdlərə növbəti dərs ilində - XI sinifdə ancaq kəsildikləri fənlərə aid məşğələlərə getməyə icazə verildi).Deməli,eksperiment özünü doğrultmasa da,bunkerdə test yazmağın yüksək əhəmiyyət kəsb etməsi yadda qaldı.

Maraqlıdır ki,o vaxt məşhur aşıqlardan biri nə qədər cəhd etsə də, qızının məktəbi tez qurtmasına yol tapa bilmədi. 


1995-ci ildən sonra "9-cu sinifdən birbaşa 11-ci sinfə" layihəsi üzrə eksternat imtahanları keçirilmədi.

 

Mənə elə gəlir ki, yaxşı niyyətli bu layihəyə yenidən yaşıl işıq yandırılmalıdır. Axı vunderkindləri də başa düşmək lazımdır. Belə ki, möcüzə-uşaqlara ömürlərinin bir ilini maraqslız işlərə sərf etmək çox cansıxıcı və darıxdırıcı olur.


Sözün canı. Ali məktəblərə qəbul imtahanı testlərinin də imtahandan bir gün əvvəl bunkerdə yazılması daha məqsədəuyğundur. Bu işi görmək üçün TQDK-nın elmi-metodiki seminarlarında öz peşə ustalıqları ilə fərqlənən, eləcə də bölgələrdə test texnologiyasından xəbərdar olan yüzlərlə müəllim var.Bu,qəbul imtahanlarında şəffaflığın ən yaxşı nümunəsi ola bilər.




Загрузка...
Həmçinin oxuyun:
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Yanğınla bağlı təxliyə edilən abituriyentlər üçün keçirilən imtahanın test tapşırıqlarının cavabları açıqlanıb

Yanğınla bağlı təxliyə edilən abituriyentlər üçün keçirilən imtahanın test tapşırıqlarının cavabları açıqlanıb

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Məleykə Abbaszadə qəbul imtahanında edilən dəyişikliklərdən DANIŞDI

Məleykə Abbaszadə qəbul imtahanında edilən dəyişikliklərdən DANIŞDI

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Eksternat imtahanlarının nəticələri mayın 23-dək açıqlanacaq

Eksternat imtahanlarının nəticələri mayın 23-dək açıqlanacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Direktor müavini olmaq üçün işə qəbul imtahanları başa çatdı

Direktor müavini olmaq üçün işə qəbul imtahanları başa çatdı

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"