AzTehsil.com


Xəbərlər
15 noyabr 2017
2 256


Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”



1992-ci ilədək ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun qanunsuz yollarla, hökumət təmsilçilərinin təzyiqi, vəzifəli şəxslərin təsiri və kütləvi rüşvətxorluqla ədalətsiz keçirilməsi milli şüurumuzun inkişafına ciddi ziyan vurmuşdu.


Bu cür halları aradan qaldırmaq üçün ilk dəfə 1992-ci ilin yazında Azərbaycanda test üsulunun tətbiqi qərara alındı. O zaman ali məktəblərə tələbə qəbulunu həyata keçirmək üçün mərhum eks-prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradıldı və Vurğun Əyyub onun sədri təyin olundu. O, 1992-1993-cü illərdə TQDK-ya rəhbərlik etdi.


Aztəhsil.com xəbər verir ki, həmin dönəmi xatırlayan Vurğun Əyyub modern.az-a bildirib ki, o zamanlar test üsulunun tətbiqi ilə bağlı  ciddi etirazlar var idi:


"Təbii ki, bu sistemin tətbiqi birinci növbədə Əbülfəz Elçibəy başda olmaqla Azərbaycan  hakimiyyətinin siyasi iradəsi hesabına baş tutdu. Amma müxtəlif  mənbələrdən gələn  informasiyalara görə, o zaman ali məktəbdə çalışanların böyük bir hissəsi bu sistemin tətbiqinin əleyhinə idi. Çünki ali məktəb müəllimlərinin maddi durumu yaxşı deyildi və onlar tələbə qəbulundan pul qazanırdılar. Ümumiyyətlə qəbulda mafiya təşkil etmiş insanlar da mövcud idi ki, onlar da bundan milyonlarla gəlir götürürdülər. Onların da bəzən açıq, bəzən gizli müqavimətləri olurdu. Amma biz bunların hamısının öhdəsindən gəldik”.


V.Əyyub bugünkü Dövlət İmtahan Mərkəzinin yaxın illərdə test üsulunda tətbiq edəcəyi yeni modeldən də söz açıb:


"Dünyada heç bir şey  nə əbədidir, nə də ideal. O zaman üçün tətbiq olunan test üsulu sözsüz ki, ideal sistem idi. Lakin zaman keçir, ölkədə müxtəlif dəyişikliklər baş verir və buna uyğun da müəyyən tədbirlər görülməlidir. 


Hesab edirəm ki, hazırda test sistemində etmək istədikləri dəyişikliklər heç də təhsilin keyfiyyət göstəricisinin artmasına gətirib çıxarmaya bilər. Yenə də hansısa məmurlara yaxın olan insanların müxtəlif üsullarla ali məktəblərə daxil olması üçün boşluqlar axtarırlar.  Vəziyyətin pis olmasına səbəb budur. 


Təbii ki, bir yolla test sistemini aradan götürmək, imtahanları yığışdırmaq olar. Amma iş orasındadır ki, Azərbaycanda ali məktəblərin  muxtariyyəti təmin edilmədiyindən, rüşvət və korrupsiya hallarına hələ son qoyulmadığından bu cür radikal islahatlara getmək təhlükəlidir”.




Загрузка...
Həmçinin oxuyun:
Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi

Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Misir Mərdanov testin ləğvindən DANIŞDI

Misir Mərdanov testin ləğvindən DANIŞDI

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

“Ac qurd”ların ağzına düşə bilmək qorxusu...

“Ac qurd”ların ağzına düşə bilmək qorxusu...

"Təhsil islahatları nə zaman təhsilimizin inkişafına xidmət edəcək?"

"Təhsil islahatları nə zaman təhsilimizin inkişafına xidmət edəcək?"

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.