AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Müəllim
21 fevral 2020
13 485


Kurikulum ləğv ediləcəkmi - rəsmi açıqlama



 

"Avropa təhsil məkanına inteqrasiya ilə bağlı müvafiq sərəncamlar, sənədlər var və burada əsas mahiyyət ondan ibarətdir ki...”

Son bir neçə gündə Azərbaycan təhsilində kurikulum və Boloniya sisteminin ləğv olunması ilə bağlı ciddi fikirlər səslənməkdədir. İlk olaraq təklif Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovdan gəldi. Şura sədri Azərbaycanın özünün təhsil konsepsiyası olduğunu,  xaricə baxıb özümüzü oda yaxmağın əhəmiyyəti olmadığını, kurikulum və Boloniya sisteminin heç bir xeyri olmadığını bildirdi. Ardınca isə şuranın sədr müavini Nadir İsrafilov sosial şəbəkədə kurikulum və Boloniya sisteminin özünü doğrultmadığını qeyd etdi:

"Kimə və nəyə lazım idi bu diaqnostikalar, formativlər, summativlər - onların kiçikləri, böyükləri... İndi qalmışıq bu kağız israfçılığını necə aradan qaldıraq, qaydalarda hansı dəyişikliklər edək ki, müəllimi də şagirdi də bu ağır yükdən azad edək... Hanı kurikulumun şəxsiyyətyönümlü vətəndaşı, onun ölçüyə gələ biləcək qiymətləndirmə kriteriyaları? Ona görə də təhsilimiz yenə də bilikyönümlü olaraq qalır. Bal toplamaq arxasınca qaçmaqda davam edirik”.

 Nadir İsrafilov

Qeyd edək ki, hər iki sistem artıq uzun illərdir Azərbaycan təhsilində tətbiq olunmaqdadır. Belə ki, Boloniya sisteminə ölkəmiz hələ 2005-ci ildə qoşulub. Bu proses Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılmasını nəzərdə tutur. Bu prosesin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiq edilməsidir. Bu sistem özündə əsas iki məsələni birləşdirir. Buraya tələbələrin mobilliyini təmin etmək və öz təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxildir.

Boloniya prosesinə qoşulmaqla tələbələrin tədris yükünün həcmi azaldıldı, ənənəvi təhsil sistemində ixtisas üzrə tədris planında tam kursu bitirmək üçün tələbəyə 60-a yaxın fənnin tədrisi nəzərdə tutulurdusa, kredit sisteminə keçidlə əlaqədar olaraq təsdiq edilmiş yeni dövlət standartlarında fənlərin sayı və saatların miqdarı 2 dəfəyədək azaldıldı. Bu sistem üzrə müəllim daha məlumatlı olmalı, auditoriyaya daha hazırlıqlı şəkildə girməli, innovativ texnologiyalarda əks olunan faktlara və biliklərə yiyələnməlidir. Bolonya prosesi ali təhsilin iki-bakalavriat və magistratura səviyyələrində olmağı nəzərdə tutur.

Kurikulum sisteminə gəldikdə isə Azərbaycanda 2008-2009-cu tədris ilindən  birinci siniflərdə bu sistemin tətbiqinə başlanılıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır. Bu sistem dünyanın bir çox ölkələrində tətbiq olunur. Lakin ölkəmizdə valideynlərin böyük əksəriyyəti bu sistemdən narazılıq edir, onun heç bir işə yaramadığını qeyd edirlər.

Bəs Təhsil Nazirliyi son müzakiərlərə necə münasibət bəsləyir? Yaxın gələcəkdə kurikulum və Boloniya sisteminin ləğvi gözlənilirmi?
 

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Yeni Müsavat”a danışıb. Nazirlik əməkdaşı ilk olaraq kurikulumla bağlı müzakirələrə münasibət bildirib:

"Bildiyiniz kimi, 2008-ci ildən başlayaraq kurikulum sistemi təhsilin yeni məzmun istiqaməti olaraq tətbiq olunur. Bu günə qədər təhsilin məzmunu ilə bağlı xeyli dəyişikliklər baş verib, o cümlədən məzmun standartları yenilənib, qiymətləndirmədə yeni yanaşmalar tətbiq olunub. Yəni bütövlükdə kurikulum ciddi, böyük bir prosesdir və bu proses 10 ildən çoxdur ki, ümum orta təhsil mərhələsində öz sözünü deyib.

Bu söz ad olaraq ola bilər ki, bir qədər fərqli səslənir, amma bu təhsilin yeni məzmun kontekstidir. Fərqli dizayn və yaxud "göydən düşmə” bir tərz yoxdur. Hər zaman Azərbaycan təhsilində, həmçinin dünyanın bütün təhsil sistemlərində onun məzmun tərəfi olub. Bəzi ölkələrdə buna kurikulum, Türkiyədə Müfredat deyilir və sairə.  Yəni kurikulum "göydən düşmə” sistem deyil. Təksə təhsilin deyil, ümumilikdə hər bir işin öz kurikulumu var. Bu, mahiyyət və tərcümə etibarı ilə bütövlükdə proqram, yol, istiqamətdir.

Qeyd etdiyim kimi, artıq bir neçə ildir ki, Azərbaycan təhsilində kurikulum tətbiq olunur və prosesin orta təhsil mərhələsində keyfiyyət üstünlükləri var".

Cəsarət Valehov Boloniya sisteminin də əhəmiyyətindən danışıb:

"Boloniya Avropa təhsil məkanının vahid bir mövqeyə  gəlməsidir və burada ali təhsilin vahid məkanda ifadə olunmasıdır. Zaman-zaman bununla bağlı tənqidlər də meydana gəlir, bəzən haqlı, bəzən də haqsız tərəflər olur.

Amma söhbət ondan gedir ki, Boloniya sistemi özünü Avropa məkanında, həmçinin tətbiq edilən digər məkanlarda özünü doğruldub. Tələbə, pedaqoji heyətin mobilliyi, tezliklərin tanınması və sairə. Bu sistemdə də kifayət qədər yaxşı təcrübə və istiqamətlər var.

Bununla  bağlı fikirlər, yanaşmalar fərqli ola bilər. Ona görə də biz, sadəcə, prosesin ümumi dəyərini  qiymətləndirə bilərik".

Cəsarət Valehov onu da vurğuladı ki, hansısa sistemin ləğvindən söhbət belə gedə bilməz: "Azərbaycan ali təhsil məkanının Avropa təhsil məkanına inteqrasiyası ilə bağlı müvafiq sərəncamlar, sənədlər var və burada əsas mahiyyət ondan ibarətdir ki, bizim təhsilimizin yeni  inkişaf meyarları, dünyaya inteqrasiya imkanları genişlənsin, artsın və bununla bağlı biz dünyada baş verən qlobal prosesləri daha yaxşından izləyə bilək və daha yaxından tətbiq edə bilək”.

Nazirlik sözçüsü baş verə biləcək dəyişikliklərdən də söz açıb: "Dəyişikliklər barəsində qeyd edə bilərəm ki, ötən il tələbə qəbulu ilə bağlı dəyişikliklər baş verdi. Bilirsiniz ki, artıq 10 ildir təhsilin yeni məzmun standartları ilə təhsil alan ümum təhsil məktəblərinin məzmunları yeni qaydalar əsasında buraxılış, tələbə qəbulu imtahanlarında iştirak etdilər. Şübhəsiz ki, getdikcə bunun sərhədləri və miqyasları artacaq”.




Загрузка...
Həmçinin oxuyun:
Diaqnostika, summativlər kimə lazım idi?!”- Sərt irad

Diaqnostika, summativlər kimə lazım idi?!”- Sərt irad

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər - RƏSMİ

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər - RƏSMİ

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirdi

Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirdi

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Bəzi məktəblərə muxtariyyət veriləcək

Bəzi məktəblərə muxtariyyət veriləcək

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”